Hacı Zeynalabdin Tağıyev Bakıda mart hadisələrinə dair teleqram göndəribmi

Hacı Zeynalabdin Tağıyev Bakıda mart hadisələrinə dair teleqram göndəribmi

1918-ci il mart ayının 30-da axşam radələrindən başlayaraq Bakıda erməni-bolşevik qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı yönəlmiş qırğınlar aprelin 2-nə kimi davam etmiş, öz kütləvi xarakterinə, miqyasına və amansızliğına görə “milli faciə” (kimi qiymətləndirərək Azərbaycan tarixinə “1918-ci il Mart hadisələri” adı ilə daxil olmuşdur.
Bu qırğınlar nəticəsində ən ümumi hesablamalara görə 12 mindən artıq azərbaycanlı qətlə yetirilmiş, müsəlmanlara məxsus yüzlərlə tarixi və mədəni abidələr, ictimai, dini, ticarət binaları, bötöv yaşayış məhəllələri, ayrı-ayrı evlər və s. məhv edilmiş və yandırılmışdı. Xüsusi vəhşiliklə qətlə yetirilmiş  insanlar arasında minlərlə qoca, qadın, uşaqların olması şəhərin yalnız müsəlman deyil, digər əhali qrupları arasında da elə böyük əks-səda doğurmuşdu ki, qırğınların nəticələrinin oyatdığı təsirdən qorxuya düşən erməni cəmiyyətinin nümayəndələri, xüsusilə kübar dairələr, dərhal bu hadisələrdə erməni əhalisinin hər hansı rolunu danaraq, “ən yaxşı halda” kənardan gəlmiş erməni əsgərlərinin və ya yerli “erməni qara camaatından” ayrı-ayrı şəxslərin iştirakını etiraf edirdilər.
Bakıda mart qurbanlarının cəsədləri hələ tam yığışdırılmadığı, itkin düşmüş insanlar hələ tapılmadığı, günlərdə, 1918-ci il faciəli mart hadisələrindən cəmi 9 gün sonra isə Tifliisdə sosial-inqilabçiların (eserlərin) orqanı “Znamya truda” (Əmək bayrağı) qəzetinin 29 mart (11 aprel) 1918-ci il tarixli sayında aşağıdakı məzmunda Bakıdan göndərilımiş bir teleqram dərc olunur:Mart soyqırımı
“Bakıda sakitlik yaranmışdır. Vilayətin xoş güzəranı naminə, mən ümumxalq qarşısında şəxsən bəyan etməyi özümə borc bilirəm ki, Bakı hadisələri erməni-tatar (azərbaycanlı – müəl.) toqquşması xarakteri daşımamışdır. Bütün döyüşlər zamanı tatarlar tatar məhəllələrində yaşayan ermənilərə toxunmamışlar. Erməni hissələri isə 14000-dən çox müsəlmanı xilas edərək onlara sığınacaq vermişdir və onlar İran konsulunun vasitəçiliyi ilə qaytarılmışlar. Mən öz səsimi hər yerdə və hər cür qisasçılıq və düşmənçilik əməllərinə dərhal son qoyulması yolunda qaldırıram. Bunun ümumi maraqlara uyğun olduğunu düşünərək, sizdən əhali arasında sülh və əmin-amanlığın bərqərar olması üçün hər cür köməklik göstərməyinizi xahiş edirəm.  Qoy hər kəs öz dinc həyatına qayıtsın”.
Teleqram Tifl isdə fəaliyyət göstərən Zaqafqaziya Hökumətinin adına ünvanlanmışdı, onun altında isə Hacı Zeynalabdin Tağıyevin adı göstərilirdi.
Əvvəlcədən qeyd edək ki, həmin sənədin əsli mövcud deyildir. Moskvada, Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivində bu teleqramın yalnız mətni (qəzetə istinadən) saxlanılır. Təbii ki, bu amildən çıxış edərək, həmin sənədin etibarlılığını şübhə altına almaq və ona ciddi əhəmiyyət verməmək olardı. Lakin mənşəyi məlum olmayan bu telegram tanınmış Azərbaycan milyonçusu- neft sənayeçisi, ictimai xadim və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən Bakıda mart hadisələrində erməni amilini inkar edən mühüm bir sənəd kimi “1918-1920-ci illər Bakı və Yelizavetpol quberniyalarında erməni qırğınları” adı altında 2003-cü ildə Yerevanda nəşr edilmiş sənədlər toplusuna daxil edilib. Bundan əlavə, 1918-ci ilin oktyabr ayından başlayaraq həmin teleqram ermənilərin siyasi, ictimai, dini dairələrinin bütün tanınmış xadimləri tərəfindən Bakıda mart qırğınları zamanı erməni təşkilatlarının və şəhərin erməni əhalisinin həmin qırğınlarda nəinki iştirak etmədiyinin, hətta xilasedici rol oynadığının təsdiqi kimi istər öz dövründə, istərsə sonrakı illərdə Bakıdakı xarici nümayəndəliklərdən başlayaraq, yerli və xarici mətbuatda, dövlət və ictimai qurumlar, ən müxtəlif beynlxalq təşkilatlar və s. arasında geniş istifadə edilmişdir. Həmin sənədin bu gün də Bakıdakı mart hadisələrinin əsl mahiyyətini təhrif etmək məqsədi ilə erməni müəllifl əri tərəfindən gündəmdə saxlanılan iki “ciddi arqumentdən” biri olduğunu nəzərə alaraq bu məsələyə aydınlıq gətirmək zəruridir.
