Menecerlərə qarşı tələblər

Menecerlərə qarşı tələblər

Menecer fəal və sərt, məsuliyyətli, kollektivi idarə edə bilməli və bazarda şirkəti təqdim edə bilməlidir. Məhsuldar menecer hansı xüsusiyyətlərə malik olmalıdır?
Menecerin əsas xüsusiyyətlərinə təşkilatçılıq bacarıqları aiddir.

D. Makkeland belə bir fakta diqqət yetirir: məqsədlərə nail olmağa yönlü olan biznesmenlər pulları uğurun göstəricisi kimi qəbul edirlər.
Menecer mütəxəssis şəkildə hazırlanmış bir rəhbərdir. Lakin öz məhsuldar fəaliyyətlərinə görə menecerlər bir-birilərindən fərqlənirlər. Bu nədən asılıdır?

ABŞ-ın, Avropanın, Yaponiyanın aparıcı mütəxəssisləri arasında aparılmış sorğu nəticəsində menecerin fəaliyyətinin əsas uğur amilləri arasında bunlar müəyyən olunmuşdur:
bir insanın menecer fəaliyyəti ilə məşğul olmağa istəyi və marağı;
insanlarla işləmək, ünsiyyət qurmaq, əməkdaşlıq etmək, insanlara təsir etmək bacarığı;
qeyri- standartlıq, orijinal düşüncə bacarığı, yaradıcılıq;
insanın xasiyyətində həm risk etmək bacarığının, həm də məsuliyyətin olması;
hadisələrin gələcək inkişafını təxmin etmək, qərar qəbul etmək bacarığı və intuisiya;
yüksək professional bilik və bacarıqlar və xüsusi idarəedici qabiliyyətlər.

Menecerə xas olan ilk beş xüsusiyyət psixoloji keyfiyyətlər kimi qəbul edilir.
Psixoloqlar tərəfindən aparılmış böyük şirkətlərin rəhbərlərinin iştirakı ilə keçirilmiş tədqiqatlar nəticəsində menecerlərin digər şəxsi keyfiyyətləri müəyyən edilmişdi.

Dominantlıq – başqalarına təsir etmək bacarığı;
özünə əminlik;
stressə davamlılıq, emosiyalarını idarə etmə bacarığı;
yaradıcılıq, məsələləri yaradıcı şəkildə həll etmək bacarığı;
məqsədyönlü, riskə getmək bacarığı, öz üzərinə məsuliyyət götürmək bacarığı;
dürüstlük, verdiyi sözləri yerinə yetirmək xüsusiyyəti;
qərarları qəbul etmədə müstəqillik, sərbəstlik;
dəyişən vəziyyətlərdə davranış çevikliyi;
ünsiyyətcillik, ünsiyyət qurmaq bacarığı;

Məşhur menecer Yakoka qeyd edir ki: «Bacarıqlı menecerlərin karyera qura bilmələrinin əsas səbəbi onların öz həmkarları və işçiləri ilə əməkdaşlıq edə bilmələridir».

banker.az
Top