Qərar verən insanlara təsir etmək üçün 10 məsləhət

Qərar verən insanlara təsir etmək üçün 10 məsləhət

Bestseller müəllifi və dünyanın ən titullu biznes mütəfəkkirlərindən biri Marshall Goldsmith əmindir ki, hər birimiz insanlar üzərində birbaşa hakimiyyətə malik olmadan, onlara müsbət təsir göstərə bilirik. Peter Drucker-in əsas ideyalarından imtina edərək, o bilavasitə rəhbər, top-menecer və ya sadəcə həmkar olmasından asılı olmayaraq, qərar verən insanlara təsir etmək üçün 10 məsləhət verir.

Faktları qəbul edin
Həyatınıza təsir edən hər bir qərar “düzgün”, “ağıllı” və “ən yaxşı” insan tərəfindəndən deyil, sadəcə qərar vermək səlahiyyətinə malik olan insan tərəfindən verilir. Bu faktdır.

Elə insanlar var ki, onlar qərar vermək hüququna malikdirlər, fikri ilə razılaşaraq, biz “həyatın ədalətsizliyinə” görə daha əziyyət çəkmirik, digərlərinə daha effektli təsir göstərə bilirik və müsbət dəyişikliklərə hazır oluruq. Ən əsası isə biz daha xoşbəxt oluruq.

İdeyalarınızı satmağı öyrənin
Qərar verən insanlara təsir etmək cəhdi müştərilərə məhsul və ya xidmət satışına bənzəyir. Siz satmalısınız, lakin onlar almağa borclu deyillər.

İnanın ki, müştərilərini məhsul almamaqda günahlandıran satıcıları heç kim xoşlamır. Halbuki, xarici satışlar zamanı məsuliyyəti öz üzərinə götürmək bacarığı açıq-aydın və əsas keyfiyyətdir, böyük şirkətlərdə işçilərin çoxu fikirlərini “almadığına” görə rəhbərliyi günahlandıraraq vaxtlarını boş yerə sərf edirlər.

Harvard Universitetinin keçmiş professoru Kris Argyris-in, nəticə adətən “işin başqasına dövr edilməsi”nə gətirib çıxarır, deyə qeyd etməsi təsadüfi deyil. Biz fikrimizi başqalarının pis etdiklərinə cəmləşdirərək, özümüzü gücsüzləşdiririk. Bunun yerinə, biz elə edə bilərik ki, daha yaxşı olsun, kimi düşünməyimiz daha məhsuldar nəticə verəcək.

Təsir prosesinin əsas elementi qərar verən şəxsin təhsili ilə bağlıdır. Buna görə qərarların verilməsinə təsir etmək istəyənlər yaxşı müəllim olmalıdır.

Yalnız şəxsi məqsədlərə nail olmağa çalışmayın – ümumi fayda üçün işləyin
Satıcının işlətdiyi bəzi sözlər mənasız səslənə bilər. Məsələn, belə bir cümlə yolverilməzdir: “Siz bu məhsulu almalısız, yoxsa mən məqsədlərimə çata bilməyəcəm”.

İstənilən halda, yaxşı satıcılar şəxsi məqsədləri haqda deyil, alıcıların ehtiyacları haqda düşünürlər. Eynən bu cür, qərar verənlərə təsir edə bilən insanlar şöbənin və ya komandanın məqsədləri deyil, ilk növbədə, təşkilşatın ehtiyacları haqda düşünürlər.

Böyük döyüşlərdə qələbə qazanmağa çalışın
Enerjinizi əhəmiyyətsiz şeylərə sərf etməyin – rəhbərlərin buna vaxtı yoxdur. Hər hansı ideyanı təklif etməzdən əvvəl onu hərtərəfli təhlil edin. Real dəyişikliklərə səbəb olan problemlərə diqqət yetirin. Bu zaman xırda məğlubiyyətlərə hazır olun.

Sizə önəmli problemlərin həll olunması üçün pul ödəyirlər. Avtomobilin xüsusiyyətləri və ya idman komandalarının uğurları barədə mübahisələrdə qalibiyyət heç bir şeyə dəyməz.

İdeyalarınızın arxasında dayanan real maddi mənfəəti göstərin
Hər bir şirkətin resurs və vaxt məhdudiyyəti var. Sizin ideyanın qəbulu, kiminsə parlaq hesab etdiyi digər ideyadan imtina deməkdir. Buna görə, xərcləri təmkinlə müzakirə etməyə, etirazlara adekvat şəkildə reaksiya göstərməyə hazır olun.

Yadda saxlayın ki, nüfuzlu insanlar da səhvlər edir
Qərar verən insanları hamı səriştəli hesab edir. Və bu doğrudur. Lakin onların adi insanlardan çox fərqləndiyini düşünmək qəribədir. Liderlərin də ən yaxşısı insandır. İnsanlar isə səhvlər edir. Buna görə də, top-menecerlər səhv etdikdə, onları qınamayın, əksinə, onlara kömək etmək haqda düşünün.

Hörmət saxlamağı unutmayın
Qərar verən insanlara da müştərilər kimi eyni diqqəti göstərin. Fikrinizi söyləməzdən əvvəl, bir suala dörd fərqli rakursdan cavab verməyə cəhd edin:
İdeya şirkətimizə kömək edəcəkmi?
İdeya müştərilərimizə kömək edəcəkmi?
İdeya söhbət etdiyim insana kömək edəcəkmi?
İdeya haqqında danışdığım insana kömək edəcəkmi?
Bütün sualların cavabı “yox”dursa, sussanız yaxşıdır.

