Albert Hamilton Fiş tarixin ən amansız silsilə qalillərindən biridir. O, 1870-ci ilin 19 mayında Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində anadan olmuşdur. Fiş sadəcə silsilə qətillər törətmiş ruhi xəstə kimi yox, həm də adamyeyən qatil kimi adını tarixə yazmışdır. Onun həyatı Hollivud istehsalı olan bir sıra filmə ilham qaynağı olmuşdur. Bu filmlərdən ən məşhuru “Quzuların Səssizliyi” -“The Silence of The Lambs” adlı filmdir. “Boz Adam”, “Bruklin Qaniçəni” və “Xortdan” ləqəbləri ilə tanınan Fişin yüzdən artıq qətil törətdiyi ehtimal olunur və dünyada yaşamış silsilə qatillərin ən yaşlısı hesab olunur.Albert Fişin pedofil və ruhi xəstə olduğu rəsmi şəkildə təsdiq olunmuşdur.
Albert Fiş yaşlı cavan ayırımı etmədən bir sıra qanlı cinayət törətmiş və qurbanlarının bir çoxunun da ətini yemişdir. 1875-ci ildə atasının ölümündən sonra uşaqevinə düşən Albert Fiş bu həyata ayaq uydura bilmədi ruhi olaraq çöküntüyə məruz qaldı. Anası ilə bərabər yaşadığı dövrdə tez-tez cinsi istismara məruz qalan Fiş ruhi xəstəyə çevrildi və şizofren davranışlar sərgiləməyə başladı. Orta məktəb və lisey illərində homoseksual xarakterli davranışlarına görə yoldaşları tərəfindən lağa qoyuldu. Lisey dövründə Fişdə ciddi şiddət meylləri ortaya çıxdı. Səbəbli, səbəbsiz bir çox adama fiziki olaraq zərər verməyə başladı. İlk cinayətini 1910-cu ildə həyata keçirdi.
Daha sonralar uşaqları özünə qurban seçdi. Xüsusilə, kiçik qız uşaqlarına etdikləri insanın qanını dondururdu. O, kiçik qızlara işgəncə edir, təcavüz edir və ən sonunda öldürürdü. Qurbanları acı çəkərkən o bu vəziyyətdən zövq alırdı. Bunları tanrı üçün etdiyini dilə gətirən Fiş tanrı tərəfindən seçildiyinə və bu qızların tanrıya verilən qurbanlar olduğunu inanırdı. 1920-ci ilə qədər 15 cinayət törətdiyi güman edilir.
Fişin ruhi pozğunluğu o dərəcəyə çatmışdı ki, artıq idarədən çıxmışdı, özünə belə işgəncə edirdi, çubuqla özünü döyür, sidiyini içir və hətta öz ətindən et qoparırdı. Tanrı tərəfindən seçildiyi üçün bunları etməsinin lazımlı olduğuna inanırdı. Fiş lisey dövrünün ardından 1898-ci ildə evləndi və 6 uşaq sahibi oldu. Ancaq irəliləyən illərdə arvadı onu tərk etdi, amma bu vəziyyət Fişə hər hansı bir ciddi təsir etmədi. Fiş yenə bildiyini oxuyur və onlarla qız uşağına təcavüz etməyə davam edirdi. Eyni zamanda davamlı başqa qadınlarla cinsi əlaqəyə girirdi.
Albert Fişin tutulmasına səbəb olan hadisə isə, kiçik bir qız uşağını öldürüb, parçalara ayırıb otel otağında həftələrcə yeməsi oldu. Üstəlik bu qız ən yaxın qonşularının uşağı idi. Maraqlı məqam o idi ki, Fiş sərgilədiyi davranışlarla qonşularının etibarını qazanmışdı. Kimsə onun silsilə qatil ola biləcəyini ağlına belə gətirmirdi. İnsaların gözündə yaxşı bir imici vardı.
Bu imici sayəsində qonşusunun qızını, qardaşı oğlunun ad günü şənliyinə götürmə təklifinə müsbət cavab aldı. Ancaq bu kiçik qızın sonu oldu. Qıza təcavüz edib öldürdükdən sonra parçalara ayırdı. Bu parçaları da bişirərək yeddi və bunun üzərinə qızın ailəsinə məktublar yazmağa başladı. Məktublarda qızlarına necə təcavüz etdiyini və onu necə yediyini izah edirdi. Yazdığı bu məktublar onun tutulmasını təmin etdi. Fiş edam ediləcəyini öyrəndiyində bunun özü üçün daha əvvəl heç dadmadığı bir zövq olduğunu və bunu səbirsizliklə gözlədiyini söylədi.
Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.