Teleqramın həqiqətən H.Z.Tağıyevə aidiyyəti bir sıra səbəblərdən şübhə doğurur. Əvvəla, 1918-ci il mart faciələri günlərində Tağıyevin bütün ailəsi böyük matəm və son dərəcə dərin sarsıntı içində idi. Həmin ərəfədə onun oğlu, Lənkəranda yerləşən müsəlman diviziyasının zabiti Məhəmməd Tağıyev silahla ehtiyatsız davranması səbəbindən faciəli şəkildə həlak olmuşdu. Məhz onun silahdaşlarının, M.Tağıyevin cənazəsini müşayiət edərək Lənkərandan Bakıya dəfnə gəlmiş müsəlman diviziyasının 48 zabit və əsgərinin tərksilah edilməsi Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti tərəfindən bir bəhanə kimi istifadə edilməklə mart hadisələrin başlanmasına səbəb olmuşdu. Qeyd edilməlidir ki, bu hərbi dəstənin başçısı Hacının öz kürəkəni, onun böyük qızı Leyla xanımın əri, digər Bakı milyonçusu Şəmsi Əsədullayevin oğlu Əli Əsədullayev idi və bu Azərbaycan zabiti mart hadisələri başlanan andan demək olar ki, 20 saatdan artıq müddətdə, döyüşçüləri ilə birgə bolşevik-erməni qüvvələrinə silahlı müqavimət göstərmişdi. H.Z.Tağıyevin özü bu günlərdə evindən bayıra çıxmamış, tanınmış neft sənayeçisi Ambarsum Melikovun onun ardınca göndərdiyi oğlanları – Georqiy və Sergeyin öz atalarının adından təhlükəsizlik naminə onların evinə getmək təklifini qəbul etməmişdi.
Yeri gəlmişkən qeyd edilməlidir ki, Erməni Milli Şurasının və “Daşnaksütun”un Bakı Komitəsinin rəhbərlərindən biri olan Ambarsum Melikovun evində həmin günlər bu partiyanın qərargahı yerləşirdi və əsir götürülən bir çox tanınmış azərbaycanlıları məhz buraya gətirirdilər. Bu sonuncular arasında rus ordusunun zabiti, şahzadə Mansur Qacar da olmuşdur ki, sonralar o, yalnız yəhudi dostları sayəsində erməni əsgərləri tərəfindən qaçılmaz ölümdən qurtulması və əsir qismində Melikovun evində saxlanma şəraiti haqqında ətraflı ifadə vermişdi. Həmçinin, Melikovlar ailəsinin özünün – ata və iki oğulun – mart günlərində müsəlmanların qətlə yetirilməsində şəxsən iştirakları təkzibedilməz sübutlarla təsdiq edilmişdi. Melikov-ata Bakını vaxtında tərk edə bilmişdi, oğulları isə Azərbaycanın İstintaq orqanları tərəfindən həbs edilmişdilər.
Bu zaman 80 (başqa mənbələrə görə – 95) yaşı olan Hacı, şübhəsiz ki, Melikovlar haqqında bütün bu təfərrüatları bilmirdi. Amma istənilən halda o, öz evini tərk etməmiş, həmin günlər artıq bir çox kübar və zəngin azərbaycanlıların evlərini talan etmiş ermənilərin isə onun zəngin ev-sarayına hücum etməyə cəsarətləri çatmamışdı. Tağıyev həddən artıq böyük və tanınmış şəxsiyyət idi. Lakin, görünür ki, bu məqam, heç də tədbirli və uzaqgörən ermənilərə bu böyük azərbaycanlının adını öz məqsədlərinə yolunda istifadə etməyə mane olmamışdır. Burada qeyd edilməlidir ki, geniş dünyagörüşünə malik və maarifpərvər bir insan olan Tağıyevin əslində savadı yox idi və adı çəkilən teleqramın Hacının özü tərəfindən göndərilməsi bu baxımdan ümumiyyətlə qeyri-mümkündür. Həmin teleqramın Hacının xahişi ilə kimsə tərəfndən göndərilməsi isə heç bir sübut-dəlil, yaxud hər hansı başqa bir mənbə tərəfindən təsdiq olunmur.