Son qərarı dəstəkləyin
Rəhbərliyin son qərarı əxlaqsız, qeyri-qanuni və ya qeyri-etik deyilsə, onu reallaşdırmağa başlayın. Bu halda, edə biləcəyiniz ən pis şey, işçilərinizə “Mənə dedilər ki, bu qərarı sizə çatdırım”, deməyiniz olar. Kolleqalarınızın gözündə həmin anda “kuryer”ə çevriləcəksiniz.

Qərar verən şəxsləri elə qəbul edin, sanki təşkilatınızda iyerarxiya və rollar üzrə bölgü yoxdur. Rəhbərinizi işçilərin gözləri qarşısında kürəyindən vursanız, o da sizə eyni cavabı verəcək.

“Qələbə qazanmağa” və ya “haqlı olmağa” çalışmayın
Vəziyyəti yaxşılaşdırmaq haqda xoşagəlməz düşüncələrdənsə, fikirlərinizi başqalarının nəyi düzgün etmədiyi ilə məşğul etmək daha asandır. İstiqaməti itirməmək üçün, faydalar haqda düşünün. Fikrinizi dəstəkləyən nə qədər çoxdursa, onun reallaşma ehtimalı daha yüksəkdir.

Keçmişi unudun, gələcək haqda düşünün
Daim hər şeyin pis olduğunu deyən və gileylənən insanları idarə etmək çox çətindir. Uğurlu insanlar gələcəkdə onlara müəyyən məqsədlərə nail olmağa kömək edən fikirlərlə işləməyi xoşlayırlar.
Gələcəyə baxaraq siz dünən nəyə nail ola bilmədiyiniz haqda deyil, sabah nə əldə edəcəyiniz haqda düşünəcəksiniz. Gələcəyə köklənən bu istiqamət qərar verən şəxslərə effektli təsir etmək şansını əhəmiyyətli dərəcədə artıracaq. Bu həmçinin sizə təşkilatın bütün səviyyələrində olan insanlar ilə uzunmüddətli münasibət qurmağa kömək edəcəkdir.

Özünə inamın təbiəti: nə üçün “səhvlərimiz uğurla assosiasiya olunur”?
Hər birimiz eşitmək istədiyimizi eşitmək istəyirik. Biz bütün dünyada bəhs olunan böyük işlərin bilavasitə bizimlə əlaqədar olduğuna inanırıq. Rəhbərlər də digərlərindən fərqlənmir, çünki özünə inam onlara uğur qazanmğa kömək edir.

Özümüz haqda hərtərəfli düşünsək, daha uğurlu ola bilərik. Hamımız nailiyyətlərimiz və statusumuzla bağlı səhvlər edirik:
Layihəyə verdiyimiz şəxsi töhfəmizi həddindən artıq qiymətləndiririk;
Peşəkar bacarıqlarımız və həmkarlarımız arasında nüfusumuz haqda yüksək fikirdəyik;
Layihəmizin şirkətin gəlirinə təsirini şişirdirik, real və gizli xərcləri isə azaldırıq.

Bunu necə izah etmək olar? Sadəcə bizim səhvlərimiz əsasən məğlubiyyət ilə deyil, uğur ilə assosiasiya olunur. Uğurların müsbət əsasları olduğundan, onların böyük bir gələcək vəd etdiyini düşünürük.
Uğurlu insanlar bəzən reallıqdan uzaqlaşırlar və bu heç də pis deyil. Möcüzələrə inam əminlik yaradır. Biz düşündüyümüz qədər qüsursuz olmasaq belə, bu əminlik həqiqətən daha uğurlu olmağa kömək edir. Axı real düşüncəli insanlar çox vaxt depressiya vəziyyətində olurlar.


Özünə inama əsaslanan səhvlər məqsədlərə nail olmağa kömək etsə də, onlara görə biz çətinliklə dəyişirik. Başqaları bizə dəyişməyimizə işarə edəndə, biz onlara təəccüblə baxırıq. Niyə? Bu sualın cavabı üç əvəzlənən vəziyyəti nəzərdə tutur.

Çaşqınlıq – inkar – hücum
Əvvəlcə biz digər tərəfin bizi yanlış məlumatlandırmağa çalışdığı üçün çaşqınlıq içində oluruq: insan sadəcə nə danışdığını anlamır və yəqin ki, bizi dəyişikliyə ehtiyacı olanlarla səhv salıb.
Digər tərəfin yanlış məlumatlandırılmadığını başa düşdükdə, biz inkar rejiminə keçirik: tənqid lazımlı ola bilər, lakin çox da əhəmiyyətli deyil, çünki uğurumuza mane olur.

Nəhayət, arqumentlər kifayət olmadıqda, biz digər tərəfə hücum etməyə başlayırıq: “Mənim kimi uğurlu adam niyə uğursuza qulaq asmalıdır?”
Eşitmək istəmədiklərimizə qarşı reaksiyamız bu cür olur. Bundan başqa, uğurlu insanlar keçmiş fəaliyyətlərini, şəxsi uğurlarına təsir etmə bacarıqlarını böyük pozitivliklə şərh etməyə meyilli olurlar, onlar əmindir ki, uğurları ədəbi davam edəcək və onlar həmişə talelərini nəzarətdə saxlaya biləcəklər. Nəticədə “dəyişikliklərə qarşı müqavimət kokteyli” alınır.

Bu nə deməkdir?
Yəni rəhbərinizin müsbət fikirləri ona uğur qazanmağa kömək edib, lakin eyni zamanda həmin fikirlər onun dəyişməsinə mane olur. Ona yüksək səviyyəyə çatmağa kömək edən məfhum, bu yüksəklikdə qalmağa və ya daha da irəliyə getməyinə mane ola bilər. Bu tələyə düşməyin!

banker.az
Top