1. "Əl təmizliyi"- artıq şeyi götürməmək deməkdir. Burada həmçinin ehtiyacı olanlara gəlirin qırxıncı, onuncu və digər bir hissəsinin paylanması nəzərdə tutulur.
2. «Qulaqların təmizliyi»- bu, qorxudulmuş, qəzəbli və küylü insanlara qulaq asmamaq və qulağını dedi-qodu, şər və boş söz-söhbətlərdən kənar etmək deməkdir.
3. «Gözlərin təmizliyi»- gözləri qəzəb, hirs, paxıllıq və tamahdan qorumaq deməkdir.
4. «Ağızın təmizliyi»- ağızı boşboğazlıq və şər kəlmələrdən qorumaq deməkdir.
5. «Bədənin və geyimin təmizliyi»- bədənin və geyimin təmiz saxlanılması deməkdir.
6. «Düşüncə təmizliyi»- ağlından bəd niyyətləri və mənfi fikirləri kənarlaşdırmaq deməkdir. Həmçinin, özünə mərhəmət göstərməməkdir. Özünə niyə yazığın gəlməlidir? Bunun yerinə özünü doğru əməllərə ürəkləndirmək daha yaxşı olmazmı?
7. «Qəlbin və ürəyin təmizliyi»- bu, qəlbin gücünü qoruyub saxlamaq və ona fikir vermək deməkdir. Sevin və əvəzində heç bir şey tələb etməyin. Sevgi özü özlüyündə bir xoşbəxtlikdir.