Menecmentə yanaşmalar

Menecmentə yanaşmalar

1. Proses yanaşması və onun şərhi.
2. Sistem yanaşması və onun xüsusiyyətləri.
3. Situasiya (məqam) yanaşması.
4. Yanaşmaların fərdi və ümumi cəhətləri.

Menecmentə müxtəlif nöqteyi - nəzərdən baxılır və o, faktiki olaraq özündə 4 müxtəlif məktəbi birləşdirir. Bunlar: elmi idarəetmə, klassik və ya inzibati idarəetmə, insani münasibətlər və ya davranış, müasir idarəetmə və ya kəmiyyət elmi məktəbləridir. Bu məktəblərlə yanaşı, hal-hazıra kimi menecmentin nəzəriyyəsi və praktikasının inkişafında böyük rolu olan bir sıra əsas yanaşmalar da vardır:
Menecmentdə yanaşma dedikdə, idarəetmə prosesinin kimin necə təsəvvür etməsi və onun həllinə necə yanaşması başa düşülür. Menecment yanaşmalarının ən çox tətbiq edilən 3 tipini nəzərdən keçirək:
I. Proses yanaşması;
II. Sistem yanaşması;
III. Situasiya yanaşması
1). Proses yanaşması - bir-biri ilə bağlı idarəetmə funksiyalarına arasıkəsilməz ardıcıllıq kimi baxır.
Burada idarəetmənin funksional ardıcıllığını bilmək və bu ardıcıllığı qorumaqla işləri icra etmək vacibdir: planlaşdırma; təşkiletmə; motivləşdirmə; nəzarət; marketinq.

PLANLAŞDIRMA→ TƏŞKİLETMƏ → İCRA → NƏZARƏT → MARKETİNQ

Hər bir funksiyanın icrası bir proses kimi qəbul olunur. Bu funksiyaların ardıcıllıqla yerinə yetirilməsi prosesi, görüləcək işin icra edilməsinə və nəticə alınmasına səbəb olur.
Proses yanaşmasındaidarəetməyə bir-biri ilə bağlı olan qarşılıqlı fəaliyyətin ardıcıllığı kimi baxılır. Başqa sözlə, idarəetmə prosesi bütün funksiyaların ardıcıllığı və cəmi kimi başa düşülür. Bu funksiyalar isə aşağıdakılardır:
Bu beş funksiyanın icrası və əlaqələndirilməsi üçün ən zəruri proses informasiya mübadiləsidir və yalnız bu halda qərar qəbul etmək mümkündür.

2) Sistem yanaşması - menecmentə işçilər, təşkilat və ətraf mühit amillərinin qarşılıqlı əlaqəlləri (daxili və xarici amillər) kimi baxır.
Sistem yanaşmasıbir-biriləqarşılıqlı əlaqədə olan və asılı olaraq fəaliyyət göstərən bütün hissələrin və elementlərin təsirini nəzərə alır. Sistem – ayrı-ayrı qohum elementlər çoxluğu və yaxud da, iştirakçı elementlərin hər birinin öz fərdi xassəsi saxlanılmaqla onların birləşməsindən yeni xassəli yeni vahidin yaranması kimi başa düşülə bilər.
Real həyatda açıq və qapalı sistemlər mövcuddur. Bütün mövcud təşkilatlar (firmalar, müəssisələr) açıq sistemlərdir. Çünki onlar hamısı xarici aləmlə əlaqəlidirlər. Altsistemlər isə tam sistemlərin hissələridir. Qapalı sistem kimi ətraf mühitdən izolə edilmiş və bu şəraitdə fəaliyyət göstərə bilən qurğu və cihazları başa düşmək olar ki, bunlar da nisbi xarakter daşıyır (misal üçün, saat mexanizmi)
Sistem yanaşması şəraitində, yuxarıda qeyd olunan funksiyalarla yanaşı müəyyən daxili və xarici təsir amillərini, həmçinin qeyri-müəyyənlikləri, mürəkkəblikləri və dəyişkənlikləri də nəzərə almaq lazımdır.

