Böyük iş adamının üç göstəricisi: uğurlu sahibkarları birləşdirən cəhətlər

Böyük iş adamının üç göstəricisi: uğurlu sahibkarları birləşdirən cəhətlər

Uğurlu sahibkarların sayı elə də çox deyil. Bəs hansı cəhətlər onlardan birinə çevrilməyə kömək edir? Yeni araşdırma bu suala cavab verir.
Journal of Entrepreneurship-də dərc olunan yeni araşdırma uğurlu biznes-liderlərin düşüncə tərzindən bəhs edir. Heydərabaddakı hind biznes məktəbindən olan Ramnarayan Subramanian-ın rəhbərlik etdiyi araşdırma komandası bir çox sahibkarın ortaq mentalitetini formalaşdıran üç cəhəti müəyyən edib: insanlara, hədəflərə və öyrənməyə yönəlmək.
Böyük iş adamının üç göstəricisi
Diqqəti insanlara yönəltmək
Araşdırmaçılar təsdiq edirlər ki, diqqəti insanlara yönəltmək fərqli fikirlərə, şirkətdə səmimiyyətə və pozitivliyə köklənməyə yol açır. İnsanlara diqqət edən biznes-liderlər bunlara bağlı olurlar:
  • ümumi maraqlarla düşünmək və hərəkət etmək
  • bütün maraqlı olan tərəflərin baxışlarına və fikirlərinə açıq olmaq
  • münaqişəli mühitdə pozitiv əhval-ruhiyyəni qoruyub saxlamaq
  • komandanın bütün üzvlərinin işlərini dəyərləndirmək
Belə bir nümunəyə baxaq: Araşdırmada iştrak edən şirkətlərdən biri, ventilyator istehsalçısı Symphony Limited bu yaxınlarda bir meksikan müəssisəsini alır, amma ağır daxili və xarici problemlərlə qarşılaşır. Şirkətin təsisçisi, ümumi qəbul edilən fikrin əksinə gedərək, yeni bölmənin yenidənqurmasını həyata keçirməmək qərarına gəlir. Bunun yerinə o, problemləri müəyyən etmək və hər iki tərəfin mövqeyini möhkəmləndirəcək həll yolunu tapmaq üçün onlarla sıx əməkdaşlıq edir. Bu plan işə yarayır. “Təsisçinin meksikan bölməsinin komandasına olan inamı, onun həçin işçilərin Symphony şirkətində tez-tez narazılığa səbəb olan baxışlarına qarşı açıq olması və yola getməyənləri kompromisə gətirməkdə, onları birgə həll yolunu tapmağa cəlb etməkdə qətiyyəti əvvəllər qeyri-məmnun olan əməkdaşlarda əminlik hissi yaradıb” – araşdırmada deyilir.
Hədəflərə bağlanmaq
Araşdırmaçılar təsdiqləyirlər ki, hədəfə bağlanan biznes-lider planın həyata keçirilməsində əzmkarlıq nümayiş etdirir.Hədəfə dayanan sahibkarlar əsasən aşağıdakı məsələlərdə uğurlu olurlar:
  • qlobal missiyanı müəyyən etmək
  • bu missiyanı həyata keçirmək üçün bütün maraqlı tərəfləri bir araya gətirmək
  • xırda maneələrə rəğmən missiyadan imtina etməmək
  • uzun illər nəticə gözləmək
  • maraqlı tərəflərlə işləyərkən səbrli olmaq
Hədəflərə bağlılıq istiqamətində araşdırmaçılar Vittal-dakı Beynəlxalq oftalmologiya institutunun direktoruna istinad edirlər. O, Nayana layihəsini (Hindistanın ucqar bölgələrində qlaukoma və diabetik retinopatiyanı müalicə proqramı) işə salanda çoxlu problemlərlə üzləşir. Hələ belə bir prqoram yox idi – onlarla əlaqəli loqistik problemlərə görə (çox vaxt Hindistanın ayrı-ayrı bölgələrinə tez qırıla bilən tibbi avadanlıqlar daşımaq lazım gəlir). Direktor etiraf edib ki, təşəbbüsün uğurlu olması onun Hindistandakı mütəxəssisləri öz tərəfinə çəkə bilməsindən asılı olub. Belə ki, bu məqsədlə o yerli göz həkimlərinə çoxlu sərfəli kompensasiya paketləri təklif edib və bununla da onlar proqramın uğurunda maraqlı olduqlarını hiss edə biliblər. Bundan başqa, direktorun həmin təklifi bir daha təsdiqləyib ki, onun üçün missiya mənfəətdən daha vacibdir.
Öyrənməyə köklənmək
Araşdırmaçıların fikrincə, öyrənməyə meylli sahibkarlar kənar siqnallara açıq olurlar və eksperimentlər aparmaqdan, həmçinin, risk etməkdən qorxmurlar. Onlar:
  • məlumatın bütün mənbələrini dinləyirlər
  • yeni ideyaların axtarışı və təşkilində texnologiyalardan istifadə edirlər
  • hər kəsin fikrinin nəzərə alınacağına əmin olurlar
  • eksperimentlər aparıb onların sayəsində daha çox şey öyrənirlər
  • bütün sahələrdə təkmilləşməyə israrlı olurlar
Öyrənməyə meylli olmağın üstünlüyünü araşdırmaçılar yenidən yuxarıda qeyd etdiyimiz  Nayana layihəsi ilə izah edirlər. Onlar yazırlar: “ Direktorun layihəsi lap əvvəldən eksperimentlər və risklərlə dolu olub. Onun Hindistanın kəndlərinə avadanlıq daşınması ideyası şübhə yaradıb və 40-dan çox təşkilat həmin layihəni maliyyələşdirməkdən imtina edib. Amma onun eksperiment aparmaqda və avadanlıq istehsalçıları ilə birlikdə işləməkdə, həmçinin, hədəfinə çatmaqda qətiyyətli olması bir liderin necə eksperimentlər edə və risklərə gedə bilməsinə yaxşı nümunədir”.


Mənbə: fins.az
Top