Eləcə də, mart hadisələrindən dərhal sonra şəhərdə bolşevik Bakı Sovetinin tək hakimiyyətliliyi bərqərar edilmişdisə və bu hakimiyyət Zaqafqaziya Seymini və hökmətini tanımırdısa Bakı əhalisi arasında sülhün yaradılması haqqında xahişdən ibarət olan teleqramın ümumiyyətlə Tifl isə, Zaqafqaziya hökumətinə göndərilməsinin nə mənası var idi?
Əgər Tağıyevin bu zaman yeni hakimiyyət haqqında hələ “heç nə bilmədiyi” fərz edilərsə, o zaman Hacı şəhərdə nə baş verdiyi, və xüsusilə də “ermənilərin xilas etdiyi 14 000 müsəlmanlar” haqqında haradan və kimdən məlumat ala bilərdi? Xüsusi vurğulanmalıdır ki, həmin günlər əsasən ermənilərdən ibarət olan yeni hakimiyyətdən xilas olmaq məqsədilə, Bakının demək olar ki, bütün azərbaycanlı əhalisi, o cümlədən Tağıyevin özünün yaxın ətrafı, kütləvi surətdə təşviş içində və tələsik surətdə şəhəri tərk edirdi.
Bu halda, qırğınların 9-cu günü guya Bakıda hökm sürən hansı “sakitlikdən” söhbət gedə bilərdi? 27 martda (9 aprel) Bakıdan Zaqafqaziya hökumətinə göndərilmiş teleqram hansı yolla eserlərin Tifl isdəki “Знамя труда” qəzetinin redaksiyasına düşmüşdü və artıq martın 29-da dərc edilmişdi? Ermənilər guya azad etdikləri 14000 müsəlmanı “İran konsulunun vasitəçiliyi ilə” kimə və necə geri qaytarmışdılar (!)?
Bu dövr İranın Bakıdakı konsulu Azərbaycan şəhəri Marağadan olan Məhəmməd Səid-ol Vesarə Marağeyi idi və o, əslən etnik azərbaycanlı olan minlərlə İran vətəndaşlarının da qətlə yetirildiyi mart günlərində İçəri Şəhərin topa tutulmasının, dinc müsəlman əhali arasında qan tökülməsinin qarşısının alınmasında ən fəal surətdə iştirak etmişdi. 1940-cı illərdə iki dəfə İranın baş naziri olmuş bu tanınmış siyasi və dövlət xadimi sonralar, Tehranda nəşr etdirdiyi özünün “Siyasi xatirələr”ində 1918-ci ilin Bakıdakı mart hadisələrinə xüsusi diqqət yetirmişdi. Xatirələrdən məlum olur ki, qırğınlar dayandırıldıqdan sonra konsul tərəfindən xüsusi komissiya yaradılmış, bu komissiya “Bakının küçə və həyətlərindən 5000-dən artıq müsəlmanın – iranlı və qeyri-iranlı – meyitini toplamış və müsəlman adəti üzrə dəfn etmişdir”. Konsulun özünün mart hadisələrinin qurbanlarının meyitləri yanında fotoşəkilləri sonradan poçt-kartlar şəklində nəşr edilmiş və tarixi sənədə çevrilərək, bütün dünyanı dolaşmışdı. Lakin keçmiş İran konsulunun xatirələrində mart hadisələri kifayət qədər ətrafl ı təsvir edildiyi halda, teleqramda sözü gedən və son dərəcə mühüm sayılacaq hadisə – guya ermənilər tərəfindən “sığınacaq” tapmış 14 000 müsəlmanın” geri qaytarılmasında” Konsulun vasitəçilik missiyası haqqında bir kəlmə də olsa deyilmir. Ən nəhayət, “Hacı Zeynalabdin Tağıyev” birmənalı şəkildə “Bakı hadisələrinin” “erməni-tatar toqquşması xarakteri daşımadığı” iddiası ilə “Bakı hadisələrinin” xarakterini müəyyən etməkdə çox “tələsməmişdimi”? Axı 27 mart (9 aprel) – bədnam teleqramın göndərildiyi gün – Bakıya Şamaxıdan ilk qaçqınlar dalğası üztutmuşdu və şəhərin bütün məscid və karvansaraları minlərlə evsiz-eşiksiz qalmış şamaxılılarla dolu idi. Bu şəhər erməni-molokan birləşmələri tərəfindən qırğınlara məruz qalmış, onun müsəlman əhalisi isə bakılılar kimi mart günlərinin dəhşətlərini  yaşamışdılar. Məlumdur ki, millət atası hesab edilən hörmətli Hacı Zeynalabdin öz xalqının düçar olduğu müsibətlər və faciələr qarşısında on minlərlə həmvətəninin acınacaqlı vəziyyətindən sarsılaraq, Bakı və Şamaxının zərər çəkmiş müsəlman əhalisini həmin günlərdə gəmilərlə İrandan gətizdirdiyi ərzaq məhsulları və zəruri mallarla təmin etməyə çalışır və onlara hər vasitə ilə yardım göstərirdi. Böyük həyat təcrübəsinə malik olan müdrik Hacı Zeynalabdin Tağıyev bütün bu gördüklərindən və eşitdiklərindən sonra bəyan edə bilərdimi ki, “Bakı hadisələri” və ya “Şamaxı hadisələri” “erməni-tatar toqquşması xarakteri daşımamışdır”?
