Sevdiyimiz, həvəslə izlədiyimiz, sahib olmaq üçün gecə-gündüz çalışdığımız maşınların markalarının nə məna daşıdığını bilirsiniz? Avtomobil markaları ilə bağlı ən maraqlı faktları sizlərə təqdim edirik.
«Mitsubishi»- Yaponiyanın nəhəng şirkətlərindən olan «Mitsubishi» adını qədim yapon savaşçıları olan samurayların emblemindən götürüb. Emblem Mitsu (üç) və bishi (almaz) kəlmələrinin birləşməsindən yaranıb.
«Mercedes-Benz» — avstraliyalı tacir Emil Jelinek 1897-ci ildə yarış qazanan maşınına qızı Mercedesin adını qoyub. Bunun şərəfinə şirkətin yaradıcıları olan Qottlieb Daimler və Karl Benz istehsal etdikləri maşına «Mercedes» adını qoydular.
«Mazda»- Şirkətin emblemində qanadlarını açan at təsvir edilir. Bu işarə Zərdüştlərin xeyir tanrısı Ahura Mazdadan alınıb.
«Hyundai»- Koreya dilində «modern, çağdaş» deməkdir.
«Kia» — Koreyanın ikinci böyük avtomobil şirkətinin adı «Asiyada doğulan» deməkdir.
«Cadillac» — 1902-ci ildə qurulan şirkət öz adını ABŞ-ın Detroyt şəhərini quran və 16-cı əsrdə yaşayan fransız səyyah Antoine de la Mote Cadillacdan götürüb.
«Pontiac» — məşhur ABŞ markası adını 1700-cü illərdə yaşayan hindu polis rəisi olan Pontiak Obvandiyaqdan alıb.
«Jeep» — hərbi məqsədlərlə istehsal edilən ilk yolsuzluq maşının adını cizgi filmindəki (Temel Rəis) «Eugene the Jeep» adlı heyvandan aldığı iddia edilir. Sonradan bütün markaların bu tip maşınları «Jeep» adlanmağa başlayıb.
«Dacia»- Rumıniyanın ən böyük avtomobil şirkəti olan «Dacia» eyni zamanda ölkənin də antik adıdır.
«Lexus» — Latın dilində «qanun» mənasını verir.
"Škoda" — Çexiya şirkəti olan avtoistehsalçı adını qurucusu olan Emil von Škodadan alıb. "Škoda" bir zamanların ən böyük silah istehsalçılarından da olub. Çex dilində mənası «zədəli» deməkdir.
«Audi» — latın dilində «eşitdim, duydum» mənasını daşıyır.
«Aston Martin» — İngiltərənin idman maşını istehsalçısı olan «Aston Martin» adını qurucularından biri olan Lionel Martinin istehsal etdiyi yarış maşınlarını sınaqdan çıxardığı Aston təpəsindən alıb.
BMW — BMW-nin açılışı «Bayerische Motor Werke» (Bavyera Mühərrik Fabriki) deməkdir.
FİAT — İtalyan avtomobil firmasının adının mənası «Fabbrica İtaliana Automobili Torino» (Torino İtaliya Avtomobil Fabriki) deməkdir.
«Nissan» — 1934-cü ildə Jidosha-Seizo co. və Nihon Sangyo co. şirkətləri birləşib. Bu iki adın birləşməsinin yapon dilində qısa şəkildə «Nissan» adlanıb. Eyni ildə şirkət «Nissan Jidosha Kabushiki Gaisha» (Nissan Mühərrik şirkəti) adını alır.
"İnfiniti" — «Nissan»ın ABŞ bazarı üçün istehsal etdiyi lüks maşın markasıdır. Adı ingilis dilində «ucsuz, bucaqsız» mənasını verir.
«Ford» — Adını yaradıcısı Henri Forddan alıb.
«Opel» — Adını yaradıcısı olan Adam Opeldən alıb.
«Porsche» — şirkət «Volkswagen»in məşhur tısbağa modelini dizayn edən mühəndis Ferdinand Porschenin oğlu Ferri Porschedən tərəfindən qurulub.
«Jaguar» — İngiltərənin lüks maşın istehsalçısı olan şirkət adını Cənubi Amerikadakı yırtıcı heyvan pantera olan «Jaguar»dan alıb. İlk dəfə şirkətin adı «SS Jaguar» adlanıb. İkinci dünya müharibəsindən sonra SS yığışdırılıb.
«Ferrari» — adını şirkətin qurucusu və məşhur yarışçı olan Enzo Ferraridən götürüb.
«Bugatti» — lüks avtomobil firması adını Ettore Bugattidən alıb.
«Peugeot» — ilk qəhvə dəyirmanı və velosiped markası olan şirkət adını Emille Pujodan alıb.
«Hummer» — avtomobilin adı yüksək hərəkət qabiliyyətli, çox funksiyalı vasitə mənasına gələn «Humvee»dən götürülüb.
«Land Rover» — müflüs olan İngilis «Rover» şirkətinin «Tata»ya satdığı yolsuzluq maşınıdır. Rover «səyyah» mənasına gəlir. Suv markası «Range Rover».
«Rolls-Royce» — əl işi olan nadir lüks maşınları ilə fərqlənən avtomobil markası adını yaradıcıları olan Steven Rolls və Henri Roysdan götürüb.
«Volkswagen» — alman dilidə «xalq maşını» mənasını daşıyır.
Mənbə: anspress.com