Kreativ fəaliyyətin idarə edilməsinin xüsusiyyətləri

Kreativ fəaliyyətin idarə edilməsinin xüsusiyyətləri

Rəhbərlik tez-tez özünə belə bir sual verir: " Nə etmək lazımdır ki, bizim firmanın fəaliyyəti yeniliklərə istiqamətlənmiş olsun. Onları qəbul etməyə hazır olsun və yeniliklər yaratsın?" Əgər təşkilatda yeniliklə bazarda təşəkkül tapmış mühitə xas proseslərin təbii gedişinə zidd olması nöqteyi-nəzərindən qəbul olunursa onda yeniliklər heç vaxt yaranıb tətbiq olunmayacaq, Kreativ fəaliyyət və onunla əlaqədar tədbirlər firmanın normal, adi işinin tərkib hissəsi kimi çıxış etməlidir. Buna nail olunması kollektivdə yaradıcılıq mühitinin yaradılmasını tələb edir. Bu mühit isə rəsmiləşdirilmiş, direktiv qərarlar yolu ilə yarana bilməz. Bu yollardan istifadə qeyd olunan məsələnin həllində bir çox hallarda əks nəticələrə gətirib çıxara bilər. İşçiləri yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa və yüksək səviyyədə işləməyə məcbur etmək heç də həmişə mümkün olmur.
Yaradıcılıq fəaliyyəti könüllüdür və firmanın işçiləri onlara olan diqqət və qayğını, həmçinin onların özlərini firmanın sahibkarları kimi hiss etdiyi hallarda həyata keçirilə bilər. Nəticədə görünməyən inam, diqqət və qayğı real nəticə verir. Bir sözlə, kreativ mühit müəyyən olunmuş üsulla yaradılmış şəraitdir və bu şəraitdə insan özünün sərbəst, tamamilə motivləşmiş yaradıcılıq fəaliyyətinə hazır olan bir şəxs kimi hiss edir. Firmanın məqsədi bazarda müvəffəqiyyətə nail olmaq üçün yeni məhsulun yaradılması və istehsalı firmada yaradıcılıq mühitinin olmasının mütləq bir amili olur. Belə mühitin yaradılmasına kreativ menecmentin əsas prinsiplərinin istifadə olunması nəticəsində nail olmaq olar. Bu prinsiplərə aşağıdakılar daxildir:
- Müəyyən olunmuş məqsədə nail olmaqda tələbkarlıq və qətiyyətlik hisslərinin stimullaşdırılması;
- Kollektiv qarşısına qoyulmuş məqsədlərin tam aydınlığa nail olunması;
- Yaradıcılıq fəaliyyəti üçün lazımi optimal şəraitin yaradılması;
- Yaranan problemlərin həlli üçün vaxtında kollektivə kömək göstərilməsi və dayaq olması;

Kreativ prosesin sonsuzluqlarını qəbul etmək yeni idarə etmə prinsiplərinin əsasıdır ancaq eyni vaxtda bu proses onun nəticələrinin qeyri - müəyyənliliyi ilə xarakterizə olunmur. Kreativ menecmentin təkmilləşdirilməsi elə bir təşkilati əlaqələrin yaradılmasını tələb edir ki, onlar kollektivin yaradıcılıq potensialının daha geniş və hərtərəfli istifadəsinə normal şərait yarada bilsin.
Belə növ əlaqələrin müasir formalarının müxtəlif olduğuna baxmayaraq onların bir sıra ümumi tərəflərini qeyd etmək olar:
- Rəhbərlik tərəfindən kreativ fəaliyyəti hərtərəfli dəstəkləmək. Firmanın rəhbər işçilərinin qiymətli göstərişləri bir çox hallarda təşkilatda xüsusi yaradıcılıq fəaliyyətinin sərbəst, yüksək keyfiyyətli şəraitdə aparılması və yeniliklərin tətbiqinin optimal aparılması üçün şərait yaradır: Bütün bölmələr və işçilər səviyyəsində eksperimentlərlə əlaqədar fəaliyyətləri hərtərəfli dəstəkləmək ;
- İxtiraçılara, öz ideyalarının həyata keçirmək üçün bütün imkanlar verilməlidir. Burada firmanın menecerləri yeni, bənzəri olmayan ideyaları məhv edən bürokratik, geridə qalmış dünya görüşünə qarşı mübarizədə güclü və səmərəli metod işlətməlidirlər;
- Kommunikasiyaların yüksək səviyyəsi və daimi inkişafı. Problemə hərtərəfli "Hücum" ediləndə, onu həll etmə üçün yeni informasiya kombinasiyaları və bununla bərabər geniş spektr yaranır;
- Kreativ fəaliyyətin ayrı-ayrı maddi həvəsləndirici forma və metodları, sosial-texnoloji təsiredici üslubların geniş növlərini öz daxilində cəmləşdirən kompleks motivasiya sistemlərindən istifadə olunması. Təcrübə göstərir ki, insanlar təşkilatın rəhbərliyi tərəfindən onların sosial mahiyyətini qiymətləndirməsini, sosial müdafiəsinin təmin edilməsini, professional inkişafı və yüksəlməsi üçün şərait yaradılmasını hiss etdikdə yaradıcılıq fəaliyyətinin aktivliyi yüksək səviyyəyə çatır;
- İdarəetmədə iştirak etmə adlanan üslubdan istifadə olunması. Kreativ prosesin və qərar qəbul etmənin bütün fəzalarına işçilər cəlb olunmalıdır. Belə iştirak texnoloji və təşkilatı yeniliklərin qəbul olunmaması hallarını qabaqlayır, təşkilatın fəaliyyətinin səmərələşdirilməsinə kömək edir.
- İşçilər tərəfindən öz biliklərinin daima artırılması. Rəqabətin kəskinləşdiyi şəraitdə yenilik və xidmətlərin keyfiyyətli, heyətin (kadrların) yüksək səviyyəsi böyük əhəmiyyət kəsb edir. Yeni texnologiyanın tətbiq edilməsi, yeni məhsulun istehsalı bacarığı və istəyi kommersiya sahəsində böyük nailiyyətlər qazanılması üçün əsas amildir. Ona görə də müasir və sürətlə inkişaf edən dünyada onun mövqeyinin saxlanılması üçün kadrların hazırlanması və biliyinin artırılması rəhbərlik tərəfindən dəstəklənir və təşkilatın işinin əsas hissəsi kimi qiymətləndirilir.

Mənbə Menecment kitabı,2005
Kitabın müəllifləri K.A.Şahbazov, M.H.Məmmədov, H.S.Həsənov

Top