Bütün deyilənlər bunu deməyə əsas verir ki, “Tağıyevin teleqramı” adlı əslində qəzet yazısı ən əvvəl özlərini əvvəlcədən “güclü arqumentlə” sığortalamış ermənilərin özlərindən başqa heç kimə gərək deyildi. Digər tərəfdən, məhz ermənilər və onların şəxsində həmin Bakı Soveti, Zaqafqaziya Seyminin azərbaycanlı üzvlərinin şəhərin bolşevik-daşnak qüvvələrindən azad edilməsi üçün Bakıya qoşun göndərilməsinə nail olmaq cəhdlərindən xəbərdar olduqlarından “hər yerdə və hər cür qisasçılıq və düşmənçilik əməllərinə dərhal son qoyulması” və Seym tərəfindən “əhali arasında sülh və əmin-amanlığın bərqərar olmasına” dəstək verilməsində maraqlı idilər.
Mart soyqırımı
«Daşnaksütun» partiyasının Bakı Komitəsinin və Bakı şəhəri və onun rayonlarının İnqilabi Müdafiə Komitəsinin həmin günlərdə Tifl isə, Zaqafqaziya Seyminin sədrinə və «Daşnaksütun» partiyasının Tifl is bürosuna Bakı istiqamətində Bakı hərbi hissələrinin təcili geri çağırılmasına dair göndərdikləri teleqramlar və Bakıdakı erməni-bolşevik qüvvələrinin, eləcə də erməni xadimlərinin bu sahədə digər addımları deyilənlərə aydın sübut idi. (3)
Burada, yəqin ki, həmin “14 min müsəlman” məsələsinə də aydınlıq gətirilməlidir. Belə ki, bu məsələ “Tağıyevin teleqramı” ilə yanaşı mart hadisələrində ermənilərin “xilaskar” rolunu göstərən ikinci “sübut” kimi erməni xadimlərinin və müəllifl ərinin yazılarında xüsusilə tez-tez xatırlanır. Özü də bu rəqəm 1918-ci il sentyabr hadisələri – Bakının azad edildiyi günlərdə şəhərin erməni əhalisi arasında baş vermiş itkilərin fonunda “azərbaycanlıların nankorluğundan  sarsılan” (4) erməni xadimləri, xüsusilə həmin dövr ictimai fəallığı ilə fərqlənən erməni yepiskopu Baqrat tərəfindən ən müxtəlif variantlarda 12 min dinc azərbaycanlı əhalinin qətlə yetirildiyi mart hadisələrində erməni əhalisinin iştirakını kökündən inkar etmək məqsədilə istifadə edilir.
Azərbaycan kübar cəmiyyətinin nümayəndələrinin mart hadisələri zamanı həqiqətən öz erməni tanışlarının evlərində və mənzillərində sığınacaqtapdığına dair ayrı-ayrı hallar, eləcə də erməni aristokratiyasının 1918-ci ilin sentyabrında azərbaycanlı dost və tanışlarının bağ evlərində və imarətlərində gizlənməsi kimi faktlar çoxlarına məlum idi və bunu tərəfl ərdən heç biri inkar etmirdi. Eyni zamanda sadə erməni, daha sonra azərbaycanlı əhalinin də mart və sentyabr hadisələri zamanı öz qonşu və dostlarını xəbərdar və xilas etmələrinə dair bir çox nümunələr var idi. Bu zaman digər millətlərin nümayəndələri olan Bakı sakinlərinin hər iki tərəfə – martda azərbaycanlılara, sentyabrda ermənilərə yardım etməsi də məlum idi. Lakin, ermənilərin “xilas etdiyi” 14 000 (bəzən 20 000) müsəlman haqqında məlumatın haradan alındığı böyük sual doğurur.
