Sosial media məsləhətçisi kimi pul qazanmaq

Sosial media məsləhətçisi kimi pul qazanmaq

Sosial media məsləhətçisi kimi internet vasitəsi ilə yaxşı qazanc əldə edə bilərsiniz. Bu sector, son bir neçə il ərzində, sürətlə yüksəlişə keçmişdir. Sosial media məsləhətçisi olmaq üçün hansı xidmətləri təklif etməyiniz və bilməyiniz vacib olan digər məsələləri, bu məqalədə oxuya bilərsiniz.
 Sosial mediya popluyar olduqdan sonra, korporativ firmaların sosial hesablarını, reklam kampaniyalarını və son dəqiqə elanlarını sürətli bir şəkildə idarə etmək üçün bu sahə, artıq xüsusi bir xidmətə çevrildi. İstənilən bir məlumatı tez bir şəkildə əldə etmək üçün internetdən istifadə etməklə yanaşı son dəqiqə xəbərlərinin və kampaniyaların sosial mediyadan da izləndiyini bilirik.
Sosial media məsləhətçisi kimi pul qazanmaq
Sosial media məsləhətçisi olmaq üçün nə tələb olunur?
Home Office işləyən insanlar, bir qayda olaraq internet vasitəsi ilə pul qazanmağın yollarını axtarırlar. Buna görə də, siz də bu sektorda qazanc əldə etmək istəyirsinizsə, sosial media saytları və reklam vasitəlləri haqqında məlumat sahibi olmalısınız. Bundan əlavə, paylaşım etmək və qrafik-dizayn işlərindən də xəbərdar olmalısınız. Əksər korporotiv firmalar məhsullarının satış həcmini artırmaq üçün sosial media məsləhətçilərinə ehtiyac duyurlar.  E-ticarət saytları ilə yanaşı, web portallar  və xəbər saytları da sizin müştəriləriniz olacaqdır.
Bu səbəbdən, Facebookdan başlayıb Youtube’a kimi bir çox sosial mediyadan xəbərdar olmalı və xüsusilə də  onların istifadə etdikləri reklam metodları haqqında ətraflı məlumatlara yiyələnməlisiniz. Bundan əlavə, sektorunuzu yaxından təqib etməli və sosial media agentlikləri ilə təmas halında olmalısınız.
Sosial media məsləhətçisi hansı xidmətləri göstərir?
Sosial media məsləhətçisi, işə başladığı firmanın sosial media hesablarından istifadə edərək brendi və ya məhsulu maksimum səviyyədə tanıtmalıdır. Burada həll edilməsi vacib olan ilk addım, sizə iş verən firmanın əgər varsa sosial media hesablarının qaydaya salınması və daha da işlək vəziyyətə gətirilməsidir. Əgər bu firmanın sosial media hesabları yeni olacaqsa, brend və ya  məhsula görə konseptlər müəyyən edib bu istiqamətdə yeni hesabların açılması ilə işə başlanılır.
Brend və ya məhsula görə hədəf kütlə seçilir və sosial media paylaşımları bu hədəf kütləyə məxsusi şəkildə edilir. Sosial media hesablarından verilən reklamlarda, hədəf kütləni diqqətə alaraq reklam dizayn edilir və  diqqət çəkən məzmunlar hazırlanır. Bundan sonra da izləyicilərin sayının artırılması təmin edilir.
Görülən işlər və bu işlərin nəticələri haqqında müntəzəm hesabat hazırlanır və firma rəhbərliyinə məlumat verilir. Virtual reklam, məzmun paylaşma və reklam büdcələri ilə əlaqədar olaraq firmanızla ortaq hərəkət etməlisiniz. Unutmayın ki, sizin diqqət çəkəcəyini düşündüyünüz  bir paylaşım, firmanın xoşuna getməz və hətta  prestijini itirməyinə də səbəb ola bilər.
Sosial media məsləhətçisi işinin qiymətləndirilməsi
Sosial Media məsləhətçisi, işlərini qiymətləndirmək üçün müştərinin istəklərini əsas qəbul edir. Bəzi firmalar, daha çox paylaşım və hesablarının idarə edilməsini istəmirlər. Bu   firmalar üçün ümumi qiymətləndirmə 500-2000 manat arasındadır. Bəzi firmalar, işlərinizi bəyənsələr, şirkətin bütün sosial media hesablarının idarə edilməsini sizə tapşırarlar. Qiymətləndirmələr də 2000  büdcə və görülən işə görə 10.000 manata qədər arta bilər.
Sosial media məsləhətçisi işində əsas məqam
Sosial media məsləhətçisi işində referanslar və görülən işlərin əhəmiyyəti çox böyükdür. Fərz edin ki, bir e-ticarət firmasının sosial media hesabını idarə etməklə xalis qazancını 30% arttırmağı bacardınız, bu sizin üçün böyük bir referans deməkdir. Bu referans sayəsində, minlərlə e-ticarət saytlarında asanlıqla iş tapa bilərsiniz.


Tərcümə etdi: Rəşadət Hidayətov
 
Top