Menecment kateqoriyası üzrə məqalələr

Ağıllı insanlar hansı səhvlərə yol verirlər?

Adətən yalnız ağıllı insanlar fəlakətli səhvlərə yol verirlər”, – Charles Morris maliyyə böhranı haqqında deyib.
Bu ifadə bir az şişirdilmiş ola bilər, çünki onun “İki trilyon dollarlıq çöküş” adlı kitabının adı sonradan “Bir trilyonluq çöküş” adına dəyişdirilmişdir.
Əslində, hər birimiz ciddi səhvlərə yol verə bilər. Lakin ağıllı insanlar yüksəkliklərə qalxdıqları üçün, onların etdiyi səhvlər adətən baha başa gəlir. Bununla yanaşı, yüksək IQ təkəbbür yaradır, bu da vəziyyəti ağırlaşdırır. Həyatın digər sahələrində olduğu kimi, biznesdə də nəticələr fəlakətli ola bilər.
Davamı →

Biznesin transformasiyası

McKinsey konsaltinq şirkəti tərəfindən aparılan yeni araşdırma, təşkilatların müvəffəqiyyətlə dəyişdirilməsi üçün nəyin vacib olduğunu göstərir.
Fakt: dörd dəyişiklikdən üçü uğursuz olur.
Yüzlərlə biznes transformasiyalarının təhlili əsasında McKinsey uğurun 4 göstəricisini müəyyənləşdirir.
Miqyas əhəmiyyət kəsb edir
Davamı →

Böyük iş adamının üç göstəricisi: uğurlu sahibkarları birləşdirən cəhətlər

Uğurlu sahibkarların sayı elə də çox deyil. Bəs hansı cəhətlər onlardan birinə çevrilməyə kömək edir? Yeni araşdırma bu suala cavab verir.
Journal of Entrepreneurship-də dərc olunan yeni araşdırma uğurlu biznes-liderlərin düşüncə tərzindən bəhs edir. Heydərabaddakı hind biznes məktəbindən olan Ramnarayan Subramanian-ın rəhbərlik etdiyi araşdırma komandası bir çox sahibkarın ortaq mentalitetini formalaşdıran üç cəhəti müəyyən edib: insanlara, hədəflərə və öyrənməyə yönəlmək.
Davamı →

Müştərilərlə hansı zaman aralığında əlaqə saxlamaq lazımdır?

Müştərilərə zəng etmək və məktub göndərmək üçün ən münasib zaman açıqlandı.
“RingDNA”şirkəti süni intellektin köməyi ilə 130 milyondan çox telefon danışıqlarını təhlil etdi. Məqsəd potensial müştərilərlə təmas üçün ən effektiv vaxt aralığını təyin etmək idi.
“RingDNA” qurucusu və CEO-su Hovard Braun “Business Insider”ə bildirib ki, şirkət elektron poçtları, telefon danışıqlarını təhlil edir və hansı fəaliyyətin hansı saatda maksimum nəticə verdiyini müəyyən etmək üçün məlumat idarəetmə sistemindən istifadə edir.
Davamı →

Özünüqiymətləndirməni hansı formalarda reallaşdırmaq olar?

Biz başqalarının fikirlərinə böyük əhəmiyyət veririk, çünki insan sosial varlıqdır. Uşaqlıq illərində çəkdiyiniz şəkil və ya düzəltdiyiniz bir konstruksiya kiminsə tərəfindən ələ salınıbsa, illər sonra da instinktiniz “yaxşısı budur, heç nə eləmə ki, qabiliyyətsizliyini görməsinlər” deyir. Özünüqiymətləndirməsi aşağı olan insanlar ilk addımı atmaqdan həmişə çəkinirlər. Çünki bu, cəmiyyət tərəfindən pis qəbul oluna bilər. Getdikcə bu vəziyyət dərinləşir və insan görünüşündən, səsindən, geyimindən bədgüman olur. Üstəlik, heç nə etməməyə başlayır. Çünki hər cəhətdən bacarıqsız olduğuna şüuraltı səviyyədə özünü inandırır, nəticədə bütün motivasiyasını iflic edir.
Davamı →