Erməni sənədlərini diqqətlə tədqiq etdikdə aydın olur ki, 14 000 və ya 20 000 “xilas edilmiş” müsəlman dedikdə Bakıda mart qırğınları zamanı zorla evlərindən çıxarılmış və şəhərin böyük sahələri olan müxtəlif binalarına gətirilərək burada yerləşdirilmiş dinc azərbaycanlı sakinlər nəzərdə tutulur. Bakıdakı teatrlar, kinoteatrlar, sirk, məktəblər, polis məntəqələri, Şəhər Dumasının, vağzalın və s. binaları, ayrı-ayrı zəngin ermənilərin evləri və s., hətta hamamlar belə evləri dağıdılmış, qarət edilmiş, yaxınları vəhşicəsinə qətlə yetirilmiş minlərlə azərbaycanlının, xüsusilə qadın, uşaq və qocaların gova-gova gətirildiyi və yığıldığı yerlərə çevrilmişdi. Bu binalarda, erməni əsgərlərindən ibarət gözətçilərin nəzarəti altında ac və susuz, bağlı qapılar arxasında saxlanılan adamlar həmin günlərdə əsir hesab edilir və belə də adlandırılırdı. Yalnız sonradan, müsəlmanların kütləvi surətdə əsir alınmasında iştirak edən erməni xadimləri bu əməllərin arxasında duran əsl mənanın fərqinə vardıqda, bunu guya ki, dinc müsəlman sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan tədbirlər kimi izah etməyə çalışacaqlar və elə buradan da “xilas edilmiş” 14 000 və ya 20 000 müsəlman haqqında əfsanə yaranacaqdır.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il iyulun 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sənədləri həmin dövr dinc azərbaycanlı əhaliyə və onların əmlakına qarşı erməni-daşnak qüvvələrinin, bolşevik şüarları altında milli zəmində həyata keçirdikləri kütləvi qırğın və qətliamların bir çox məqamlarını açıqladığı kimi, Bakıda mart hadisələri zamanı ermənilər “xilaskar missiyasının” əsl mahiyyətini üzə çıxarır.
Belə ki, “xilas olunanların” özlərinin çoxsaylı ifadələri müsəlman əhalinin silahlı erməni quldur dəstələri tərəfindən məcburi şəkildə məhz əsir götürüldüklərini və bu işin istehza və təhqirlərlə, təhdidlərlə, bir çox hallarda isə qətllər törədilməklə müşayiət olunduğunu sübut edir. Belə ifadələrin çoxunda göstərilirdi ki, ermənilər zorakılıqla müsəlman qadınların çarşablarını başlarından qapıb cırır, onları hörükləri ilə bir-birinə bağlayır və başıaçıq, ayaqyalın şəhərin küçələrində gəzdirərək əsir aparır, yol boyu geri qalanları, ayaqlaşa bilməyənləri silahların qundaqları ilə döyür, yıxılanları öldürürdülər. Gözləri qarşısında ata və qardaşları, ər və oğulları güllələnmiş qadınlar əsirlikdə keçirdikləri sarsıntıya dözməyərək ürək partlamasından ölür, dəli olur, gənc qadınların qucaqlarındakı və yanlarındakı azyaşlı körpələr və uşaqlar acından, susuzluqdan və qorxudan keçinirdi. Bu zaman isə erməni ziyalıları öz arvadlarını azərbaycanlıların “rüsvayçılığına” tamaşa etməyə gətirirdilər.
Bakının müsəlman əhalisinə qarşı əvvəlcədən planlaşdırılmış zorakılıq aktının bir hissəsi olan və yaxşı təşkil edilən bu əməllərinin arxasında ermənilər tərəfindən o qədər də gizlədilməyən məqsədləri açıq-aşkar görünürdü və bu məqsəd “haqq işi uğrunda” vuruşan erməni mübarizlərinin iç üzünü aydın göstərirdi. Boşaldılmış yiyəsiz evlər və bütöv məhəllələr erməni quldur dəstələrinə soyğunçuluq, qarət və müsəlmanların əmlakını mənimsənək üçün, həmçinin üç-dörd gün ərzində saysız avtomobillərdə, arabalarda aparılması mümkün olmayan qalan şeylərin darmadağın və məhv edilməsi üçün geniş imkanlar açırdı.

