Bu gün oyuncaq istehsalı olduqca inkişaf edib, hər gün yeni bir oyuncaq dizayn edilərək bazara çıxarılır.
Qız uşaqları daha çox gəlincik və ya miniatür ev əşyalarına üstünlük verir, oğlanlar isə daha çox konstrukturlar, silah, mexaniki, elektronik oyuncaqlarla maraqlanır. Amma mütəxəssislər uşaqlara yaşa görə oyuncaq alınmasını israr edirlər. Pedaqoqlar oyuncaqların yaşa görə bölünməsini bu cür sıralayırlar:
0-6 ay - Zamanının böyük bir hissəsini yataraq keçirən yeni doğulmuş körpəniz üçün yuxu, inkişafı baxımından çox önəmlidir. Məhsuldar bir yuxu üçün, körpənizin yuxusuna mane olan bütün faktorları ortadan qaldırmalı, ona rahat və etibarlı bir mühit yaratmalısınız. Bu ərəfədə ona zəngli, musiqili və şıqqıltılı oyuncaqlar verməyin. Onun üşün ən yaxşısı sadə formalı, səs-küyü olmayan zərif parçadan olan oyuncaqlardır.
6-12 ay - Bu dövrdə körpənin duyğu orqanları inkişaf edir. Buna görə də fərqli rənglərdə və fərqli parça və məhsullardan hazırlanmış oyuncaqlarla oynaması, toxunma duyğusu və anlayış qabiliyyətinin inkişafı baxımından olduqca faydalıdır. Bu dövdə ona iç-içə keçə bilən qablarla və ya fərqli boyda və şəkildəki qutularla oynamaq üçün şərait yaradın. Bu, körpənin bir çox bacarığını inkişaf etdirməsini təmin edir. Onları bir-birinə vuraraq, iç-içə və ya üst-üstə qoyaraq fərqli əyələncələr yarada bilər.
12-24 ay - Səsli oyuncaqlar, bu dövrdə uşağın olduqca marağına səbəb olur. Çalışmaq lazımdır ki, qulağa xoş gələn musiqilərlə zəngin oyuncaq alasınız. Bunun üşün daha əlverişlisi odur ki, heyvan səsləri çıxaran oyuncaqlara üstünlük verilsin. İt hürməsi, pişik miyovlaması, cücə cikkildəməsi, xoruz banlaması kimi səsləri bu vasitə ilə öyrənə bilər. Bu uşağınıza həm ətraf aləmi kəşf etməyə kömək edər, həm də yad musiqilərin kobud təsirindən qoruyar.
2-5 yaş - 2 yaşına qədər tək oyun oynamağı seçən uşaqlar üçün ilk yoldaşlıq əlaqələri bu çağda başlayır. Artıq özlərinə tərəf müqabili axtarmaya başlayan bu yaşda olan uşaqlar bu vasitə ilə paylaşmağı, dostluğu öyrənir. Mümkün qədər övladınızı həyatla uzlaşmayan, fantastik oyun qəhrəmanlarının oyuncaqlarından uzaq tutun. Körpə nə qədər gerçəkçi böyüsə, bir o qədər əqli və fiziki cəhətdən sağlam olar. Bu yaşda uşaqlara daha çox konstruktiv oyuncaqlar almaq lazımdır. Uşaqlar bu dövrdə boyama kitablarını da çox sevirlər.
5-6 yaş - Bu yaşda domino, şahmat kimi nizamlı oyunlar gündəmə gələ bilər. Uşaqları bu ərəfədə kompüterlə tanış etmək lazımdır. Ancaq yaradıcılıqlarını inkişaf etdirəcək, rəngləri, rəqəmləri tanımasını təmin edəcək kompüter oyunlarını təklif edirik.
Həmçinin bax:
—
Hansı yaşda, hansı oyuncaq olar?
—
Oyun oynayım, böyüyüm