1. Menecmentdə qərarların təsnifatı.
Hər bir müəssisədə son məqsədə çatmaq üçün çoxlu sayda texniki-texnoloji əməliyyatlar həyata keçirilir. Hər bir əməliyyatın təşkili və icrası üçünsə vaxtında və münasib qərar qəbul edilməlidir. Ona görə də menecerlərinin ən gərgin və ən məsul vəzifələrindən biri də qərar qəbul etməkdir. Qərar qəbul edilməsi, həm də menecerin uğuru və ya uğursuzluğu ilə bağlıdır. Çünki hər bir düzgün qərar uğura səbəb olursa, hər bir səhv qərar da uğursuzluğa aparıb çıxarır. İdarəetmə qərarlarının qəbul edilməsini aşağıdakı kimi təsnif etmək olar: Qərar qəbul edilməsində iştirak edən əsas üsullar üç qrupa bölünür: Əslində, qərar qəbul edilməsi özü bir prosesdir. Bu proses aşağıdakı ardıcıllıqla qurulmalı və həyata keçirilməlidir. Qərar qəbul edilməsi prosesi əks əlaqənin yaradılması ilə yekunlaşır. Bu isə o deməkdir ki, qəbul edilən qərar həll ediləcək problemlə bilavasitə bağlı olmalı və qərarın qəbul edildiyi məqamda real vəziyyətlə müqayisə olunmalıdır. Bu baxımdan, qəbul olunmuş hər bir qərar aşağıdakı tələblərə cavab verməlidir: Müəllif: Ağasəf İmran
2. Qərarların qəbul edilməsi zərurəti.
3. Qərarların səmərəli olması meyarları.
4. Qərar qəbul edilməsinə təsir göstərən amillər .
5. Qərar qəbul edilməsi üsulları.
6. Qərar qəbul edilməsi prosesi.
-Məqsədə görə.
-İdarəetmənin səmərəliliyinə görə.
-Alınan son nəticəyə görə.
-İdarəetmə metodlarına görə.
-Giriş elementlərinə görə.
-Təsir vasitələrinə görə.
-İnformasiya tələblərinə görə.
İdarəetmə qərarlarına və onların keyfiyyətinə təsir göstərən meyarlar aşağıdakılardır:
-Elmi əsasa söykənməsi.
-Vaxtında (lazım olan zamanda) olması.
-Qərarların hazırlanmasına və icrasına təsir gücü.
-Qərarın hazırlanma müddəti.
-Rəhbərin savadı, səriştəsi və təcrübəsi.
-Qərarların qəbul olunma tezliyi.
-Kollektivin qərar qəbul edilməsində rolu.
-İşçilərin işgüzarlığı (sosial-iqtisadi münasibətlər).
-Mövcud olan idarəetmə quruluşu.
-Rəhbərin təşkilatçılıq qabiliyyəti, şəxsi keyfiyyəti və idarəetmə üslubu.
-Qərarların icrasına nəzarətin metodları.
-Kollektivin qərarların icrasında marağı.
-Qərarın icra müddəti.
-Təşkilatda istehsalat və əmək intizamı.
İdarəetmə mühitinə təsir göstərən meyarlar aşağıdakılardır:
-İstehsalın mürəkkəbliyi və fasiləsizliyi.
-İstifadə olunan informasiyanın həcmi və keyfiyyəti.
-Vəzifə təlimatları və standartların olması.
- İdarəetmənin fasiləsizliyi.
-Aydınlıq və yığcamlıq (lakoniklik).
-Reallıq və optimallıq.
-Dəqiqlik və ya dürüstlük (əsaslılıq).
-Məhsulun tamlığı (bütövlüyü) və ifadə forması.
-Səlahiyyət (rəhbərin hüquq və vəzifələri).
-Kollegiallıq.
-İdarəetmə səviyyələrinə uyğunluq.
1.İntuitiv qərar; 2. Müşahidə və ya səriştə əsasında qərar; 3. Rasional qərar.
İntuitiv qərar - hər bir rəhbər işçinin (menecerin) intuisiya əsasında qəbul etdiyi qərardır. Bu halda, daxili hissin hökmü əsas götürülür və heç bir təcrübəyə və ya elmi biliyə istinad edilmir.
