Yeni doğulan körpəyə qulluq zamanı ilk 6 ay daha çox əhəmiyyətlidir. Uşağı qucaqda düzgün tutmaqdan yuxu nizamı, əmizdirmə, qazının çıxarılması kimi bir çox əhəmiyyətli məqamlar var.
Körpəni tutarkən diqqətli olun
Yeni doğulan körpələrin əzələləri hələ inkişaf etmədiyi üçün qucağınıza alarkən diqqət etməlisiniz. Xüsusilə boyun hissəsi yumşaq olduğu üçün bir əlinizlə boynundan tutmalısınız. Beşikdən götürərkən və yatırarkən də körpəni boynundan tutmağı unutmayın. Tutarkən çox sıxmamağa çalışın. Əks təqdirdə beyninə zərər verə bilərsiniz.
Əmizdirərkən körpəni uyğun mövqedə tutun
Ana südü sağlamlıq baxımından olduqca faydalıdır. Körpənin immunitet sistemini gücləndirir. Əmizdirərkən körpənin südə rahat çata bilməsinə diqqət edin. İlk zamanlar bunun təmin edilməsi sizin üzərinizə düşür. Bunun üçün əvvəlcə körpəni sinənizə doğru gətirin. Ac olduğu üçün bəlkə ağzını açacaq, açıq ağzını döşlərin ucuna yerləşdirin. Boynundan dəstəkləyərək daha rahat formada əmməsinə şərait yaradın. Körpənin iki döşünüzü də ən az 10 dəqiqə əmməsinə icazə verin.
Körpənin qazını çıxarmağı unutmayın
Körpənin əmizdirmə əsnasında aldığı hava həzmə mane ola bilər. Bu da körpəni narahat edir. Ona görə də çox havanı sərbəst buraxmaq üçün qazını çıxarmağınız olduqca əhəmiyyətlidir. Körpəni oturma mövqeyində qucağınıza alın. Bir əlinizlə öndən tutun, digər əlinizlə yavaşca kürəyini sığallayın. Yüngül gəyirmə səsini eşidənə qədər davam edin.
İlk günlər yalnız süngər vannası edin
Qalan göbək bağı düşənə qədər körpəyə süngər vannası edin. Göbək bağı quru qaldığı 2-3 həftə müddətində düşəcək. Yaş olduqda yavaşca qurulayın. Yeni doğulan körpələr çox kirlənmir. Buna görə də süngər vannası edərkən körpənin dərisini sərt şəkildə ovmayın. İlıq su istifadə edin. Göbək bağı düşdükdən sonra normal
çimizdirə bilərsiniz. İlk il həftədə iki dəfə çimməsi kifayətdir.
Körpənin kürək üstü yatmasını təmin edin
Gün ərzində qısa yuxular üçün belə, arxası üstə yatmasına diqqət edin. Yatarkən körpənin başı və üzü örtülü olmamalıdır. Gecə geyiminə diqqət edin, çox sıxan və narahat edən olmamalıdır.
Bezini zamanında dəyişin
Bez dəyişdirmək pis qoxulu ola bilər. Amma bu, sizin vəzifənizdir. Körpə bezini batırdıqda mümkün olduğu qədər tez dəyişin. Yeni bezi taxmazdan əvvəl dərisini təmizləyin, qoruyucu krem vurun. Bezi dəyişdirməzdən əvvəl bütün vəsaitləri yanınıza qoyun.
Əllərinizi təmiz saxlayın
Yeni doğulan körpələr zəif immunitet sisteminə malikdir və infeksiyalara qarşı həssasdır. Buna görə gigiyena və təmizliyinizə diqqət edin. Körpəyə toxunarkən əlləriniz təmiz olmalıdır. Xüsusilə bez dəyişdirdikdən sonra əllərinizi dezinfeksiya edin. Körpə ağlamağa başladıqda əlinizi yumağa vaxtınız yoxdursa, əl üçün gigiyenik gellərdən yararlana bilərsiniz. Təbii ki, spirtsiz olanlara diqqət edin. Körpəni oynadarkən belə, əlləriniz təmiz olmalıdır.
Bədəninə masaj edin
Körpənin bədənini masaj etmək yuxu keyfiyyətini inkişaf etdirəcək və immunitet sistemini gücləndirəcək. Eyni zamanda daha elastik olmasını təmin edəcək. Gündə 2 və ya 3 dəfə, 10-30 dəqiqəyə qədər masaj edə bilərsiniz. Göbək bağı düşmədən əvvəl etməyin masaj etməyin.
Dərisini nəmləndirin
Körpənin dərisi yaradırsa, nizamlı olaraq nəmləndirici sürtün. Körpələr üçün uyğun olan nəmləndirici istifadə etməlisiniz.
Qətiyyən yelləməyin
Oyun oynayarkən və ya oyandırmağa çalışarkən körpəni yelləməyin. Beyində qanama və hətta ölümə səbəb ola bilər. Oyatmaq istədikdə ayaqlarından qıdıqlaya və ya yanaqlarına yüngül toxuna bilərsiniz. Beşikdə və ya körpə kreslosunda etibarlı otuzdurun. Yıxılmaması üçün kəmərini mütləq taxın. Qucağınızda isə çox möhkəm tutmayın, düzgün nəfəs almasına mane ola bilərsiniz.
ailem.az