İnnovasiya menecmenti kompaniyanı idarəetmənin rəhbərliyin ali səviyyəsində həyata keçirilən strateji idarəetmə istiqaməitləriqdən biridir.Onun məqsədi aşağıdakı sahələrdə firmaların elmi-texniki və istehsal fəaliyyətinin əsas istiqamətlərini müəyyən etməkdir: yeni məhsullar işlənib hazırlanması və tətbiq edilməsi (innovasiya fəaliyyəti); buraxılan məhsulun modernləşdirilməsi və təkmilləşdirilməsi; ənənəvi məhsul növləri istehsalının daha da inkişaf etdirilməsi; köhnəlmiş məhsulların istehsalatdan çıxarılması.
Mənbə: Məmməd Məmmədov Əməliyyatlar menecmenti kitabından
İnnovasiya menecmentində əsas diqqət strategiyanın işlənib hazırlanmasına və onun reallaşdırılmasına istiqamətlənmiş tədbirlərə verilir. Yeni növ məhsullar işlənib hazırlanması və buraxılması firmanın strategiyasının daha üstün istiqamətləri olur.
Firma üzrə innovasiya siyasətinin həyata keçirilməsi bütövlükdə aşağıdakıları nəzərdə tutur:
-innovasiya fəaliyyətinin plan və prqramının işlənib hazırlanması;
-yeni növ məhsullar işlənib hazırlanması gedişinə və onun tətbiqinə nəzarət edilməsini;
-yeni növ məhsullar yaradılmasının layihələrinə baxılmasını;
-vahid innovasiya siyasətinin həyata keçirilməsini: istehsal bölmələrində bu sahənin fəaliyətinin əlaqələndirilməsini;
-innovasiya fəaliyyəti prqramının material və maliyyə resursları ilə təmin edilməsini;
-innovasiya fəaliyyətinin ixtisaslı heyyətlə təmin edilməsini;
-innovasiya problemini ideyadan seriyalı məhsul istehsalına qədər kompleks şəklində həll etmək üçün müvəqqəti qruplar yaradılmasını.
İri firmalarda tədqiqat işləri və istehsalı vahid prosesdə birləşdirən vahid elmi-texniki kompleks yaradılması innovasiya fəaliyyətinin inkişafının müasir mərhələsinin əsas xüsusiyyətlərindən biridir. Bu «elm-istehsal» tsiklinin bütün mərhələlərində sıx əlaqə olmasını nəzərdə tutur. Bütöv (tam) elm-istehsalat-satış sisteminin yaradılması obyekttiv olaraq qanunidir. Bu elm-texniki tərəqqi və firmanın bazar münasibətlərinə istiqamət götürülməsi tələbi ilə şərtlənir.
XX əsrin 80-cı illərindən başlayaraq müasir firmaların innovasiya siyasətində elmi-texniki və istehsal-satış fəaliyyəti istiqamətində yeni meyllər özünü aydın surətdə göstərməyə başladı. Bu hər şeydən əvvəl buraxılan məhsulun çeşidində satışla bağlı olan texniki xidmətlərin (incinirinq mühəndis-məsləhət xidməti lizinq, məsləhət və digər ) genişləndirilməsi ilə müşayət olunan yeni elm tutumlu məmulatların xüsusi çəkisini yüksəltməyə cəhd etməkdə özünü göstərirdi. Digər tərəfdən isə ənənəvi məhsullar istehsalına çəkilən xərclərin aşağı salınmasına cəhd edilməsində özünü göstərməkdədir.
Bu meyl öz güclərini yüksək texniki mürəkkəbliyə malik olan məhsullar işlənib hazırlanması və istehsalına cəmləşdirən (radio elektron texnikası, xüsusi ilə EHM və mikro prosessorlar, rabitə vasitələri, aviakosmik texnika, enerji avadanlığı, avtomatlaşdırma vasitələri və s) ABŞ-ın maşınqayırma sahəsində fəaliyyət göstərən transmilli korporasiyalarının texniki siyasətində özünü qabarıq şəkildə göstərir. Onlar belə məmulatlar buraxılmasının inhisara alınması hesabına kapitalın tez bir zamanda amortizasiyasını təmin etməyə; maşın və avadanlıqlar bazarının ayrı-ayrı bölmələrində liderliyi saxlamağa cəhd edirlər. Eyni zamanda onlar rəqabət qabiliyyətini yüksəltmək məqsədilə maşınqayırmanın ənənəvi sahələrində istehsal xərclərinin əhəmiyyətli şəkildə aşağı salınmasına cəhd edirlər.