Sənayenin digər sahələri XX əsrin əvvəlində

Sənayenin digər sahələri XX əsrin əvvəlində

XX əsrin əvvəllərində neft çıxarılması və emalı daxil olmaqla sənayenin əksər sahələrində istehsalın təmərküzləşməsi prosesi gedirdi. 1902-ci il məlumatına görə qeydə alınan 2500dən çox fabrik - zavod və kustar müəssisənin 183-nün hər birində 40-dan çox fəhlə işləyirdi. Nisbətən iri sənaye müəssisələrinin sayı azlıq təşkil etsə də, Bakı quberniyasında istehsal olunan 74,1 milyon manatlıq ümumi sənaye məhsulunun böyük hissəsi - 62,9 milyon manatı (83,3%) onların payına düşürdü. Bakı quberniyası üzrə bütün sənaye müəssisələrində çalışan 27.167 fəhlənin 75,1%-i və yaxud 20.389 nəfəri 40-dan çox fəhləsi olan müəssisələrdə cəmləşmişdi.
Qeyd etmək olar ki, 1900 - 1903-cü illər iqtisadi böhranı Bakıda və qəzalarda sənayenin dağ - mədən sahəsinə mənfı təsir göstərsə də, yüngül və yeyinti sənaye istehsalının inkişafına mane ola bilməmişdi.
Bakıda mexaniki istehsal sahəsində əsas yer tutan 13 iri maşınqayırma zavodu neft sənayesi üçün müxtəlif dəzgah və avadanlıqlar buraxırdı. Bu zavodların buraxdığı illik məhsulun ümumi dəyəri 3-4 milyon manatı ötüb keçirdi.
İqtisadi yüksəliş illərində "Qafqaz və Merkuri", "Nobel qardaşları" səhmdar cəmiyyətlərinə, H.Z.Tağıyev, A.Dadaşov və başqalarına məxsus 12-dən çox gəmi təmiri zavodunda 2 mindən çox fəhlə işləyirdi.
Şimali Azərbaycanın qəzalarında da kapitalist sənaye sahələri inkişaf etməkdə idi. Gəncə quberniyasında 8 mis zavodu fəaliyyət göstərirdi. Simens qardaşlarına məxsus Gədəbəy zavodunda mis istehsal olunurdu. Filizçıxarma sahəsində bir sıra texniki yeniliklər tətbiq olunmuşdu. 1902-ci ildən Gədəbəy mis mədənlərində qazma işlərində elektrik enerjisi ağır əl əməyini sıxışdırıb çıxarırdı. Almazla qazma üsulu tətbiq edilmiş, Qalakənd çayı üzərində ikiturbinli elektrik stansiyası işə salınmışdı. Bütün bunlara baxmayaraq iqtisadi böhran
nəticəsində 1900 - 1903-cü illərdə mis fılizi istehsalı 3,9 milyon puddan 3,2 milyon puda enmişdi. Üstəlik də 1906-cı ildə Moskvada missaflaşdırma zavodu tikildiyindən Qalakənd zavodu istehsalı dayandırmışdı.
Hələ 1900-cü ildə "Simens qardaşları və K°" cəmiyyəti ilə "Voqau və K°" konserni arasında mis satışı üzrə bağlanmış müqavilədən sonra Azərbaycanın əlvan metallurgiya sənayesində inhisarlaşma prosesi başlanmışdı. Gədəbəy mis zavodu 1907-ci ildə yaradılmış Rusiya "Mis" sindikatının tərkibinə daxil edilərək 1917-ci ilədək bu iri inhisarın nəzarətində qalmışdı. Əlvan metallurgiyada inhisarlaşma mərhələsi başa çatsa da, müharibə ərəfəsində mis istehsalı aşağı düşməkdə idi. Belə ki, 1914-cü ildə mis istehsalı 50% azalaraq 56 min puda düşmüşdü və əridilmiş misin böyük hissəsi Rusiyanın mis prokatı zavodlarına satılırdı.
"Simens qardaşları" cəmiyyəti Daşkəsəndə istehsal etdiyi bütün kobaltı Almaniya, İsveç, Norveç və başqa ölkələrə ixrac edirdi.
Qarabağ və Naxçıvan qəzalarındakı mədənlərdən ildə 15 min puda yaxın gümüş və qurğuşun fılizi çıxarılırdı.
1900-1917-ci illərdə neft sənayesini çıxmaqla digər sənaye sahələrinin inkişaf dinamikası haqqında tam təsəvvür yaratmaq üçün aşağıdakı cədvəli nəzərdən keçirək:


