Azərbaycan Respublikasında kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 faizindən çox hissəsini təşkil etdikdə və borclu müəssisə tərəfindən öhdəliklərin yerinə yetirilməsi günündən iki ay keçdikdə onlar borclunun təsis sənədlərini uyğun olaraq yerləşdiyi ərazinin mülki məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qeyd etmək lazımdır ki,müflisləşmə prosedurasının başlanması haqqında borclunun özü və və ya prokurorluq ərizə ilə məhkəməyə müraciət edə bilər.
Əmlak inzibatçısı kreditorların tələblərini ödəmək üçün borclunun bütün əmlakının daxil olduğu müsabiqə kütləsini müəyyən etməlidir. Buraya müəssisənin balansına daxil olan və ya olmayan digər mühasibat sənədləri ilə təsdiq olunan bütün aktivlər daxil edilir. Azərbaycan Respublikasında borclunun əmlakını təşkil edən aktivlər aşağıdakı növbəlilik qaydasında bölüşdürülür. - dövlət və yerli büdcəyə vergilər,məcburi dövlət sosial sığortasına ayırmalar. Bu tələblər borclunun müflis elan olunması tarixindən əvvəlki bir il ərzində yaranmış öhdəlikləri əhatə edir, Hər növbənin kreditorlarının tələbləri yalnız özündən əvvəlki növbənin kreditorlarının tələbləri tamamilə ödənildikdən sonra ödənilməlidir. Mənbə: Məmməd Məmmədov Əməliyyatlar menecmenti kitabından
Kreditorlar və borclunun razılığı ilə borclu müəssisənin müflisləşməsi məhkəmədənkənar yolla da həll edilə bilər. Kreditorların tələblərinin ödənilməsi isə iflasla əlaqədar işlərə məhkəmədə baxılması prosedurasına uyğun olaraq kreditorların yığıncağı tərəfindən həyata keçirilir.
Lakin qanun tərəfindən bu cür işlərin mülki məhkəmədə baxılmasının təsdiqlənməsi düzgün deyildir. Çünki beynəlxalq təcrübəyə görə təsərrüfat və kommersiya məsələlərinə adətən arbitraj və ya tritey məhkəməsində baxılır. Fikrimizcə,hüquqi şəxslərin müflisləşməsi və iflası məsələlərinə Azərbaycanda mövcud olan iqtisad məhkəməsi baxmalıdır.
Müflisləşmə prosedurasının başlanmasında mühüm məsələ kim tərəfindən bu addımının atılacağının müəyyənləşdirilməsidir. Bizim qanunvericiliklə müəyyən olunmuşdur ki, kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 faizindən çox olduqda məhkəmə işə baxa bilər. Rusiya Federasiyasında isə müəyyən olunmuşdur ki, kreditorların ümumi tələblərinin məbləği minimum əmək haqqının 500 misli qədərdirsə onda məhkəmə işi icraya götürə bilər. Əlbəttə hər iki halın özünə məxsus müsbət cəhətləri vardır. Həmin normanın minimum əmək haqqına bağlanması bu məsələnin tez aşkar olunmasına, borclu müəssisənin nizamnamə fonduna bağlanması isə konkret müəssisənin real maliyyə vəziyyətini aydınlaşdırmağa imkan verir. Fikrimizcə, Azərbaycan respublikasının qanunda müəyyənləşdirilən norma daha məqsədəuyğun sayılmalıdır.
Müəssisənin təsis sənədlərinə müvafiq olaraq mülkiyyətçinin və ya müəssisənin rəhbərliyinin qərarı əsasında borclu müəssisə iflas haqqında işin qaldırılması haqqında məhkəməyə müraciət etməlidir. Özü də müəssisə həm cari öhdəlikləri yerinə yetirə bilmədikdə,həm də gələcək təhlükəni əvvəlcədən gördükdə məhkəməyə müraciət edə bilər. Məsələn, əgər büdcə və kreditorlar qarşısında borcun ödənilməsi mütəmadi olaraq gecikdirilirsə və müəssisədə bu borcların vaxtında ödənilməsi üzrə şübhə yaranırsa onda o, müəssisənin yenidən qurulması işlərinin təyin olunması məqsədilə, müflisləşmə üzrə işin başlanması üçün məhkəməyə müraciət etmək imkanına malikdir.
Müflisləşmə prosedurasının başlamaq üçün borclu müəssisə aşağıdakı sənədləri məhkəməyə təqdim etmələdir:
- mülkiyyət forması və mülkiyyət hüququnun subyektləri haqqında məlumat da daxil olmaqla müəssisənin rekivizitlərini;
- işin icraata qəbul olunduğu günə mühasibat balansını;
- debitor və kreditor borcunun siyahısı, borclunun maliyyə və əmək vəziyyəti haqqında başqa lazımi məlumatları.
Əgər məhkəmə tərəfindən müəyyən olunmuş müddətə bu sənədlər təqdim olunmazsa, onda müəssisə rəhbəri cərimələnir və lazımi məlumatların tərtibi və təqdim olunması borclunun hesabına müstəqil auditor xidmətinə tapşırılır.