Lakin, guya “insansevərlik niyyəti ilə” “müsəlmanların azad edilməsi” haqqında əfsanə ermənilər tərəfindən ən müxtəlif variantlarda səsləndirilir və yayılırdı. Erməni terrorizminin ideoloqlarından biri, Şaqan Natali ləqəbi ilə məşhur olan Akop Ter-Akopyan o zaman bütün Bakı türklərinin “başını kəsmədiklərinə” görə öz təəssüfünü heç gizlətmirdi: “Biz bildiririk və əminik ki, bunu bacardıq və öz gücümüzlə bacardıq. Çünki bilirik: bunu sahibi olduğumuz Bakıda, on minlərlə türkü kazarmalarda topladığımız yerdə edə bildik və – ah! cinayətkarcasına alicənablıq! – onları ədalətli erməni qisasından qorumaq üçün qapılarda gözətçilər qoyduq. Türkləri qoruduq, həyatlarını mühafizə etdik, onlar isə minnətdarlıq əlaməti olaraq Bakının küçələrini 25 000 erməninin qanına boyadılar”.
Qatı daşnak, görkəmli türk və azərbaycanlı xadimlərinin məhv edilməsi üzrə “Nemezis” əməliyyatının rəhbəri və təşkilatçısı, minlərlə müsəlmanın, o cümlədən Azərbaycan dövlət xadimləri Fətəli Xan Xoyskinin, Həsən bəy Ağayevin, Beybud bəy Cavanşirin və digərlərinin qətllərinin səbəbkarı Akop Ter-Akopyan yalnız bir məsələdə haqlı idi: həmin günlərdə Bakının “sahibi” həqiqətən məhz ermənilər idi, amma türklərə qarşı “alicənablıq” məsələsi şübhəsiz ki, ermənisayağı “gözdən pərdə asmaqdan” başqa bir şey deyildi. Əgər azərbaycanlı əsirlərin sağ qaldıqlarına görə, kiməsə minnətdar olduqları qüvvə var idisə, o da birmənalı şəkildə, ermənilər deyil, rus əsgər və matrosları idi. Məhz Bakıda olan rus qoşunları mart qırğınların ikinci gününün axşamı aldadıldıqlarını və S.Şaumyan başda olmaqla erməni-bolşeviklər tərəfindən böyük oyuna cəlb olunduqlarını başa düşərək əllərində silah müsəlman əhalisinin müdafiəsinə qalxdılar. Və azərbaycanlıların qırğınları da yalnız 4 gündən sonra Bakı Sovetinin özü tərəfindən deyil, iki Türküstan alayının qəti tələbi və artıq vəziyyəti başa düşmüş Xəzər donanmasının rus dənizçilərinin ultimatumu nəticəsində dayandırılmışdı. “Bu hədələr kifayət qədər ciddi idi, çünki bu iki döyüşkən alayda 8000-dən artıq döyüşçü cəm edilmişdi”. “Dənizçilər təhdid edirdilər ki, əgər ermənilər müsəlman qırğınına son qoymazlarsa, onlar şəhərin erməni hissəsinə toplardan atəş açacaqlar, və “Ərdahan” və “Krasnovodsk” hərbi gəmiləri şəhərin şərqində yerləşən limanlara yaxınlaşdılar”.
1918-ci il aprelin əvvəllərində Bakıda kütləvi müsəlman qırğınlarının dayandırıldığı, “müsəlmanların qılıncdan keçirilməsi münasibətilə bir şox erməni evlərində ballar təşkil edildiyi”, mart hadisələri zamanı qarət edilərək erməni zənginlərinin anbar və dükanlarına yığılmış əmlakın hesablandığı günlərdə Şamaxı şəhərinə ikinci hücum gözlənilirdi. Bakı qırğınları ilə eyni vaxtda başlanan Şamaxı hadisələrinin “birinci mərhələsində” azərbaycanlı əhali arasında ağır itkilərə, yanğınlara, qarət və talanlara İsmayıl Xan Ziyadxanov başçılığı ilə Gəncədən qoşunların çamaxılıların köməyə gəlməsi ilə fasilə verilmişdi. Lakin Bakı qırğınları zamanı öz qəddarlığı ilə ad qazanmış Stepan Lalayev və azərbaycanlıların “milli qürur” yeri sayılan “İsmailiyyə” binasını şəxsən yandırmış daşnak Tatevos Əmirovun rəhbərliyi altında ağır  sursat və silahla təmin edilmiş 3 minlik ermənilərdən ibarət qoşun Şamaxı istiqamətində hərəkət edirdi və bir neçə gündən sonra bu qədim Azərbaycan şəhəri yerlə-yeksan ediləcək, 8 mindən artıq şəhər əhalisi qətlə yetiriləcəkdi. Eləcə də Şamaxı qəzasının 110 kəndi yandırılaraq, 10 mindən artıq kənd əhalisi qəddarlıqla ğldürüləcəkdi. Şamaxı hadisələrin başlanması ərəfəsində öz müəmmalı hərəkətləri ilə şəhərin müsəlman cəmiyyəti arasında şübhələr doğurmuş Şamaxı yeparxiyasının başçısı Baqrat həmin günlər Bakıya köçür. Və artıq Erməni yeparxial rəisi və Bakı Erməni Şurasının fəxri sədri kimi dərhal 1918-ci il mart hadisələrində erməni əhalisinin iştirakını inkar edən, eyni zamanda “Müsavat” partiyasına, Azərbaycan Hökumətinə və ümumiyyətlə azərbaycanlılara qarşı bütöv bir silsilə böhtan və yalan dolu ittihamlar irəli sürülən kampaniyanın əsasını qoyur.