Cədvəl 1

Göstəricilər ^—— —— İllər

1900

1901

1902

1903

1904

1905

1906

1907

1908

Mis fılizi çıxanlması, milyon pud

3,7

3,5

5,0

3,5

4,2

3,5

4,4

6,5

4,8

Kükürd və mis kolçedanı çıxarılması, min pud

 

 

230

342,5

470

224,2

193

363,5

349

Mis istehsalı, min pud

147,7

120,2

93,8

84,4

93,3

82,1

91,1

108,7

86,0

Daş duz istehsalı, min pud

196

117,3

413,3

478,3

149,5

604,5

172,7

285

352,8

Mahlıc istehsalı,milyon pud

0,87

1,1

0,62

0,68

0,57

0,62

0,85

0,67

0,73

Xam ipək (barama) istehsalı, milyon manatlıq

2

2,2

2,5

2,2

 

 

 

 

4,2

Balıq istehsalı, milyon pud

 

0,84

0,93

2,2

1,7

1,8

1,95

 

 

Kürü istehsalı, min pud

 

53,7

43,2

39

33,4

26,8

24

19,4

17,5

Şərab istehsalı, milyon vedrə

1,35

1,19

2,0

2,07

1,83

 

1,74

2,22

2,55

Tütündən tənbəki istehsalı, min pud

10,02

10,1

9

7,7

9,2

9,5

10,6

10,7

15,8

Biyan kökü emalı,milyon pud

 

 

 

0,92

0,84

0,79

0,86

0,79

1,05

 

Göstəricilər ^—— ___——— İllər

1909

1910

1911

1912

1913

1914

1915

1916

1917

Mis fılizi çıxarılması, milyon pud

3,7

3,2

1,8

2,5

1,9

1,0

0,5

0,7

0,2

Kükürd və mis kolçedanı çıxarılması, min pud

210

277,3

293,2

326,5

303,5

252,1

474,2

924,3

213,6

Mis istehsalı, min pud

89,3

95,4

96,2

89,0

78,9

55,9

64,7

109,5

118.7

Daş duz istehsalı, min pud

367,9

386

545.5

610,8

391

456,2

201,1

368,4

344,9

Mahlıc istehsalı,milyon pud

1,3

1,7

2,1

2,7

1,8

1,84

1,1

1,1

0,6

Xam ipək (barama) istehsalı, milyon manatlıq

 

 

 

 

14,2

 

27,3

 

 

Balıq istehsalı, milyon pud

 

 

 

7,7

12,8

 

6,6

 

 

Kürü istehsalı, min pud

21,9

14,2

24,3

24,6

24

21

22,2

 

 

Şərab istehsalı, milyon vedrə

2,56

2,74

2,37

2,27

4,06

2,23

 

 

 

Tütündən tənbəki istehsalı, min pud

14

14,4

15

15,6

12,3

12,4

 

 

 

Biyan kökü emalı,milyon pud

1,5

1,1

0,98

1,8

2,04

0,89

0,29

1,26

 

