AXC-nin yaranması, Qarabağda ermənilərin azərbaycanlılara qarşı soyqırımı

AXC-nin yaranması, Qarabağda ermənilərin azərbaycanlılara qarşı soyqırımı

1918- ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Lakin, yeni yaradılmış «Ararat” Respublikası Azərbaycan Xalq Cümhuriyyətinə qarşı Qarabağla bağlı əsassız iddia irəli sürdü. Azərbaycan hökuməti bu iddianı qətiyyətlə rədd etdi. Xalq Cümhuriyyəti Qarabağın bütün tarixi ərazisini Respublikanın tərkib hissəsi sayır və burada siyasi hakimiyyətin bərqərar edilməsinə çalışırdı.
I Dünya müharibəsi cəbhəsindən qayıdan ruslar öz silahlarını ermənilərə verdi. Erməni-daşnakların əlinə böyük miqdarda silah keçdi. Bu, azərbaycanlılara qarşı soyqırımının həyata keçirilməsinə səbəb oldu. 1918-ci ilin mart-sentyabr aylarında ermənilər Qarabağda soyqırımı törətdilər. Daşnaklar Qarabağın qəzalarında kəndləri və şəhərləri dağıtdılar, yandırdılar. Minlərlə azərbaycanlını öz doğma yurdlarından qovdular. 1919- cu ildə Xosrov bəy Sultanovun rəhbərliyi ilə Qarabağ general- qubernatorluğu yaradıldı. Bu, Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edirdi. Yuxarı Qarabağda ermənilərin silahlı hücumları Xosrov bəy Sultanovun gördüyü tədbirlər nəticəsində dəfələrlə dəf edildi. Xosrov bəy Sultanov
Gəncə (Yelizavetpol) quberniyası Azərbaycan Xalq Cümhuriyyətinin inzibati-ərazi bölgüsündə mühüm yer tuturdu. Bu quberniya yeni əlavə edilmiş ərazilər hesabına xeyli genişləndirilmişdi. Bakı və Zaqatala quberniyalarının ərazisi istisna olmaqla, qalan ərazilər Gəncə ətrafında birləşmişdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti erməni separatizmi və azərbaycanlılara qarşı soyqırımı şəraitində ölkəni daha səmərəli idarə etməyə çalışırdı. Bunun üçün müvafiq vasitələrdən istifadə edirdi. 1918-ci il noyabrın 5-də Yelizavetpolda Qafqaz müsəlmanlarının hərbi qurultayı keçirildi. Azərbaycanlılardan ibarət hərbi hissələrin yaradılması haqqında qərar çıxarıldı. Müsəlman süvari polku yaradıldı.

Azərbaycanın Qarabağ regionu tarixən Cənubi Qafqazda böyük strateji əhəmiyyət kəsb edirdi. Ona görə də qonşu dövlətlər və müxtəlif dövlətlərin aləti olan ermənilər bu bölgəyə xüsusi maraq göstərirdilər.
Bu vəziyyət Ermənistan-Azərbaycan müharibəsinə, Qarabağın, Naxçıvanın və Zəngəzurun müharibə meydanına çevrilməsinə gətirib çıxardı. Qarabağda erməni separatizmi özünün tüğyan həddinə çatdı. Belə şəraitdə Azərbaycan hökuməti kompleks tədbirlər gördü. Burada məqsəd Qarabağ regionunda və Ermənistanla sərhəd bölgələrdə baş qaldıran erməni separatizmini yatırmaq idi.
Azərbaycanda ordu qulucuğu
Azərbaycan hökuməti Qarabağda olan hərbi qüvvələri möhkəmləndirdi. Dövlətin bütün səlahiyyətlərinin qorunmasına doğru istiqamətlənmiş daxili və xarici siyasət həyata keçirilməyə başlandı. Bütün bunların nəticəsi kimi 1918-1920-ci illərdə Qarabağda erməni separatizmi xeyli zəiflədildi. Orada Azərbaycanın suveren hüquqları bərpa edildi. Azərbaycan milli hökumətinin qətiyyətli fəaliyyəti nəticəsində ölkənin torpaq bütövlüyü qorunub saxlanıldı.
1918-ci ildə türk-müsəlman xalqına məxsus torpaqlarda 'Ararat» adlı erməni dövləti yaradıldı. Erməni millətçiləri bundan şirniklənərək Azərbaycan Xalq Cümhuriyyətinə qarşı Qarabağla bağlı əsassız ərazi iddiaları irəli sürdülər. Zəngəzurdan Qarabağa girmək istəyən Andranikin silahlı dəstəsinə Sultan bəy Sultanov ağır zərbə vurdu. Lakin daşnak qüvvələri müxtəlif yollarla Qarabağa soxuldular.


Müəllif: Qasım Hacıyev, Əyyub Əbdüləzimov
Mənbə: QARABAĞ TARİXİ 7-ci sinif
Top