3) Situasiya yanaşması - vaxta görə, mövcud situasiya ilə bağlı müxtəlif idarəetmə metodlarının tətbiq olunması və rəhbərin fərdi qabiliyyəti ilə müəyyən olunan qərarların qəbul edilməsi.
Burada, yuxarıda qeyd olunan proses və sistem yanaşmaları ilə birlikdə vaxt amili və onunla yanaşı qərar qəbul edən rəhbərin şəxsiyyəti, qabiliyyəti və digər xüsusiyyətlər də nəzərə alınmalıdır.
Situasiya (məqam) yanaşması, məqsədə daha səmərəli çatmaq üçün konkret məqamda konkret qaydaların tətbiq edilməsini təmin edir, təşkilata təsir edən daxili və xarici dəyişənləri (təsir amillərini) məqama görə nəzərə alır. Bu halda, rəhbərin şəxsi keyfiyyətləri, səriştəsi, biliyi, reallığı qiymətləndirmə qabiliyyəti, qərar qəbul etmə bacarığı və digər amillər nəzərə alınmalıdır.
Məqam yanaşmasının bir xüsusiyyəti də, təşkilatın strateji məqsədinin təmin olunması üçün vaxta görə taktiki addımların atılması, müəssisənin siyasətinin və qaydalarının bu məqsədə yönəldilməsi və görülən işlərin plana uyğun müddətlərdə yerinə yetirilməsinə diqqət yetirilməsidir.
Qeyd olunan hər üç yanaşma, menecerlər tərəfindən heç də izolə olunmuş şəkildə və fərdi yolla tətbiq olunmurlar. Onlar hamısı biri-birilə qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq şəraitində tətbiq edilirlər və yalnız belə olduqda istənilən son nəticə əldə edilə bilər. Bu səbəbdən də, bu yanaşmaların həm fərdi, həm də ümumi xüsusiyyətləri diqqətlə araşdırılmalı, öyrənilməli və yerinə, məqamına görə nəzərə alınmalıdır.
Haqqında danışdığımız məktəblər və yanaşmalar heç də menecmentin təkamülünün zirvəsi deyildir və bu istiqamətdə təkmilləşmələr və yeniliklər müasir günlərimizdə davam etməkdədir. Şərti olaraq yanaşmaları XX əsrin birinci və ikinci yarısında formalaşmış qruplara bölmək olar.

XX əsrin birinci yarısında meydana gələn yanaşmalar aşağıdakılardır:
a) Proses yanaşması;
b) Sistem yanaşması;
c) Situasiya (məqam) yanaşması;
d) Funksional yanaşma;
e) Kəmiyyət yanaşması;
f) Bürokratik təşkilatçılıq;
g) Rəftar (davranış) yanaşması;
h) İnzibati yanaşma;
i) Sənaye injinirinqi.
XX əsrin ikinci yarısında meydana gələn yanaşmalar aşağıdakılardır:
a) Nəticəyə görə idarəetmə;
b) Məqsədə görə idarəetmə;
c) Geriləmədə idarəetmə;
d) İnkişafda idarəetmə;
e) İnnovasiya yanaşması;
f) Uğur nəzəriyyəsi;
g) «Z» nəzəriyyəsi;
h) Kompleks yanaşma;
i) Kombinəli yanaşma.
İkinci qrup yanaşmaların bəzilərinə nəzər salaq:
Nəticəyə görə idarəetmə - Fin alimləri tərəfindən təklif olunmuş rəftarla bağlı yanaşmadır. Bu yanaşmada əsas vəzifə, həm işçilərin, həm də rəhbərlərin cəhdlərini planauyğun nəticələrin əldə edilməsinə yönəltməkdir.
Məqsədə görə idarəetmə – rəhbərlər və işçilər öz imkanları və qabiliyyətlərinə müvafiq olaraq məqsədə çatmaq üçün vəzifələri elə bölüşdürürlər ki, hər kəsn aldığı fərdi nəticələrin yekunu, ümumi nəticənin alınmasına xidmət etsin.
Geriləmədə idarəetmə- müəssisənin daxili mühitinin təhlili və təşkilati tədbirlərin tətbiqi sayəsində geriləməniaradan qaldırmağa yölədilir. Bu halda: istehsal proqramına yenidən baxmaq, maliyyələşdirməni dəyişdirmək, işçiləri ixtisar etmək, ayrı-ayrı bölmələri tədricən ləğv etmək kimi tədbirlər həyata keçirilə bilər.
Uğur nəzəriyyəsi- xarici təsir amillərinin müəssisənin praktik fəaliyyətinə nə dərəcədə təsir göstərməsini nəzərə alan yanaşmadır. Bu halda, sosial-iqtisadi inkişafda sıçrayış əldə etmiş ictimai sistemlərin müqayisəli təhlili aparılmaqla tədbirlər həyata keçirilər.
«Z» nəzəriyyəsi – Uilyam Ouçinin, Mak-Qrreqorun X və Y nəzəriyyələrini tamamlayan nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə hər bir müəssisənin uğuru, onda çalışan və konkret əsasnamələr və qaydalarla idarə olunan insanlardan asılıdır
Kombinəli yanaşma – “Uğur nəzəriyyəsi“ və “Geriləmədə idarəetmə“ yanaşmasının birgə tətbiqidir.

Mənbə Ağasəf M.İmran-ın Menecment kitabından

Top