Sosial media məsləhətçisi kimi pul qazanmaq

Sosial media məsləhətçisi kimi internet vasitəsi ilə yaxşı qazanc əldə edə bilərsiniz. Bu sector, son bir neçə il ərzində, sürətlə yüksəlişə keçmişdir. Sosial media məsləhətçisi olmaq üçün hansı xidmətləri təklif etməyiniz və bilməyiniz vacib olan digər məsələləri, bu məqalədə oxuya bilərsiniz.
 Sosial mediya popluyar olduqdan sonra, korporativ firmaların sosial hesablarını, reklam kampaniyalarını və son dəqiqə elanlarını sürətli bir şəkildə idarə etmək üçün bu sahə, artıq xüsusi bir xidmətə çevrildi. İstənilən bir məlumatı tez bir şəkildə əldə etmək üçün internetdən istifadə etməklə yanaşı son dəqiqə xəbərlərinin və kampaniyaların sosial mediyadan da izləndiyini bilirik.
Davamı →

Biznesin sürətli inkişafı, müştərilərlə işləməyin qeyri-ənənəvi qaydaları

Bir çox şirkətlər üçün müştərilərlə münasibətlər – hələ də xərclər və problemlər mənbəyi, xoşagəlməz ehtiyacdır. Bəs bunu necə dəyişmək olar?
Kathy Caprino – sahibkar, Forbes jurnalının yazarı.
Hərgün  internetdə  müştərilərlə necə işləmək barədə yüzlərlə məqalə çıxır, amma onların əksəriyyəti ənənəvi və şablon məsləhətlər xarakteri daşıyaraq  müştərilərin sizə necə maraqlı gəldiyinə onları inandırmaq texnikasından bəhs edir. Əslində isə, Zendesk şirkətinin qurucusu Mikkel Svane-nin dediyinə görə, bir çox təşkilatları hələ də müştərilərə xidmətdə ancaq qazanc motivi maraqlandırır.
Davamı →

Sosial media və yeni normalar, böhrana gedən yol

Sosial medianın reputasiya menecmenti üzərində necə vacib rol oynaması haqqında çox danışmışam. Onların əksəriyyəti müsbət təsirlər haqqında idi. İndi isə insanların “sosial media davranışları”nın ən vacib mənfi xüsusiyyətlərindən biri haqqında danışmaq istəyirəm. Daha sonra onun reputasiya üçün böhran yaratma potensial haqqında fikirlərimi bölüşəcəyəm.
Sosial medianın həyatımıza gətirdiyi yeni trendlərdən biri də yeni normalar, yeni sosial qaydalardır. Bunlar insanların fərdi səviyyədə və bir-biri ilə olan münasibətlərinə təsir etdiyi kimi, korporativ mədəniyyətləri də dəyişir. “Sosial media davranışları” ifadəsini isə termin kimi işlədə bilərik, çünki artıq insanların real həyatda və sosial mediada davranışlarının fərqli olduğunu təsdiqləyən çoxlu sayda tədqiqatlar mövcuddur.
Davamı →

Özünüzdə xarizmanı necə inkişaf etdirə bilərsiniz?

Menecment üzrə mütəxəssis Piter Druker, liderin xarizması haqda çox da düşünməmişdi. Buna baxmayaraq, 1992-ci ildə çıxan “Gələcəyin menecmenti” kitabında o, iri bankların birində “Xarizmanı necə əldə etmək olar” adlı seminarından bəhs edir.
“Tarixdə XX əsrin Stalin, Hitler və Maonun daxil olduğu üçlükdən daha xarizmalı kimsə olmamışdı. Bu liderlər bəşəriyyətə o qədər əzab verdilər ki, – Druker hirslə deyir. – Ancaq effektiv rəhbərlik xarizmaya bağlı deyil. Duayt Eyzenhauer, Corc Marşall və Harri Trumen olduqca güclü liderlərdən biri olublar”.
Davamı →

SEO rəqabət təhlili. Rəqiblərin SEO analizi

SEO markanın təqdimatının ən əhəmiyyətli və populyar üsullarındandır. Rəqabət təhlili SEO tədqiqatlarının strategiyasının qurulmasında mühüm yer tutur. Belə ki, təhlil mərhələlərini diqqətlə nəzərdən keçirməklə siz SEO tədqiqat strategiyasını daha da inkişaf etdirə bilərsiniz. Çünki həm strategiyanız üçün lazım olan dəyişiklikləri, həm də təkmilləşdirmələri aydın şəkildə görmək imkanı əldə etmiş olursunuz. Bununla yanaşı rəqiblərinizin işlərini, etdikləri səhvləri və ya üstünlüklərini daha da düzgün şəkildə müəyyənləşdirə bilərsiniz.
Davamı →
Top