İxtiraçısı səhv bilinən ən məşhur ixtiralar

İxtiraçısı səhv bilinən ən məşhur ixtiralar

Keçmişdən günümüzə qədər gəlib çatan, hətta daha da təkmilləşərək işlərimizi asanlaşdıran cihazlar tarixdə özünəməxsus yer tutur. İxtiraları böyük elmi nailiyyət hesab olunan və əsərin sahibi olaraq adları tarixə yazılan çoxlu sayda alimlər var. Lakin sonradan məlum olub ki, həmin alimlərin adları səhv bilinib. Sizə ixtiraçısı səhv bilinən həmin icadları təqdim edirik.  Hərəkətli şəkillər (video) ixtirası: Əsli Lois Le Prins. Səhv bilinən ixtiraçı: Tomas Edison (Edisonun öz kinofilm anlayışı da əslində yanında çalışanlardan biri olan Villiam Diksona aiddir). İngiltərədə 14 oktyabr 1888-ci ildə Cozef və Sarah Vitleyin evində çəkilən video-qeyddə Adolf Le Prins (Loisin oğlu), Sarah Vitley, Cozef Vitley və Harriet Hartley lentə alınıb. Filmlər çəkildikdən on gün sonra Sarah Vitleyin öldüyü xəbəri yayılıb, iki il sonra isə Le Prins Dijondan Parisə səfəri zamanı qatardan itkin düşüb. Bundan iki il sonra isə Prinsin böyük oğlu Alfons, Edisona qarşı irəli sürdüyü patent iddiasının arxasınca gedərkən Nyu-Yorkda öldürülüb. Edisonun ilk hərəkətli görünüşü olan “Monkeyshines” isə 1889-1890-cı illərdən sonra ortaya çıxıb. İnternetin ixtirası: İnternetin atası olaraq bilinən 4 ad: “ARPANET”in idarəçiləriVinton Cerf, Laurens Roberts, Leonard Kleinrok və Robert Kahn. Səhv bilinən ixtiraçı isə Al Goredir. (Əslində Al Gore heç vaxt “interneti mən kəşf etdim” deməyib, ancaq “ABŞ konqresinə xidmətim əsnasında, internetin yaradılışı müddətində əhəmiyyətli bir yerə sahibəm” deyib.) 23 iyun 1943-cü il təvəllüdlü Vinton Cerf “internetin atası” olaraq qəbul edilib. Milli Texnologiya medalı və bir çox mükafatlara layiq görülən bu şəxs, universitet illərində professor Cerald Estrinin rəhbərliyindəki professor Leonard Kleinrokun məlumat paketi şəbəkəsi qrupunda fəaliyyət göstərib. Bu qrup “ARPANET”in, yəni internetin ilkin versiyası üzərində işləyiblər. Bu qrupun nümayəndələrindən olan Cerf Vinton “UCLA”da çalışarkən, o dövrdə “ARPANET”in təchizat arxitekturası üzərində çalışan Robert E. Kahn ilə tanış olub və onun kəşfini inkişaf etdirib. Cerf 2005-ci ilin sentyabr ayından bəri “Google”da müdir müavini vəzifəsində fəaliyyət göstərir.   
Top