Quruda yaşamış ən böyük yırtıcı növü – Spinosaurus
Bu canlıların 112 milyon il əvvəl yaşadıqları düşünülür. Bəşər tarixinin ən böyük yırtıcısı olan yetkin spinosaurusun boyu 18 metr, çəkisi isə 9 ton idi.
Uça bilən ən böyük həşərat növü – Meganeuropsis
Bu canlıların 300 milyon il bundan əvvəl yaşadıqları güman edilir. Təxmini boyları 70 santimetr, ağırlıqları isə 0,15 kiloqram idi.
Ən böyük qırxayaq növü – Arthropleura
Bu canlıların 340 milyon il bundan əvvəl yaşadıqları düşünülür. Təxmini boyları 2,8 metr, ağırlıqları isə 500 kiloqram idi.
Ən böyük ilan növü – Titanoboa
Bu canlılar 60 milyon il bundan əvvəl yaşamışlar. Bu canlının bədən eninin 1 metr, təxmini boylarının 15 metr və ağırlıqlarının isə 1,1 ton olduğu güman edilir.
Okeanlarda yaşayan ən böyük yırtıcı növü – Megalodon
Megalodonların 28 milyon il bundan əvvəl yaşadıqları güman edilir. Təxmini boylarının 20 metr, ağırlıqlarının isə 103 ton olması düşünülür.
Ən böyük balıq növü – Leedsichthys
Bu canlıların 170 milyon il əvvəl yaşadıqları güman edilir. İndiki dövrün balıqları ilə müqayisə də çox nəhəng ölçülərə malik olan bu canlıların boyu 21 metr, ağırlığı isə 50 ton idi.
Quruda yaşamış ən böyük məməli növü – Paraceratherium
Görünüşcə bu günün atlarını xatırladan bu canlılar 37 milyon il əvvəl yaşamışlar. Təxmini boylarının 8 metr, ağırlıqlarının isə 30 ton olduğu güman edilir.
Ən böyük məməli növü – Göy Balina
Bu canlıların 50 milyon ildir nəsillərini davam etdirdikləri düşünülür. Əsasən soyuq okean sularında yaşayan bu canlıların boyları 30 metr, ağırlıqları isə 180 tondur.
Uça bilən ən böyük canlı növü – Quetzalcoatius
Bu canlıların təxminən 300 milyon il bundan əvvəl yaşadıqları düşünülür. Qanadlarının təxmini uzunluğu 15,9 metr, boylarının 6 metr və ağırlıqlarının isə 250 kiloqram olduğu güman edilir.
Yaşamış ən böyük canlı növü – Amphicoelias
Bu canlıların 150 milyon il bundan əvvəl yaşadıqları düşünülür. Bu canlıların təxmini boylarının 58 metr, ağırlıqlarının isə 122 ton olduğu güman edilir.
Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.