Bəzən hesab edirik ki, planetimiz tamamilə araşdırılıb və dünya xəritəsində artıq qara nöqtə yoxdur. Böyük Coğrafi kəşflər əsri artıq geridə qalıb, insanlar öz diqqətini kosmosa yönəldib, kainatın sirlərini öyrənmək istəyir. Lakin Yer kürəsində elə yerlər var ki, insan nəzərindən yüksək hasarlarla gizlədilib. Belə yerlər haqqında ancaq qulaqdan-qulağa yayılan məlumatlarla öyrənmək olub. Sizlərə dünyanın ən gizli məkanını təqdim edirik.
1. Hava dağı (Mount Weather) - Bu məxfi obyekt Virciniya ştatında yerləşir. Bura fövqəladə hal zamanı Amerika hökumətinin evakuasiyası üçün hazırlanan əsas yerlərdən biridir.
2. Metro-2 - İlk öncə qeyd edək ki, bu yerin varlığı hələ sübut edilməyib. Ehtimallar var ki, böyük dərinlikdə, Moskva metro xətti ilə paralel başqa tunnellər də var ki, bura ilə Kremldən FTX-nin və Rusiya paytaxtının digər vacib müəssisələrinə getmək olar. Tikili Stalinin əmri ilə hazırlansa da, SSRİ-nin son dönəmlərində bu barədə məlumatlar yayılmağa başladı.
3. 39 nömrəli otaq - Bu da varlığı sübut olunmayan yerlərdəndir. 39 nömrəli otaq Şimali Koreyada hökumət binasında yerləşir. Ümumiyyətlə, KXDR barədə nə isə dəqiq demək çətindir. Çünki ölkəyə bu gün də xaricilər üçün giriş demək olar ki, bağlıdır. Lakin otağın varlığı koreyalıların özləri üçün də müəmmadır. Deyirlər ki, orada amfetamin, saxta dollarlar hazırlanır, yeni növ silahlar sınaqdan keçirilir, hətta insanlar üzərində müxtəlif təcrübələrin aparlıdığı deyilir.
4. Mejqorya - Söhbət Başqırdıstanda (RF) yerləşən və «bağlı şəhərlər» sinfinə daxil olan yerdən gedir. Belə bir söhbət gedir ki, Mejqorya sakinləri nüvə müharibəsi olacağı təqdirdə yüksəkçinli məmurların sığına biləcəyi və Rusiya hökuməti üçün hazırlanan bunkerin təhlükəsizliyinin təmini üçün işləyir. Ehtimal ki, raket buraxılışı üçün komanda məntəqəsi, saysız-hesabsız xəzinə və avtonom həyat üçün vacib olan hər şey mövcuddur.
5. Şimali Sentinel adası - Bu, həqiqətən də ilk insanların yaşadığı tək-tük yerlərdəndir. Rəsmi surətdə ada Hindistanın nəzarətindədir. Lakin sakinlərin faktiki sayı barədə məlumat yoxdur. Araşdırmaçılar onların 50-400 arası olduğunu deyirlər. Aborigenlər adaya istənilən müdaxiləni çox aqressiv qarşılayırlar. Yaxınlaşan gəmini ox atəşinə tuturlar. Ehtimal edilir ki, sentinellər yığıcılıqla məşğuldurlar və bu günə kimi də od əldə edə bilmirlər.
6. İlanlar adası - Braziliyada yerləşən bu adanın adı təsadüfən seçilməyib. Ərazidə, sözün həqiqi mənasında ilanlar mələyir. Özü də sürünənlər sinfinin ən təhlükəlilərindən sayılan ilə nizəbaşlar (botropslar da adlanır). Adanən vəhşi sakinlərin sıxlığı belədir: 6 kv.m-ə 1 ilan. Hətta alimlər də orada görünməyə ehtiyat edirlər.
7. Surtsey adası - Simvolik Surtsey adalar qrupunu bağlayır. İslandiya sahillərində yerləşən bu ada 1963-67-ci illərdə yerin dəriniklərindən vulkan püskürməsi nəticəsində yaranıb. İslandiya sərt ekoloji qanunları olan ölkədir. Yeni ada da onların yurisdiksiyasındadır. Bu adaya hətta alimlərin girişi qadağandır. Bununla belə, adada, öz təbiətinə xas oldmayan bitki — pomidor tapılıb. Deyəsən, kimsə qadağanı pozub.
8. Vatikanın arxivi - Heç kim bilmir ki, Vatikanın sirli arxivində nələr saxlanılır. Uzun əsrldər boyu ora giriş qadağan olub. Yalnız 1881-ci ildən etibarən xüsusi seçilmiş şəxslər ora giriş əldə edə biliblər. Hesab olunur ki, orada dünyada hər şeyə aid sənədlər var. Təsəvvür edin səhifələrlə dolu olan rəflərin uzunluğu 83 km-dən çoxdur.
9. RAF Menvit Xill - İngiltərədə Kral HHQ-nə məxsus məxfi stansiya Birləşmiş Krallıqla Birləşmiş Ştatlar arasında rabitə və kəşfiyyat dəstəyini həyata keçirir. Elektron stansiyası ilk əvvəllər Sovet İttifaqından məlumatları toplamaq üçün istifadə olunurdular. Sovet İttifaqı artıq dağılıb. Lakin stansiya o vaxtdan bəri daha da inkişaf edir. Onun idarəsini isə həm də ABŞ Milli Təhlükəsizlik Agentliyi həyata keçirir.
10. 51-ci zona (Area 51) - Məxfilik çempionu – Area-51. Yüzlərlə kitabda, filmdə və kompüter oyunlarında adı keçən bu məkan, yəqin ki, məxfilik simvoludur. Orada baş verənlər haqqında heç vaxt heç kim heç heç nə öyrənə bilməyib. Ən böyük versiya bu obyektdə UNO-ların və yadplanetlilərin öyrənilməsi, yeni növ silahların və uçuş aparatlarının sınağının keçirilməsidir. 51-ci zona Nevada ştatında, səhrada yerləşir.Mənbə: faktxweber.com