Qeyd olunmalıdır ki, Bakı Erməni Milli Şurasının və “Daşnaksütun” partiyasının Bakıda mart faciələrinin təşkilində rolu, erməni ziyalı və kübar təbəqələri nümayəndələrinin əlisilahlı azərbaycanlı qırğınlarında iştirakı, o cümlədən erməni elitasının özünün “qara camaat” adlandırdığı sadə erməni əhalisinin bu hadisələrdə kütləvi çıxışı FTK-nın sənədlərində təkzibedilməz faktlar və sübutlarla təsdiq edilirdi. Məhz bu istintaq sənədləri əsasında Azərbaycanın məhkəmə-istintaq orqanları Bakının erməni əhalisi arasında həbslər aparırdı ki, bu da erməni milli təşkilatlarının, erməni mətbuatının, ayrı-ayrı erməni xadimlərinin, o cümlədən yepiskop Baqratın hədsiz hiddətinə səbəb olurdu. Bakı Erməni Milli Şurası adından 9 dekabr 1918-ci il tarixində Amerikanın Bakıdakı Missiyasına göndərdiyi Memorandumda Bakı erməni yeparxiyasının rəisi “mart hadisələrindən bəhs edən türk xadimlərinin əksəriyyətinin var gücü ilə, həm şifahi, həm də mətbuat vasitəsilə ictimai rəydə ermənilərə qarşı qərəzli münasibət yaratmağa çalışdıqlarından” açıq-aşkar narazılığını və narahatlığını bildirirdi.
Bakıda baş vermiş mart hadisələrinin mahiyyətini tanınmaz dərəcədə təhrif edərək və bu zaman Şamaxıdakı mart hadisələrini ümumiyyətlə xatırlamadan, Baqrat “Müsavat” partiyasını, daha sonra “türk-azərbaycanlı hakimiyyətini” Azərbaycanın erməni əhalisinə qarşı ağlasığmaz cinayətlərdə günahlandırırdı. Bu məktubunda Baqrat mart qurbanlarının əvvəllər özü tərəfindən göstərilən sayını – “2000 nəfər” rəqəmini artıq ““həddən artıq şişirdilmiş” hesab edilirdi: “İki gün çəkən qanlı döyüşlərdə, Sovetin məlumatlarına görə, 300-ə yaxın rus və erməni və 700 müsəlman, digər mənbələrin son dərəcə şişirdilmiş hesab edilən maksimum hesablamalarına görə isə təxminən 1200 rus və erməni və 2000-ə yaxın müsəlman həlak olmuşdur”
Mart soyqırımı
Burada Baqratın ermənilərin mart hadisələrində guya “neytrallığını” izah edən əsas arqumentinə də diqqət yetirmək lazımdır: “Məlum olduğu kimi, mart ayında Bakı şəhərində bolşevik hökuməti ilə Müsəlman Milli Şurası arasında hakimiyyət uğrunda mübarizə baş vermişdir. Ermənilərin, milli kollektiv kimi, hakimiyyətə heç bir iddiası ola bilməzdi, çünki onlar Bakı quberniyasında əhəmiyyətsiz azlıq təşkil edirlər”
“Hakimiyyət uğrunda mübarizə” – 1918-ci ilin mart hadisələrinin mahiyyətinin erməni yepiskopu tərəfindən verilmiş yeganə düzgün tərifidir. Lakin, guya say azlığı səbəbindən ermənilərin hər hansı hakimiyyət iddialarının olmadığı haqda onun sonrakı bütün nəticələri erməniləri bu hakimiyyət uğrunda mübarizədə əsas “oyunçuların” sırasından çıxarmaq cəhdindən başqa bir şey deyildi. Bu zaman Baqrat artıq hamıya məlum faktların həyasızcasına saxtalaşdırılmasına əl atırdı: “hadisələrdə əsas rol oynamış bolşeviklərin Qafqaz Vilayət Sovetinin 17 üzvdən ibarət tərkibində 2 tatar və yalnız 2 erməni idi” (
