Azərbaycan tarixi kateqoriyası üzrə məqalələr

Fətəli Xan Xoyski haqqındakı gizlinlər

1920-ci ilin bu günündə Xoyski mənfur şəxslər tərəfindən qətlə yetirildi.
Xoyskinin Azərbaycan tarixindəki rolu danılmazdır.  Ən böyük işlərindən biri də o zaman xüsusi nüfuza sahib olan ingilis generalı Tomsonu susdurması və Cümhuriyyəti ingilis hökumətinə müstəqil ərazi vahidi kimi tanıtmasıdır.
Tomson Fətəli xanla görüşündə Azərbaycan Cümhuriyyətini tanımadığını, müttəfiqi olan rusların torpağına gəldiyini söyləyir. Amma Cümhuriyyətin baş naziri belə bir dövlətin yarandığını, bunun Azərbaycan xalqının iradəsi olduğunu qeyd edir. Fətəli xan:
Davamı →

İrəvanı bizdən alan qüvvə

Bu yazımızda Ermənistan adlanan dövlətin paytaxtı kimi tanınan  İrəvan şəhərinin  ermənilər tərəfindən ələ keçirilməsi və onlara tarix boyu havadarlıq edən qüvvələr haqqında bəhs etmək istəyirik. Dərhal qeyd edək ki, bəlkə də, bir çox oxucunun  tanımadığı  İsrael Ori adlı erməninin (1657- 1711) bu işdə böyük rolu olub. Səfəvilər dövlətinin Sisyan kəndində erməni məliyinin ailəsində anadan olmuş İsrael Ori (fars mənbələrində Avri- آوری)  kiçik yaşlarından antitürk ruhunda böyümüşdü. Təsadüfi deyil ki, 1678-ci ildə Avropaya, Avropa dövlətlərindən “zavallı” erməniləri “müsəlmanların zülmündən qurtarmaq” üçün hərəkətə keçmələrini gizlincə xahişə  gedən 7 nəfərlik  nümayəndə heyətinə  erməni katalikosu IV Hakopun xüsusi emissarı kimi məhz İsrael Ori başçılıq etmişdi.
Davamı →

Bağırovun xidməti niyə İmam Mustafayevin adı ilə bağlanmalıdır?

Sovet Azərbaycanında Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması İmam Mustafayevin adı ilə bağlayırlar. Bu günə qədər bizə təbliğ olunurdu ki, guya Azərbaycan dilinin dövlət dili statusunun qazanılmasının müəllifi məhz İmam Mustafayevdir.
Həqiqət isə necədir?
Halbuki, 1937-ci il 14 mart tarixində qüvvəyə minmiş və Mir Cəfər Bağırovun rəhbərliyi altında hazırlanmış Azərbaycan SSR konstitutsiyasında Azərbaycan dilinin dövlət dili olması 151-ci maddədə göstərilir. Bu konstitutsiyada Azərbaycan dilinin respublika ərazisində bütün dövlət müəssisələrində və yazışmalarında tətbiq olunmasi təsbit olunur.
Davamı →

Cümhuriyyətin maarifpərvər xanımı Eynülhəyat Yusifbəyli

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınır. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.
Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.
Azərbaycan  Xalq  Cümhuriyyəti dövründə məktəb isla­hatlarının aparılması və tədris-tərbiyə işlərinin milli köklər üzərində yenidən qurulması  istiqamətində mühüm  tədbirlərin  həyata keçiilməsinə  başlandı. Həmin tədbirlərin həyata keçirilməsində onlarca digər təcrübəli pedaqoq və təhsil işçiləri kimi  də çox yaxından iştirak etmişdi.Eynülhəyat Yusifbəyli
Davamı →

Hacı Zeynalabdin Tağıyev Bakıda mart hadisələrinə dair teleqram göndəribmi

1918-ci il mart ayının 30-da axşam radələrindən başlayaraq Bakıda erməni-bolşevik qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı yönəlmiş qırğınlar aprelin 2-nə kimi davam etmiş, öz kütləvi xarakterinə, miqyasına və amansızliğına görə “milli faciə” (kimi qiymətləndirərək Azərbaycan tarixinə “1918-ci il Mart hadisələri” adı ilə daxil olmuşdur.
Bu qırğınlar nəticəsində ən ümumi hesablamalara görə 12 mindən artıq azərbaycanlı qətlə yetirilmiş, müsəlmanlara məxsus yüzlərlə tarixi və mədəni abidələr, ictimai, dini, ticarət binaları, bötöv yaşayış məhəllələri, ayrı-ayrı evlər və s. məhv edilmiş və yandırılmışdı.
Davamı →

