Dünyanın ən sirrli 5 fotoşəkli - fotolar və video

Dünyanın ən sirrli 5 fotoşəkli - fotolar və video

Freddy Jacksonun Fotoşəkli – 1919

1919-cu ildə çəkilmiş bu fotoşəkil 1-ci Dünya Müharibəsi dövründə xidmət etmiş hava donanmasına aiddir. Diqqətli baxdıqda ən arxadakı pilotların arxasında sirli bir insan üzü olduğu görülməkdədir. Bu üzün sahibi bütün donanma tərəfindən həmin dəqiqə tanındı və maşinist Freddy Jackson olaraq təsdiqləndi. İşin qəribə tərəfi ondan ibarətdir ki, Freddy Jackson bu fotoşəkil çəkilməmişdən iki gün əvvəl təyyarənin pərvanəsinin bədəninə vurması nəticəsində həyatını itirmişdi. Torpağa verildikdən bir neçə saat sonra Freddy Jacksonun üzünün bu fotoşəkildə necə peyda olması isə indiyənə kimi açıqlanmamışdır.

 

Los Angeles Döyüş Fotoşəkili ( The Battle of Los Angeles) — 1942

1942-ci ilin fevral ayında Los Angeles şəhərində on minlərlə insanın gözləri ilə şahidlik etdiyi bu qəribə hadisədə nə olduğu bilinməyən nəhəng bir cisim göy üzündə peyda olmuş və ABŞ ordusu çaxnaşmaya düşərək şəhəri qorumaq üçün 12.8 kalibrli 1400 ədəd zenit mərmisi ilə bu cismə doğru atəş açmışdı. Bütün bunlara baxmayaraq ən kiçik belə zədə almayan cisim bir müddət sonra uçaraq uzaqlaşmışdır. Bu hadisə dünya mediyasında işıqlandırıldıqdan sonra bəzi insanlar üstün texnologiyaya malik bu cismin yadplanetlilərə məxsus olduğunu, bəziləri isə disk şəklindəki bir qaz buludu olduğunu iddia etmişlərdi.

 

Mars Kürələri – 2004

NASA-nın Marsa göndərdiyi Curiosity isimli kəşfiyyat robotu 2004-cü ildə Mars torpaqlarında mikroskopik ölçülərdə kürəciklər kəşf etmiş və bu kürəcikləri böyük ölçüdə qeydə almağı bacarmışdı. Bu qalıqlar və Marsın üzərindəki çay yatağına bənzəyən izlər indiyənə kimi isbat edilməmiş olsa da, Marsın milyard illər əvvəl nəhəng bir okeana malik olduğuna və dünya kimi yaşayan bir planet olduğuna işarə etməkdədir. Bu hadisə günümüzdəki Böyük Səhranın 6000 il əvvəl yaşıl meşələr və mavi göllərlə əhatə olunmasına bənzəyir.

Qara Cəngavər Peyki – 1998

Nə olduğu, haradan gəldiyi bilinməyən bu cisim 1960-cı ildə kəşf edilmiş, GAC və NASA tərəfindən fotoşəkli çəkilmişdir. Araşdırmalar nəticəsində cismin ABŞ və Rusiya daxil olmaqlar heç bir ölkəyə aid olmadığı və həmçinin həmin dövrdə belə bir cismi kosmosa yollamağın imkansız olduğu öyrənildi. Bilindiyi üzrə dünya ətrafında fırlanan bu cismi araşdırmaçılar tərəfindən anlıq olaraq yeri müəyyən edilsə də çox sürətli olduğu üçün izləmək və nizamsız və bilinməyən bir istiqamət üzrə hərəkət etdiyi üçün dəqiq müşahidə etmək mümkün deyildir. Bəzi teoristlər bu cismin yüz min illər bundan əvvəl yaşamış insan mədəniyyəti tərəfindən yaradıldığını iddia etməkdədirlər.Bəziləri is bunun yadplanetlilər tərəfində göndərilmiş bir robot olduğunu düşünməkdədirlər.

Zaman Səyyahəti Edən Adam  ( The Time Traveling Hipster) – 1941

Kanadada South Fork körpüsünün açılışında 1941-ci ilin insanlarından çox daha fərqli görünüşü olan qəribə bir adam kamerla tuş gəlmişdi. Paltarları, eynəyi və əlindəki müasir kamerası ilə o dövrün çox irəlisində olan bu adamın gələcəkdən keçmişə doğru zaman səhayyəti etmiş birisi olduğu iddia edilməkdədir.

 Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 

Top