İflas haqqında isə baxdıqdan sonra məhkəmə-borclunun müflis elan olunması və əmlak inzibatçısının təyini barədə, müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzaldılması barədə, borclarının müflis elan etməkdən imtina haqqında qərar çıxara bilər.
Məhkəməsiz iflas prosesinə yalnız borclu müəssisə tərəfindən başlana bilər.
Borclu müəssisə kreditorlarin yığıncağı barəsində kreditorlara bildiriş göndərilməlidir. Kreditorların yığıncağı iflas prosesinə başlama qərarından sonra ən geci 21 gün ərzində keçirilməlidir. Borclu müəssisənin müdiri kreditorların ilkin yığıncağında bütün kreditorlar haqqında və borclu müəssisənin əmlakı və passivləri haqqında məlumat verməlidir. Kreditorların ilkin yığıncağında iflas haqqında qərar təsdiqlənir və əmlak inzibatçısı təyin olunur.
Əmlak inzibatçısının hökmən hüquqi və ya iqtisadi təhsili olmalıdır. Məhkəmə borclu müəssisənin müflis elan olunması məqamınadək istənilən vaxtı müvəqqəti əmlak inzibatçısını təyin edə bilər. Onun əsas vəzifəsi borclunun müflis olunması müddətinə qədər onun aktivlərinin qorunmasını təşkil etməkdir.
Təminatlı kreditor iflas prosesinin başlanılıb-başlanılmamasından asılı olmayaraq təminat (girov) barəsində öz hüquqlarını həyata keçirə bilər. Əmlak inzibatçısı təminatlı kreditorların tələblərini kreditorun seçdiyi aşağıdakı qaydada ödəyir:
Kreditorların tələbləri aşağıdakı üsullarla ödənilir:
- kredit təşkilatlarının,o cümlədən qeyri-rezidentlərin bu qanun qüvvəyə mindiyi tarixədək ödənilmiş təminatsız borcları və onların faizləri barəsində tələbləri.
Əgər bölgü kreditorların bir növü üçün aparılmalıdırsa, onda həmin növə aid bütün kreditorlar bərabər sayılmalı və onlara çatası borc məbləğlərinə mütənasib ödəniş almalıdır.
Əgər təminatlı kreditorlara eyni aktivlər barəsində təminat verilmişdirsə,qanunvericiliyə müvafiq sürətdə birinci qeydə alınmış təminat daha yaxın növbəli olur.
Sağlamlaşdırma tətbiq edilmədiyi və barışıq sazişi bağlanmadığı və ya əqdlərin etibarsız sayıldığı hallarda məhkəmə borclunun müflis olması haqqında qətnamə çıxarır. Bu təqdirdə iflasa uğramış müəssisə üzrə müsabiqə icraatına başlanılır.Bu haqda məlumat rəsmi mətbuatda dərc olunur. Qanunda nəzərdə tutulmuş lazımi yerlərə müsabiqə icraatına başlandığı barədə məlumatın verilməsi məhkəmənin səlahiyyətindədir.
Müsabiqə icraatı dedikdə müflisləşmiş müəssisənin könüllü və ya məcburi şəkildə ləğv edilməsi prosedurası başa düşülür. Bünun nəticəsində müsabiqə kütləsi yəni borclunun əmlakı müəyyən edilərək kreditorlar arasında bölüşdürülür. Kreditorların tələbləri ödənildikdən sonra borclu müəssisə borclardan azad elan edilir.
Məhkəmə tərəfindən barışıq sazişinin təsdiq edilməsi üçün borclu müəssisə barışıq sazişinin layihəsini,kreditorların sayını və borcun məbləğini təqdim etməlidir.
Bəzi hallarda yəni barışıq sazişi yerinə yetirilmədikdə, müəssisənin maliyyə vəziyyəti pisləşdikdə və borclu kreditorların hüquq və mənafelərinə ciddi zərər vuran hərəkət etdikdə barışıq sazişinə xitam verilə bilər və iflas prosedurası yenidən başlanır.
Beynəlxalq təcrübədə iflasın digər növlərinə də rast gəlmək mümkündür.
Qəsdən iflasa uğrama dedikdə müəssisənin mülkiyyətçisi və ya rəhbəri tərəfindən müəssisənin tədiyyə qabiliyyətinin bilərəkdən aşağı salınması,şəxsi və digər maraqları nəzərə alınmaqla müəssisəyə ziyan vurmaq kimi başa düşülür.
Saxta iflas zamanı isə müəssisə yalandan özünü müflisləşmiş elan edir. Bunda məqsəd kreditorlar tərəfindən ödənişlərin yerinə yetirilməsi vaxtını uzatmaq və ya borcların aşağı salınması güzəştinə nail olmaqdır.
Müəssisə fors-major hadisələr nəticəsində də müflisləşə bilər. Fors-major hallara müxtəlif təbii fəlakətlər,siyasi və iqtisadi hadisələr aid edilir. Belə müflisləşmənin qarşısı sığorta fondları və şirkətlərinin hesabına alınır.