Andranikin qoşunlarının Zəngəzur qəzasına soxulması

1917-ci ildən sonra ermənilər daha güclü silahlanmağa başladılar. Öz milli ideyalarını həyata keçirmək və Azərbaycanlıların maddi rifahını tamamilə dağıtmaq üçün Daşnaksütyun partiyası Azərbaycanlılar arasında toqquşmalar törədirdilər.
Kəndlilər tərəfindən Fərrux bəy Vəzirovun bir neçə malikanəsi dağıdılmışdı. Ermənilər Levon Sergeyeviç Vartapetovu qəza komissarı seçərək tamamilə ermənilərdən ibarət olan milis dəstəsi təşkil etmiş, Şuşa ilə Qaryagin və Şuşa ilə Əsgəran arasında gözətçi məntəqələri yaratmış, Azərbaycanlıları tərk-silah etmişdi. Tədrijən ermənilər Azərbaycanlıların adı göstərilən istiqamətdə yollarını bağladılar.
Davamı →

Məhvedici kokteyl və keyfiyyətli benzinin kəşfi

1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel danışıqsız təslim aktını imzalayıb, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatıb. Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak edən digər dövlətlərdə qeyd olunur.
Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstəriblər. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib.
Davamı →

Dünya müharibəsinin gedişini dəyişdirən Azərbaycan alimləri

Bu gün II Dünya Müharibəsinin başa çatdığı tarix — 9 May Qələbə gününün 75-ci  ildönümüdür.
SSRİ-nin 1941-ci ilin iyununda müharibəyəqoşulmasından sonra 1945-ci ilə qədər 600 mindən çox azərbaycanlı cəbhəyə yollandı.
Onlardan 300 minə yaxını həlak oldu. Müharibə nəticəsində Azərbaycanın neft və kimya sənayesinin SSRİ üçün nə dərəcədə önəmli olması bir daha üzə çıxdı. Elə buna görə də müharibə bitməmiş, 1945-ci ildə Bakıda da Elmlər Akademiyası təsis edildi. Amma buna qədər də Azərbaycan alimləri müharibənin taleyinə təsir edə biləcək işlər gördülər.
Davamı →

Azərbaycan Xalq Cümhuriyyəti dövründə elm və təhsil islahatları

Xalq Cümhuriyyətinin geniş fəaliyyət istiqamətlərindən biri də təhsil siyasəti ilə bağlı olmuşdur. Azərbaycanın dövlətçilik tarixində birinci respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin həyata keçirdiyi təhsil siyasətinin araşdırılması ölkəmizdə təhsilin inkişafı tarixinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəni-maarif sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdi. AXC hökumətinin 1918-ci il 30 iyun tarixli qərarına əsasən Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edilmiş və müvafiq kadrlarla təmin edilmişdi.
Davamı →

Nadir Şah Əfşarın nəvəsi Çar Rusiyasına qarşı

Çar Rusiyasının müstəmləkəçilik və işğal siyasətinə qarşı qazax xalqının apardığı milli azadlıq hərəkatına böyük türk hökmdarı Nadir Şah Əfşarın nəvəsinin rəhbərlik etdiyini bilirdinizmi?
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” əsərindən:
Maraqlıdır ki, özlərini Böyük Kirin (Küruşun, Kureşin) nəslindən hesab edən Ərsakilərlə Sasanilər arasındakı qarşıdurmadan 5 əsr sonra Qureyşin soyundan olan ailələr arasında eyni süjet xətli dramatik hadisələr baş verdi. 750-ci ildə Peyğəmbərin əmisi Abbas ibn Əbdul Müttəlibin törəmələri olan Abbasilər Ərəb xilafətinə hakim olan Əməvilərə qarşı üsyan qaldırdılar.
Davamı →
Top