Rus-erməni birliyi simasında qorxulu bir təhlükəyə qarşı dura bilmək üçün Azərbacanda «Difai» adı ilə tanınan gizli siyasi təşkilat yaradıldı. «Difai» Azərbaycan dilində «Dəf etmək»-«Qarşısını almaq» mənasını verir. Lakin bir çox tədqiqatçılar, o cümlədən T.Svyatoxovski, İ.Bağırova onun adını «Müdafıə» kimi tərcümə edirlər. Lakin erməni daşnakların hücumlarını dəf etmək, azərbaycanlıları qorumaqbunların böyük bir fərqi yoxdur. «Difai»nin yaranma tarixi ilə bağlı müxtəlif fıkirlər mövcuddur: T.Svyatoxovski, M.Məmmədzadə, A.Balayev və başqaları partiyanın 1905-ci ildə, İ.Bağırova, X.Məmmədov, S.Süleymanova isə 1906-cı ildə yarandığını göstərirlər.
baş müəllimə L.A.Əliyeva, dosent C.Y.Rüstəmova
Həsən Hacinski, İsabəy Aşurbəyov, Behbud Cavanşir və Niftalı bəy Behbudov daxil idilər. Mərkəzi Komitənin üzvlərindən bir qismi (Ə.Ağayev, Q.Qarabəyov, Aşurbəyov, M.Hacinski) eyni zamanda sosial-demokrat təşkilat olan «Hümmət»ə daxil idilər. «Difai»nin demək olar ki, Azərbaycanın bütün qəzalarında: Şuşada, Gəncədə, Zəngəzurda, Ağdamda, Bərdədə, Yevlaxda, Qaryagin və Cavanşirdə komitələri mövcud idi. Demək olar ki, hər bir komitənin özünün silahlı drujinaları var idi. Ən böyük döyüş drujinası Şuşada idi. Onun tərkibinə 400 nəfər daxil idi. Digər drujinalarda nisbətən az (50 nəfərdən 100 nəfərədək) adam var idi.
1907-ci ilin martında Gəncədə Cənubi və Şimali Qafqaz və Krım müsəlmanlarının qurultayı oldu. Orada difaiçilər də fəal iştirak etdilər. Yaradılmış Zaqafqaziya Müsəlman İttifaqının sədri vəzifəsinə keçmiş Dövlət Dumasının üzvü İsmayıl bəy Ziyadxanov seçildi. Qurultayda həm də Maku xanları və Krım tatarlarının lideri İsmayıl bəy Kasprinski iştirak edirdilər. Qurultay iştirakçıları daşnaklardan nümunə götürərək, terror yolu ilə Rusiya hökumətindən güzəştlər tələb etməyi qərara aldılar, çünki onlar erməni daşnaklarını azərbaycanlıların üstünə qısqırdan çar hökumətini millətlərarası münaqişənin əsas günahkarı hesab edirdilər. «Difai»nin sosial bazası müxtəlif idi: ziyalılar, tacirlər, ruhanilər, kəndlilər. Hətta «Difai»nin ən qüvvətli Gəncə təşkilatlarından birinin sədri Axund-Molla Məhəmməd Pişnamazzadə (Yelizavetpol kişi gimnaziyasının şəriət müəllimi) idi. Şuşa komitəsinə doktor Kərimbəy Mehmandarov, Ağdam komitəsinə əsasən Vladiqafqazda yaşayan Xasay Xan Usmiyev, o olmadığı vaxtlarda Zülfüqar bəy Haqverdiyev başçılıq edirdi. «Difai» «Daşnaksütun»a qarşı döyüş təşkilatı kimi yaransa da, öz fəaliyyətində digər məqsəd və vəzifələri də nəzərdə tuturdu. Bunlar partiyanın Əhməd bəy Ağayev tərəfındən nəşr edilən «İrşad» qəzetində çap edilmiş proqramında əks olunmuşdu.
Məsələn, partiyanın mühüm vəzifələrindən biri kimi xalqa təhsil vermək, savadsız kütlələri maarifləndirmək işi göstərilirdi. Eyni zamanda, «Difai» öz məqsədlərinə çatmaq üçün qanunsuzluğa yol verən və erməniləri müdafıə edən hökumət məmurlarına qarşı mübarizənin terrorçu metodlarından istifadə etməli olurdu. «Difai»nin proqramında deyilirdi ki, «Difai» ermənilərin milli torpaqlarımıza yiyələnərək, xarabalıqlarımız üzərində öz məskənlərini salmalarına icazə verməyəcək. Bunun qarşısını almaqdan ötrü difaiçilər terror aktları həyata keçirirdilər: məsələn, azərbaycanlı əhaliyə qarşı xüsusi qəddarlığı ilə seçilən, Azərbaycan kəndlərinin talan edilməsinə icazə verən, hətta bu işdə iştirak edən Şuşanın general-qubernatoru Qoloşapov və onun dəftərxanasının müdiri Kleşinski, həmçinin Naxçıvan uezdinin naçalniki Engel öldürülmüşdü.
