1. Gün ərzində 1 paçka siqaret çəkən insan il ərzində yarım stəkan qatran içmiş hesab olunur.
2. İnsan heyvan aləminin yeganə nümayəndəsidir ki, düz xətlər çəkə bilir.
3. Sarışın insanlarda brünetlərə nisbətən saqqal daha tez çıxır.
4. Gülüş zamanı insanda 17 əzələ işləyir.
5. Ağ ciyərin səthi 100 kvadrat metrdir.
6. İnsan DNK-sinda 80000 gen mövcuddur.
7. Kişilərin boyu 130 sm-dən aşağı, qadınların boyu isə 120 sm-dən aşağı olduqda karlik sayılırlar.
8. Leykositlər insan orqanizmində 2-4 gün, eritrositlər isə 3-4 ay yaşayırlar.
9. Fransuzlarda əl barmaqların adları: pus, indeks, major, anüler, orikülerdir.
10. Hər barmaq insan həyatı boyu 25 milyon dəfə əyilir.
11. İnsanın ürəyinin ölçüsü onun yumruğu boydadır. Orta yaşlı insanın ürəyinin çəkisi 220-260 qramdır.
12. İnsan orqanizminin tərkibinə cəmi 4 mineral daxildir: apatit, araqonit, kalsit, kristobalit.
13. Gün ərzində insan beyni bütün dünyanın telefonlarından çox elektrik impuls yaradır.
14. İnsan orqanizmində yaşayan bakteriyaların cəmi çəkisi 2 kiloqramdır.
15. İnsan beynində 1 saniyədə 100000 kimyəvi reaksiya baş verir.
16. İnsan ağ ciyərinin səthinin sahəsi tennis kortunun sahəsinə bərabərdir.
17. İnsan doğulduqda onun beynində 14 milyard hüceyrə olur və bu say ölümün sonuna kimi artmır, əksinə 25 yaşdan sonra günə 100000 min azalır. Bir səhifənin oxunmağına sərf edilən 1 dəqiqə ərzində 70 yaxın hüceyrə ölür. 40 yaşından sonra beynin deqradasiyası kəskin sürətlənir, 50 yaşdan sonra isə neyronlar (beyin hüceyrələri) solur və beynin həcmi azalır.
18. İnsanın nazik bağırsağı sağlığında 2.5 metr uzunluğda olur. Ölümündən sonra bağırsağın divarının əzələləri boşaldığından onun uzunluğu 6 metrə çatır.
19. İnsanda təqribi 2 milyon tər vəzi mövcuddur. Orta yaşlı adam hər litr tər tökdükdə 54% kalori itirir. Kişilər qadınlara nisbətən 40% çox tərləyirlər.
20. İnsanın sağ ağciyəri sol ağciyərinə nisbətən özünə daha çox hava yerləşdirir.
21. İnsan gözü 10 000 000 rəng çeşidi fərqləndirməyə qadirdir.
22. İnsan ağzında 40 000 bakteriya mövcuddur.
23. Papafobiya-Roma papasından qorxmaqdır.
24. Açıq gözlə asqırmaq mümkün deyil.
25. İnsan orqanizmində ən güclü əzələ dildir.
26. İnsan orqanizmində 2000-ə yaxın dad bilmə reseptoru var.
27. İnsan orqanizmində olan piylər 7 ədəd sabun istehsalı üçün lazım olan miqdardadır.
28. İnsan bədənində nerv impulsları saniyədə 90 metr sürətlə hərəkət edirlər.
29. İl ərzində insan ürəyinin döyüntülərinin sayı 36 800 000-dir.
30. Kişilər qadınlara nisbətən 10 dəfə çox daltonizmdən əziyyət çəkirlər.
31. Uşaq doğulanda bədənində 300 sümük olur, böyüdükcə onlardan 206 qalır.
32. İnsan sümüylərinin təqribi yarısı bilək və pəncədə yerləşir.
33. Mavi gözlü insanlar digərlərinə nisbətən ağrıya daha həssasdırlar.
34. Əl barmaqların dırnaqları ayaq barmaqların dırnaqları ilə müqaisədə 4 dəfə tez böyüyür.
35. Ömür boyu insan dərisi 1000 dəfə dəyişir.
36. Orta yaşlı insanın bədənində 75 kilometr nerv var.
37. Güclü işıq nəticəsində görmə qabiliyyəti itirmə halına “qar korluğu” deyilir.
38. Qripə səbəb olan 100 müxtəlif virus mövcuddur.