Cədvəlin təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycanın metallurgiya, yüngül və yeyinti sənaye sahələrinin inkişaf sürəti sabit səciyyə daşımamış, qısa zaman intervalında (1900-1917) artım meyllərini vaxtaşırı azalma meylləri əvəz etmişdi. Dağ-mədən sənayesində kükürd və mis kolçedanı çıxarılması, daş-duz istehsalı, yüngül sənayedə mahlıc istehsalı nisbətən sabit inkişaf etmiş, xam ipək istehsalı 1900-1915-ci illər arasında 13 dəfədən çox, 1900-1913-cü illərdə balıq istehsalı 10-12 dəfə, şərab istehsalı isə 3 dəfədən çox artmışdı.
1910-1914-cü illərdə Rusiyada xam ipəyə olan tələbatın artması ilə əlaqədar Azərbaycanda yeni ipəksarıyan və ipəkəyirən müəssisələrin açılması nəticəsində iri ipək emalı fabriklərinin sayı 137-ni keçmişdi. 1915-ci ildə istehsal edilmiş 27,3 milyon manatlıq xam ipəyin 80%-ni ayrı-ayrı şirkət və səhmdar cəmiyyətlərə məxsus müəssisələr verirdi. Azərbaycanın pambıqtəmizləmə sənayesində onlarla şirkət və və səhmdar cəmiyyətə məxsus 100-dən çox zavod ildə orta hesabla 1,5-2 milyon (çox zaman hətta 2,7 milyon pud) mahlıc istehsal edirdi. Bu sənaye sahəsinə qoyulan kapitalın 80%-i milli burjuaziyaya (H.Z.Tağıyev, Mahmudbəyov qardaşları və b.) məxsus idi.
Müharibə ərəfəsində ölkəmizdəki 160-dan çox gön - dəri müəssisəsi ildə orta hesabla 100 min pudadək məhsul istehsal edirdi.
1900-1914-cü illərdə Azərbaycanda 1200-dən çox şərab, spirt və araq istehsal edən zavod hər il bağlardan yığdığı 5-6 milyon pud üzüm məhsulunun böyük hissəsini emal edirdi. Ümumiyyətlə, Cənubi Qafqazda istehsal olunan şərabın üçdə birini, konyakın 45%-ni, pivənin isə 62%-ni Şimali Azərbaycan verirdi.
Müharibə ərəfəsində, 1913-ildə Azərbaycanda tütün tənbəki və papiros gilizi fabriki 40 min pud məhsul istehsal etmişdi.
Balıqçılıq və balıq emalı sənayesinin 70%-i azərbaycanlı sahibkarların (H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov, T.Səfərəliyev və b.) əlində idi. Balıqçılıq sənayesinin yüksəliş keçirdiyi 1913-cü ildə 34 milyon manatlıq dəyərində 12,8 milyon puddan çox balıq məhsulu istehsal olunmuşdu. Azərbaycanın balıq və kürü məhsulları Rusiya ilə yanaşı, ABŞ, Almaniya, Fransa, Polşa və başqa ölkələrə ixrac edilirdi.
XX əsrin əvvəllərində ölkəmizin balıqçılıq sənayesində 30-dan çox şirkət və 7 səhmdar cəmiyyət fəaliyyət göstərirdi. Bütövlükdə balıqçılıq təsərrüfatı və balıq sənayesinə 24,5 milyon manat kapital qoyulmuşdu. Balıqçılıq da daxil olmaqla, Azərbaycanın yeyinti sənayesi kapital qoyuluşunun həcminə, məhsulun ümumi miqdarına və fəhlələrin sayına görə (təkcə balıqçılıqda 40 min nəfərdən çox işçi var idi) neft sənayesindən sonra ikinci yeri tuturdu.
Danışılan dövrdə Rusiyada biyankökü emal edən 7 zavoddan 4-ü Azərbaycanda idi.
Kapitalist sənaye sahələrinin sürətli inkişafı şəhərlərin böyüməsinə və şəhər əhalisinin xüsusi çəkisinin artmasına gətirib çıxartmışdı. 1913-cü ildə Azərbaycanda yaşayan 2,5 milyon nəfərə yaxın əhalinin 580 mindən çoxu (24%-ə qədəri) şəhərlərdə yaşayırdı. 1904 - 1913-cü illərdə Gəncə şəhərində əhalinin sayı 36,8 min nəfərdən 57 min nəfərə, Nuxanın əhalisi 29,7 mindən 42,6 minə, Şuşanınkı isə 33,1 mindən 42,7 min nəfərə çatmışdı. Şəhərətrafı qəsəbələrlə birlikdə Bakıda 300 min nəfərdən çox əhali yaşayırdı ki, bu da ölkənin bütün şəhər əhalisinin 52%-ə yaxını demək idi.
Şəhər və qəzalarda maliyyə - kredit və bank fəaliyyətinin genişlənməsi nəticəsində bu tipli müəssisələrin sayı artırdı. Azərbaycanda olan 34 bank müəssisəsinin 20-si Bakıda yerləşirdi. Milli kapitalın nümayəndələri olan H.Z.Tağıyev, M.Nağıyev və b. təmsil olunduqları Bakı - ticarət - səhmdar bankının ilkin kapitalı 3 milyon manata bərabər idi.
Şimali Azərbaycanın daxili və xarici ticarətində Bakı limanı böyük rol oynayırdı. 1912-ci ildə bu limanın ümumi mal dövriyyəsi 350 milyon puda çatmışdı. Dəniz yolu ilə Rusiyaya 300 milyon puddan çox neft məhsulları göndərilirdi. Azərbaycandan Rusiyaya pambıq, xam ipək, mis, şərab, balıq məhsulları aparılır, oradan isə neft sənayesi üçün avadanlıqlar, taxıl, qənd, meşə materialları və s. gətirilirdi. Cənubi Azərbaycanın daxil olduğu İranla aparılan ticarət dövriyyəsinin illik dəyəri 20 - 25 milyon manata çatırdı və ixrac idxalı üstələyirdi. 1910 - 1915-ci illərdə Xəzər ticarət donanmasında 831 gəmi var idi ki, bunun da 261-i buxarla işləyirdi.

Müəllif: Dosent M.Q.Abdullayev

Top