Donor südü

Donor südü


Süd anası rolunda çıxış edən qadının körpəsinin böyük olduğu aylar ilə süd qəbul edən körpənin ayları fərqlənərsə, donor ana südünü istifadə etmək mümkündürmü? (tutalım, donor ananın körpəsinin 11 ayı, südü qəbul edən körpənin isə 2 ayı var). Bu süd körpənin ayına uyğun olmadığından onun bütün ehtiyaclarını ödəyəcəkdirmi? Yoxsa süni qida daha məqsədəuyğundur?

Qeyd edilən suallara və şübhənələri aradan qaldırmaq üçün dünyada ilk dəfə olaraq Kanadada ana südü klinikasının banisi olan, pediatr Dr. Jack Newman aydınlıq gətirir:

“Əslində sualın qoyuluşu süni qida istehsalçılarının uydurduğu stereotiplərin bizim beynimizdə yuva saldığının sübutudur. Süni qida ana südündən fərqli olaraq tərkibcə dəyişilməzdir, o nə 2 gündən, nə də 2 aydan sonra dəyişir. Bu səbəbdən hamı düşünür ki, sabit tərkibli süni qida istənilən ayda olan körpə və uşaqlara uyğundur. Hətta ana südü haqqında təhsillərində az yer ayrılan pediatrlar da bu fikirdədirlər. Qərbdə olan süd bankları 6 ayından böyük olan uşaqların analarından südü qəbul etmirlər. Dünyada ana südünə bu qədər ehtiyac olan bir dövrdə bu cür praktika həqiqətən böyük israfdır. Axı, nəzərə almalıyıq ki, məhz daha böyük körpələri olan qadınlar daha rahat və asan süd sağıb donor qismində çıxış edə bilərlər.”

Tərtib etdi: Jalə Ələkbər
vib.az 
Top