Trumpdan biznes məsləhətləri

Trumpdan biznes məsləhətləri

Son zamanlara qədər sadəcə biznes sahəsində məşhur olan amerikalı milyarder Donald Trump ABŞ prezidentliyinə namizəd olduqdan sonra öz qalmaqallı çıxışları və iddiaları ilə də gündəmə gəldi və hazırda da bütün dünya üzrə müzakirə mövzusu olaraq qalmaqdadır.

Lakin bütün bunlara baxmayaraq qalmaqallı namizəd biznesmen fəaliyyətini davam etdirir. Onun bir fəlsəfəsi var – milyarder kimi düşün və sən milyarder olacaqsan. Bununla yanaşı, Donald Trump hər zaman öz qəddar və praqmatik müdrikliyini hər kəslə paylaşmağa hazırdır.

▪ Həyata qarşı pozitiv münasibətinin daim qələbə qazanmasına imkan ver: öz optimistliyində inadkar ol.

▪ İşdən azad etmək – vacib və məsuliyyətli bir prosesdir. Düzdür, işdən qovmaq xoş olmasa da, xəstə budağı kəsməklə, bütün ağacı xilas etmək olar.

▪ Bilik üçün səbr, fəaliyyət üçün cəsarət lazımdır. Səbr və cəsarəti birləşdirin və qalib olacaqsınız.

▪ İntuisiyanıza qulaq asın. Əslində hara getmək istədiyiniz yalnız sizin özünüzə məlumdur.

▪ Nümunə göstərin və sizə lazım olan insanlar özləri sizi tapacaqlar. Bu sizə xoş gələn insanlarla işləməyin ən yaxşı yoludur.

▪ Risk etməkdən qorxmayın, sevdiyiniz işlə məşğul olun, öz hərəkət istiqamətinizi özünüz seçin.

▪ Milyarderlər üçün iş və məmnunluq – hər ikisi eyni şeydir.

▪ Heç vaxt məzuniyyət götürməyin. Nəyinizə gərəkdir? Əgər işiniz sizə məmnunluq qazandırmırsa, demək lazım olan yerdə işləmirsiniz. Mən isə qolf oynayıram və öz biznesimi davam etdirirəm.

▪ Mənim devizim budur: Ən yaxşıları işə götür – və heç bir şeydə onlara etibar etmə.

▪ Ciddi olun, öz nailiyyət və qüvvənizi lazımi ana saxlayın.

▪ Əminəm ki, insan lazım bildiyi qədər pul xərcləməlidir. Lakin həmçinin bir şeyə də əminəm ki, mümkün olduğu qədər də çox xərcləmək lazım deyil.

▪ Mən gecə saat 1-də yatağa gedirəm və səhər artıq 5-də oyanaraq yeni qəzetləri oxuyuram.

▪ Maliyyə rifahı üçün yaxşı ideya düşünüb həyata keçirməməkdən daha dəhşətli bir şey yoxdur.

▪ Hər hansı bir müqaviləyə imza atarkən yarana biləcək çətinlik və bu çətinliyin öhdəsindən gəlmək ehtimalını düşünürəm. Müqavilənin yaxşı tərəfləri barədə düşünməyə dəyməz. Yaxşə tərəf özü-özünə həyata keçəməyə qadirdir.

▪ Varlanmağın yeganə yolu – realizm və düzgün limitlərdir. Yalnız jurnal vərəqlərində və televiziyada mövcud olan illuziya dünyası ilə vidalaşmaq zamanıdır. Hər şey siz düşündüyünüz qədər asan deyil.

▪ Əsl milyarderlər heç vaxt zamanı tələsdirməyə çalışmırlar. Çünki həyat çox gözəldir, lakin bununla belə çox da qısadır.



▪ Hər zaman bir sadə qaydanı yadda saxlayın: sahib olmaq istədiyiniz iş üçün yaxşı geyinmək lazımdır, hazırda işlədiyiniz üçün yox.

▪ Əslində dünya qəddar, insanlar isə amansızdırlar. Onlar üzünüzə gülümsəyə və bu təbəssümün arxasında sizi öldürmək arzularını gizlədə bilərlər. Cəngəlliklərdə yırtıcı heyvanlar həyatda qalmaq üçün öldürürlər. Yalnız insanlar bunu əyləncə üçün kimisə qətlə yetirirlər.

▪ Nə qədər ağıllı olduğunuz, təhsilinizin nə qədər ali olduğu və təcrübənizin nə qədər geniş olduğu vacib deyil. O dərəcədə müdrik olmaq mümkün deyil ki, tək başına uğurlu biznes qurasan.

▪ Baxın, qulaq asın və öyrənin. Siz hər şeyi bilə bilməzsiniz. Kim belə düşünürsə, yaxşı olmağa məhkumdur.
Top