Dağlıq Qarabağ 20-ci yüzilliyin 50-80-ci illərində

Dağlıq Qarabağ 20-ci yüzilliyin 50-80-ci illərində

Keçən yüzilliyin 50-ci illərinin əvvəllərindən etibarən DQMV- nin dövlət idarə orqanlarında, təsərrüfat, mədəni-maarif ocaqlarında çalışanların böyük əksəriyyəti ermənilər idi.
Erməni ideoloqları Azərbaycan SSR-in tərkibində yaşamağın siyasi, sosial-iqtisadi cəhətdən problem olması iddiası ilə çıxış edirdilər. Halbuki, DQMV-də 20-ci yüzilliyin 50-70-ci illərində sənaye, kənd təsərrüfatı, mədəniyyət inkişaf etmişdi. Əhalinin maddi rifahı xeyli yaxşılaşmışdı. Bu dövrdə elm, təhsil, ədəbiyyat, incəsənət və kütləvi informasiya vasitələri xeyli yenilənmişdi. 1950-1970-ci illərdə DQMV-də yeni tipli məktəblər, kitabxanalar, klublar açılmış və s. mədəni yeniliklər baş vermişdir. Azərbaycan SSR (1930-1991-ci illər)
1940-1960-cı illərdə yeddiillik, səkkizillik və orta icbari təhsilə keçid baş vermiş, ali təhsilin şəbəkəsi genişləndirilmişdi. Bu zaman erməni, rus millətindən olan müxtəlif ixtisaslı kadrların sayı xeyli artdı. Bunun əksinə olaraq, DQMV ərazisində yaşayan azərbaycanlıların sıxışdırılıb çıxarılması halları baş verdi. Vilayətdə ermənilərin sayının artmasına və onların daha firavan yaşamasına şərait yaradılırdı.
Moskvanın bilavasitə təhriki ilə 20-ci yüzilliyin 60-cı illərində də Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları davam etdirildi. Ermənistan SSR-də yaşayan azərbaycanlılara qarşı hər cür zorakılıq halları artdı. Onlarla azərbaycanlı Ermənistanın etnik təmizləmə siyasətinin və terrorunun qurbanı oldu.
Sovetlər dövründə ermənilər Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistana birləşdirilməsi üçün gizli işlər aparırdılar. Ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci Katibi seçildikdən sonra erməni separatçılarının mənfur niyyətlərinin qarşısı alındı. DQMV- nin iqtisadi inkişafı və əhalisinin sosial şəraitini daha da yaxşılaşdırmaq üçün müəyyən tədbirlər həyata keçirildi. Onlara bəhanə yeri qoyulmadı.
Maraqlıdır ki, 1978-ci ildə Ağdərədə ermənilər Azərbaycanın bu ərazisinə köçürülüb gəlmələrinin 150 illiyi şərəfinə abidə ucaltmışdılar. Lakin ermənilər bu ərazilərə gəlmə olduqlarını gizlətmək, özlərini Qarabağın «yerli əhalisi» kimi qələmə vermək üçün həmin abidəni dağıtdılar.
SSRİ-də 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsi ilə erməni separatçıları yenidən fəallaşdılar.
SSRİ rəhbərliyinin xeyir-duası ilə milli ədavətin qızışdırılması başlandı. Müxtəlif yollarla DQMV-də ictimai vəziyyəti gərginləşdirdilər. Daxili separatizm başlandı və Azərbaycanın Yuxarı (Dağlıq) Qarabağ regionu Ermənistanın dövlət separatizmi meydanına çevrildi.
1987- ci ildən erməni millətçilərinin təhriki ilə DQMV-də ermənilərin mitinq, nümayiş və küçə yürüşləri başladı. Bütün bunlar regionun siyasi, sosial-iqtisadi və mədəni həyatında böhranlı vəziyyət yaratdı.
1988- ci il iyun ayının 12-də DQMV Xalq Deputatları Soveti Muxtar Vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul etdi.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yenidən başlandı.
SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarəçilik Komitəsinə dair qərar qəbul etdi. Bu idarəçilik forması Qarabağın Azərbaycandan ayrılmasının əsasını qoydu. Lakin demokratik qüvvələrin təzyiqi ilə 1989-cu ildə Xüsusi İdarə Komitəsi ləğv edild
Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərar qəbul etdi. Bu, Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi.
 
 
Müəllif: Qasım Hacıyev, Əyyub Əbdüləzimov 
Mənbə: Qarabağ tarixi — 7 Ümumtəhsil məktəblərinin 7 ci sinfi üçün Qarabağ Tarixi fənni üzrə Dərslik
Top