Adətən yalnız ağıllı insanlar fəlakətli səhvlərə yol verirlər”, – Charles Morris maliyyə böhranı haqqında deyib.
Bu ifadə bir az şişirdilmiş ola bilər, çünki onun “İki trilyon dollarlıq çöküş” adlı kitabının adı sonradan “Bir trilyonluq çöküş” adına dəyişdirilmişdir.
Əslində, hər birimiz ciddi səhvlərə yol verə bilər. Lakin ağıllı insanlar yüksəkliklərə qalxdıqları üçün, onların etdiyi səhvlər adətən baha başa gəlir. Bununla yanaşı, yüksək IQ təkəbbür yaradır, bu da vəziyyəti ağırlaşdırır. Həyatın digər sahələrində olduğu kimi, biznesdə də nəticələr fəlakətli ola bilər.
Jurnalist David Robson-un “The Intelligence Trap” adlı kitabında, ağıllı insanların tez-tez etdiyi səhvlər tədqiq olunur. Əlavə olaraq, müəllif bu səhvlərin qarşısını almaq üçün bir neçə məsləhət verir. Əgər bu kitabı oxuyursunuzsa, siz də ağıllı işçilərdən təşkil olunmuş təşkilata rəhbərlik etdiyiniz üçün qürur duyursunuz.
Əslində, ağıl ilə rasionallıq arasında heç bir əlaqə yoxdur: məsələn, IQ səviyyəsi yüksək olan insanların 44% – i astrologiyaya, 56%-i isə yadplanetlilərə inanır.
Müəllif qeyd edir ki, ağıllı insanlar öz intellektinin tələsinə düşərək, bütün komandanı arxasınca çəkirlər. Çox ağıllı insanlarda xarakter və ya temperament olmadıqda, yüksək intellekt onlara qərəzli fikirləri gücləndirməyə və qarşı tərəfin dəlillərini qulaqardına verməyə kömək edir. Onlar xoşagəlməz nəticələri nəinki qəbul edə, heç təsəvvür belə edə bilmirlər.
Adətən intellektin səviyyəsi yüksək olan insanlar, özünə daha çox güvənirlər. Onlar öz ağılı ilə o qədər fəxr edirlər ki, nəticədə tələyə düşmüş olurlar. Sahibkarlar etimada, özünəgüvəni nümayiş etdirməyən insanlar əməkdaşlarını motivasiya edə bilmirlər. İntellektual təvazökarlığın olmaması səhv qərar qəbuletmə sistemi və zəif təşkil olunmuş proseslərlə əlaqədardır.
Robson sizə kömək edə biləcək bir neçə maraqlı yanaşma təklif edir:
- Məsafə saxlayın: bir neçə addım geriyə çəkilin, sanki başqa otaqdan özünüz özünüzü izləmək istəyirsiniz. Baş verənləri özünüzə izah edin. Bunu etməklə, narahatlığı azaltmaqla vəziyyəti fərqli bir baxımdan görə bilərsiniz.
- Dili dəyişdirin: fərqli ölkələrin məlumatları göstərir ki, insanlar ikinci dilə keçəndə (həmin dildə rahat danışa bilirlərsə), dəlilləri daha rasional şəkildə nəzərdən keçirirlər. Özünü təsdiqetmə praktikası: əsas məqsəd təkəbbürlə mübarizə aparmaqdır.
- Özünüqiymətləndirmənin yüksək olduğu halda başa düşəcəksiniz ki, bu və ya digər problemi düzgün həll etməyiniz sizdən asılı deyil.
Təşkilatlar üçün bu xüsusi bir problemdir, çünki ayrı-ayrı insanlar üçün əhəmiyyətli olan yanaşmalar, kollektiv “funksional axmaqlığa” səbəb ola bilər. Məsələn, bəzən mübahisə etmək əvəzinə susmaq daha yaxşıdır. Əgər işçilərinizin hamısı ağıllı olsa, onların çoxu daim təşkilatın axmaqlığından şikayətlənəcək.
Andre Spicer qərarları şübhə altına qoyan və məntiqdəki qüsurları tapan “şeytan vəkilini” təyin etməyi tövsiyə edir. O deyir ki, təşkilatlar “rasionallıq əmsalı” kimi testlərdən istifadə edə bilərlər.
Ağıllı insanlar qarşılaşdığı problemlər, dəyəsən, mədəniyyət ilə əlaqəlidir. Robson-un sözlərinə görə, bütün dünyada fərdiyyətçilik böyüyür, yəni təkəbbür çox güman ki, var-dövlət və təhsil ilə birlikdə böyüyəcəkdir. Fəlakətli səhvlərin riski bunun üçün ödəməli olduğumuz qiymət ola bilər.
Mənbə: iqtisadiyyat.az