Arxeoloq Con Leyardın 1850-ci ildə əldə etdiyi bir tapıntı “Linzadan ilk dəfə kim istifadə edib?” sualını gündəmə gətirdi.
Con Leyard indiki İraq ərazisində apardığı arxeoloji qazıntılarda bundan 3000 il əvvələ aid linzaya bənzəyən əşya tapmışdır. Hələ də İngiltərə muzeyinin arxivində saxlanılan bu tapıntı elm dünyasına məlum olan ilk linzadan assuriyalıların dövründə istifadə edildiyini göstərmişdir.
Roma Universitetindən prof. Ciovanni Pettinatonun elm tarixinin müəyyən edilməsində mühüm kəşf kimi səciyyələndirdiyi bu tapıntının assuriyalıların hərtərəfli astronomiya biliyinin mənbəyini açıqladığını deyir. Assuriyalılar Saturn planetini və ətrafındakı halqaları müşahidə etmişdilər.
Bu linzanın hansı məqsədlə istifadə edildiyi, əlbəttə, mübahisəlidir, ancaq açıq-aşkar həqiqət var: qədim xalqların hamısı tarixçi elm adamlarının iddia etdiyi kimi ibtidai həyat tərzi yaşamayıblar. Qədim dövrlərdəki xalqlar da elm və texnologiyadan istifadə etmiş, köklü sivilizasiyalar qurmuş, qabaqcıl həyat tərzi keçirmişdilər. Necə yaşadıqlarına dair dövrümüzə çox məhdud məlumat gəlib çıxmışdır. Ancaq əldə edilən məlumatların demək olar ki, hamısı bu xalqların təkamül keçirmədiyini açıq-aydın göstərir.
DNT-nin cüt zəncirdən ibarət modeli 1953-cü ildə qəbul edilmişdi. Elm adamları Ceyms Vatson və Frensis Krikin təklif etdiyi bu modelin qəbul edilməsindən 59 il sonra həyatın özünü təşkil edən zəncirlərə aid ilk həqiqi fotoşəkil çəkilib.
Məlum olan bütün canlı orqanizmlərin inkişafı və həyat funksiyaları ilə əlaqədar əsas məlumatları ehtiva edən DNT zəncirlərinin ilk dəfə foto şəkli çəkilib. İtaliyanın Maqna Qrasia Universitetində fizika professoru Enzo Di Fabrizio elektron mikroskopu ilə DNT-nin foto şəklini çəkib.
Elm adamları Di Fabrizionun uğurundan əvvəl DNT-nin quruluşunu müxtəlif vasitələrlə müşahidə etmişdi. DNT-nin cüt spiral formasındakı quruluşu ilk dəfə rentgen kristalloqrafiyası adlanan metodla müəyyən edilmişdi. Bu metodda rentgen şüalarının cisimlə toqquşduqdan sonra necə əks olunduğuna baxaraq cismin forması müəyyən edilir.
Lotus bitkisi (ağ su zanbağı) palçıqlı və çirkli mühitlərdə bitir. Buna baxmayaraq, bitkinin yarpaqları həmişə təmiz olur. Çünki bitki üzərinə çox cuzi toz dənəsi belə düşən kimi dərhal yarpaqlarını yelləyir və toz zərrəciklərini müəyyən məsafəyə doğru itələyir.
Yarpağın üzərinə düşən yağış damcıları da bu nöqtələrə doğru yönləndirilir və buradakı tozları yuyub aparır.
Lotus bitkisinin bu xüsusiyyəti bina səthinin dizaynı üçün araşdırmaçılara yeni üfüq açıb. Bundan ilham alan tədqiqatçılar Lotusun yarpağı kimi, yağış sularını istifadə edərək üzərindəki çirki təmizləyən bina səthləri üzərində işə başlayıblar.
Elm adamları 3 il əvvəl dənizin dibində kəşf edilmiş, ancaq səbəbi aşkar edilməmiş elektrik axınlarının mənbəyini tapıblar. Beynəlxalq tədqiqat qrupu dəniz dibində elektrik naqilləri kimi işləyən bakteriyaları kəşf ediblər.
Danimarka və ABŞ-dan elm adamları biomühəndislik sahəsində çox mühüm kəşfə imza atıblar. Tədqiqatçılar dəniz dibində kəşf edilmiş yeni bakteriya növünün elektrik axını hasil etdiyini müəyyən ediblər. Sözügedən bakteriyanın çox kiçik hissəsində cərəyan ötürən naqiləbənzər çıxıntıları olduğu məlum olub.
Elm adamları elektrikli bakteriyanın üzvi elektronika sahəsində yeniliyə səbəb olacağını, hətta insan bədəninə nəql edilən protezlərin təkmilləşdirilməsinə imkan verəcəyini bildiriblər.
1938-ci ildə alman arxeoloq Vilhelm Koniq tərəfindən tapılan vazaya bənzər bir əşya “Bağdadbatareyası” adlandırılır. Bəs 2000 illik tarixi olan bu əşyadan batareya kimi istifadə edildiyinə dair qənaətə necə gəliblər? Çünki bu əşyadan batareya kimi istifadə edilibsə – ki, aparılan tədqiqatlar bunun doğru olduğunu göstərir – mədəniyyətin daima təkmilləşdiyi, qədim xalqların isə ibtidai şəraitdə yaşadığına dair bütün nəzəriyyələr əsassız qalır.
Ağız hissəsi asfaltla örtülmüş bu torpaq qabın içində mis boru var. Alt hissədən mis diskə bağlanmış bu borunun içində dəmir çubuq üst tərəfdəki asfalt qapağa bərkidilmişdir. Çubuq borunun içinə doğru sallanmış vəziyyətdədir, ancaq heç bir nöqtə ilə birləşmir.