Mülahizə və ya səriştə əsasında qərar - aparılmış müşahidələrin yekunlaşdırılması və yaxud da əvvəllər baş vermiş pozuntuların (xətaların) həlli zamanı müsbət nəticə vermiş təcrübənin (səriştənin) tətbiqi yolu ilə olur. Bu halda həm ayrı-ayrı fərdlərin, həm də ümumi kollektivin təcrübəsinə və səriştəsinə əsaslanmaq olar.
Rasional qərar - elmi və təcrübi biliklərintətbiqi, rəhbər işçinin intellektual səviyyəsi və qabiliyyəti əsasında qəbul olunur. Bu halda əsas meyar, elmi - nəzəri biliklərə və həm də qabaqcıl təcrübəyə və müasir elmi metodlara əsaslanmaqdır.
1.Problemin diaqnozunun qoyulması - hansı iş (məsələ) barədə qərar qəbul edilməlidir?
2.Meyarların müəyyənləşdirilməsi - problem nədir və hansı standartları pozulmuşdur?
3.Alternativlərin tapılması - aşkar edilmiş çatışmamazlıqları aradan götürmək üçün hansı variantlar vardır?
4.Alternativlərin qiymətləndirilməsi- problemin həllində hansı variant daha sərfəlidir və müəssisənin imkanlarına uyğundur?
5.Qərar qəbul edilməsi - ən səmərəli qərar variantının seçilməsi.
6.Qəbul edilmiş qərarın icrası - işin gedişinin qərara müvafiq dəyişdirilməsi.
a) məqsədəuyğun olmalı;
b) kəmiyyət və keyfiyyət göstəricilərinə malik olmalı;
c) optimal olmalı;
d) kompleks xarakter daşımalı;
e) stimullaşdırıcı olmalı;
f) çevik olmalı;
g) səmərəli olmalı;
h) vaxtında olmalıdır.
Qərar qəbul edilməsinin son məqsədi, işin icrasını təşkil etməklə müəssisənin son məqsədə nail olmasını təmin etmək olduğundan, yuxarıda qeyd edilən bütün amillərin nəzərə alınması vacibdir. Yalnız bu tələblərin ödənildiyi qərar variantı müəssisəyə faydalı ola bilər. Bu səbəbdən də qərar qəbul edilməsi prosesinə böyük məsuliyyət və cavabdehlik hissi ilə yanaşılmalıdır.
Qərar qəbul edərkən risk amilinin nəzərə alınması vacib şərtdir. Burada, risk anlayışı təhlükə kimi başa düşülməməlidir. Çünki, risk – müəyyənliyin elə bir səviyyəsidir ki, onun köməyilə nəticəni proqnozlaşdırmaq mümkündür. Əslində, risk - alınacaq nəticənin ya həddindən çox müsbət, yaxud da həddindən çox mənfi olacağını qabaqcadan bilib fəaliyyət göstərməkdir. Burada müəyyənlik və qeyri - müəyyənlik amillərinə də diqqət yetirmək vacibdir.
Müəyyənlik şəraitində qərar qəbul edilməsi, həll ediləcək problem barəsində kifayət qədər informasiyanı olması və qərar variantlarının çox olması ilə bağlı olur. Bu halda risk, seçiləcək qərar variantının yüksək səmərəli və ya az səmərəli olması ilə səciyyələnə bilər. Qeyri-müəyyənlik şəraitində isə əksinə, informasiyanın olmaması səbəbindən qərar variantlarının hazırlanmanın mümkünsüzlüyü baş verir ki, bu da menecer tərəfindən nəticəsi bəlli olmayan vahid bir qərarın qəbul edilməsini zəruri edir. Bu isə öz növbəsində böyük risk yaradır və çox böyük itkilərə səbəb ola bilər. Belə halda qərar qəbul edilməsi yalnız ehtimala əsaslana bilər. Ehtimal isə elmi və təcrübi biliklərə, səriştə və vərdişlərə yox, yalnız intuisiyaya söykəndiyindən onun müsbət nəticə verməsi şübhəlidir.
Qərar qəbul edərkən risk amilini zəiflətmək və ya aradan qaldırmaq üçün, ilk növbədə qeyri-müəyyənliyi azaltmaq və bunun üçünsə, həll ediləcək problemlə bağlı informasiya məhdudluğunu aradan qaldırmaq vacibdir
Mənbə: ”Menecment”(dərslik) BAKI-2007