Qrafina Batori: 17-ci əsrdə Macarıstanda 650-dək adamı qətlə yetirmişdir.
Erjebet Batori Şərqi Avropanın ən hörmətli sülaləsinin nümayəndəsi olmaqla yanaşı tarixdə, qatillərin şahzadəsi də sayılıb. Ərini itirdikdən sonra, gənc qrafina gənc qızlara əzab verməklə əylənirdi. O əzab verir, öldürür və hətta qızların qanından vanna qəbul edirdi. Deyilənə görə, ailənin kişilərindən biri qrafiniyanı cinayət üstündə yaxalamış və aydın olmuşdur ki o 650-dək gənc qızı belə qətlə yetirmişdir. Cinayətin üstü açıldıqdan sonra Qrafiniyanı şəxsi sarayının zirzəmisində divara hörmüşlər.
Saltçixa: 18-ci əsrdə Rusiyada 140-a qədər insanı qətlə yetirmişdir.
Dariya Nikolayevna Saltıkova rus mülkədarı. Ərini itirdikdən sonra o da öz qulluqçularını qətlə yetirirmiş. Dariya qızlara kəsici alətlərlə əzab verdikdən sonra nökərlərinə verərək qızı ölənəcən qırmanclatdırırdı. Bundan xəbər tutan Rusiya hökümdarı Yekatirina özü şəxsən onu cəzalandırmışdır. Dariyadan bütün mülk, titullarını almış və ömürlük monastırın yeraltı zindanına salınmışdır. O məhkumluqdan sonra 33 il yaşamış, ölənəcən əməllərindən peşman olmamışdır.
Mariya Katarina Svanenburq: Hollandiyada 19-cu əsrin sonlarında 127 adamı qətlə yetirmişdir.
Mariya Hollandiyada çox gözəl reputasiya qazanmışdı. O kasıblara yardım edir, qocalar və xəstələrə qulluq edirdi. Amma bu xeyirxah əməllər Mariyanı “mişyak”la (zəhər) 127 adamı zəhərləməyə mane olmamışdır. İlk dəfə mirasa görə öz valideyinlərini zəhərləmişdir. O insanları qəyyumluğa götürür, sığortalayır, daha sonra zəhərləyirdi. Bununla da sığorta şirkətlərindən pul qazanırdı. 1883-cü ildə bir ailənin bütün üzüvlərini zəhərləməyə cəhd göstərən an sığorta polisi onu yaxalamışdır. Mariyaya ömürlük həbs cəzası verilmişdir. O 1915-ci ildə 75 yaşında vəfat etmişdir.
Ceyn Toppan: 19-cu əsirdə ABŞ-da 31 xəstəni qətlə yetirmişdir.
ABŞ-da ən tanınmış qatil qadın. Kasıb ailədə doğulub uşaq evində tərbiyə almışdı. Xəstəxanada çalışaraq daha çox bədbəxt insanı qətlə yetirməyi qərar vermişdir. Ceyn morfi və atropin yüksək dozalarda vuraraq xəstələrdə ürək dayanmağına nail olurdu. 1901-ci ildə məhkəmə Ceynin dəlilyini nəzərə alaraq ömürlük dəlxanaya məhküm etmişdir. O 1938-ci ildə 84 yaşında vəfat etmişdir.