Bu zaman mart hadisələrində əsas rolu 1918-ci ilin mart ayının 30-dan 31-ə keçən gecə “Bakı şəhəri və onun rayonlarında ali hərbi-siyasi orqan” kimi yaradılmış və dinc azərbaycanlıların qırılmasına rəhbərlik etmiş “İnqilab müdafiə komitəsinin” oynadığı, bu Komitənin 6 üzvündən isə 4- nün erməni olduğu – bolşeviklər S.Şaumyan, K.Korqanov (Korqanyan), sağ eserlərin lideri S.Saakyan və “Daşnaksütun” partiyasının Bakı təşkilatının rəhbəri S.Melik-Eolçyan – artıq heç xatırlanmırdı.  Bu da məlum idi ki, mart hadisələri günlərində birləşmiş bolşevik-erməni qoşunlarına xüsusi olaraq Peterburqdan gəlmiş generallar Akop Baqratuni, İvan Baqramyan komandanlıq etmiş, Bakı Sovetinin Qızıl Ordusunun yaradılması ilə B.Avakyan məşğul olmuş, qərargah rəisi polkovnik Z.Avetisyan, briqada və qarışıq dəstələrin komandirləri – polkovnik Kazaryan, Amazasp, A.Əmirov və digərləri olmuşlar.  Bu günlərdə həmçinin “Daşnaksütun” partiyasının yaradıcılarından biri – Stepan Zoryan (Rostom) da Bakıya gəlmişdi. Bolşevik-daşnak ordusunun sıralarına səfərbər edilmiş erməni əsgərlərinə yüksək ödəniş – “ayda 800 rubl, hər ailə üzvünə görə 75 rubl və ərzaq təminatı” təklif edilirdi.
Ən nəhayət, Bakı Kommunasının rəhbər heyətinə Azərbaycanda hakimiyyət uğrunda ən azı on beş erməni “mübarizi” –S.Q.Şaumyan, K.Q.Korqanyan, S.Q.Osepyants, B.A.Avakyan, Т.М.Əmirov, А.М.Əmiryan, A.М.Kostanyan, А.А.Boryan, А.İ.Mikoyan, Karinyant, Stamboltsyan, Ağamiryan, İhonesyan, Ter-Saakyants, Nuricanyan və digərləri daxil idi.  Bakı Kommunasının silahlı qüvvələrinin Ali Baş Komandanı Akop Baqratuni idi, həmçinin Qızıl Ordunun əsas komanda heyətinin və hərbi heyətin 70%- dən çoxunu ermənilər təşkil edirdi.
Maraqlıdır ki, Baqratdan başlayaraq bir çox erməni xadimlərinin, Azərbaycan Parlamentində Erməni fraksiyasının deputatlarının və d. ən müxtəlif instansiyalara göndərdiyi müraciət, vəsadət və memorandumlarda 1918-ci il Mart hadisələrinin xarakteri ilə bağlı əsassız ehtimallarının “sübutu” kimi hər dəfə “Tağıyevin sirkulyar teleqramını” xatırlanır və bu teleqramdakı “Bakı hadisələri erməni-tatar toqquşması xarakteri daşımadığı” müddəa nəzərə çatdırılırdı. Hacı Zeynalabdin Tağıyevin heç bir halda belə telegram göndərmədiyi və bu saxta sənədin hansı məqsədlərlə məhz ermənilərin özləri tərəfindən tərtib və əldə edildiyi yuxarıdakı şərhlərdən aydınlaşır.
1918-ci il mart hadisələrinin əsl xarakteri isə bəzi erməni xadimləri, xüsusilə də Bakı Kommunasının gələcək üzvü, həmin günlər Həştərxanda olan Saak Ter-Qabrielyan tərəfindən də təsdiq edilirdi. Mart hadisələri ilə əlaqədar olaraq Bakını tərk etmiş və Həştərxana gəlmiş rus vətəndaşlarının söhbətlərini eşidən Saak Ter-Qabrielyan 28 aprel 1918-ci il tarixdə Stepan Şaumyana yazırdı: “İndi kütləvi surətdə Bakıdan gələn rusların, sosial vəziyyətindən asılı olmayaraq, heç birindən eşitməzsən ki, Bakıda sovet mübarizəsi gedir. Hamı bir səslə deyir: “Bakıda erməni-tatar qırğını gedir, və bu qırğın ermənilər tərəfindən qəsdən törədilmişdir”.
 
 
Mənbə: 1905.az
Top