«Difai»nin proqramının aqrar hissəsində elan edilirdi ki, torpaqlar zəhmətkeşlərə məxsus olmalıdır. Gördüyümüz kimi, partiyanın sosial ideyaları da var idi. Son nəticədə partiya belə hesab edirdi ki, onun məqsədi - Qafqaz xalqlarının xoşbəxtliyinə nail olmaq və onlar arasında qardaşlıq münasibətlərini bərqərar etməkdir. 1909-cü ilə qədər (Əhməd bəy Ağayevin Türkiyəyə mühacirətinə qədər) «Difai» Azərbaycan xalqının müdafıəsi və qüvvələrinin birləşdirilməsi işində ciddi rol oynayırdı.
Çar hakimiyyəti difaiçilərə qarşı repressiya tətbiq edirdi, partiyanın yerli komitələrinin çoxu dağıdılmış, üzvləri həbs edilib, sürgün olunmuşdu. Lakin «Difai»nin fəaliyyəti bəzi mənbələrin fıkrincə 1912-ci ilə, digərlərinə görə 1917-ci ilə qədər davam etmişdi. Sonralar bir çox difaiçilər 1911-ci ildə yaradılmış «Müsavat» partiyasına daxil oldular.
1905-ci ildə Gəncədə «Qeyrət» partiyası yaradıldı. O, «tatar sosial-federalçı inqilabçıların partiyası» adlanır, muxtariyyət və Rusiyanın federativ quruluşu ideyasını irəli sü- rürdü. Partiyaya Ələkbər bəy Rəfıbəyov (hüquqşünas), A.Xasməmmədov (mülkədar, Yelizavetpol dairə məhkəməsində andlı iclasçı, Xəlil bəy Xasməmmədovun qardaşı) və Rüstəmbəyov başçılıq edirdilər. Bəzi mənbələr göstərir ki, «Qeyrət»in rəhbərliyinə Nəsibbəy Yusifbəyli də daxil idi. Partiyanın əsas məqsədi «Qafqazın müsəlman əhalisinin çoxluq təşkil etdiyi rayonlarının muxtariyyəti ilə ayrılması» idi. Partyianın fəaliyyəti 1908-ci ilə qədər davam etmişdi, lakin bəzi mənbələr qeyd edir ki, onun fəaliyyəti 1912-ci ildə də nəzərə çarpırdı.
1907-ci ilin mayında daha bir milli partiya - «Müdafıə» yarandı. O, Tiflisdə və Elizavetpol quberniyasının qərbində, Qazaxda və Borçalıda fəaliyyət göstərirdi. Partiyanın yaradılmasında İbrahim bəy Vəkilov, Ağabəy Qiyasbəyov (milis praporşiki, müflisləşmiş bəy), Hacı Kərim Sanıyev (Dağkəsəmən məktəbinin müəllimi) və başqaları iştirak etmişdilər. Partiyanın fəxri rəhbəri I Dövlət Dumasının deputatı İsmayılxan Ziyadxanov idi. Bir çox tədqiqatçılar belə hesab edirlər ki, «Müdafıə» sırf bəy partiyası idi. Lakin onun tərkibinə ziyalılar da daxil idilər. Partiyanın müraciətində deyilirdi ki, o, «Difai» partiyasının proqramı ilə işləyəcək və müsəlmanların bütün ictimai işlərinə müdaxilə edəcəkdir. «Müdafıə» mülkədar torpaqlarının kəndlilər arasında bölüşdürülməsi, müsəlmanlar arasında ictimai birliklərin yaradılması, onların maarif və mədəniyyətinin qayğısına qalmaq kimi fıkirlər irəli sürürdü. «Müdafıə» 1908-ci ilə qədər mövcud oldu.
Azərbaycanda milli hərəkatın rəhbəri olmuş milli-demokratik «Müsavat» (Bərabərlik) partiyası 1911-ci ildə yaradılmışdı. Onun baniləri Məmməd Əli Rəsulzadə (Məmməd Əmin Rəsulzadənin əmisi oğlu), hümmətçilər Abasqulu Kazımzadə, Tağı Nağı oğlu, Kərbəlayi Vəli Mikayıl oğlu, Qulamrza Şərifzadə, Səid Musəvi, Yusif Ziya və başqaları idilər. Partiyanın ideya rəhbəri olan Məmməd Əmin Rəsulzadə özü bu zaman siyasi mühacirətdə idi. Partiya qeyri-leqal idi və 1917-ci ilin fevralına qədər gizli, ciddi məxfılik şəraitində işləmişdi. Partiyanın sıralarına ziyalılar, fəhlələr, tacirlər, kəndlilər, xırda burjuaziya, kontor xidmətçiləri daxil idilər. «Müsavat»ın ilk proqramı 1912-ci ildə qəbul edilərək, kitabça şəklində çap olunmuşdu. Belə hesab edilir ki, onu Məmməd Əmin Rəsulzadə hazırlamışdı. Bu proqram, əsasən islami xarakter daşıyırdı, yəni millətlər arasında fərq qoymadan bütün müsəlman xalqlarının birləşməsi, müstəqillik uğrunda mübarizə aparan müsəlman ölkələrinə maddi və mənəvi kömək göstərilməsi və s. kimi vəzifələr irəli sürürdü. Lakin müsavatçıları panislamçı adlandırmaq da doğru olmazdı. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi və nahiyələrdə öz bölmələrinə malik idi. Bu bölmələrə də onlara tabe olan özəklər daxil idi. Proqrama uyğun olaraq, ildə bir dəfə MK öz işi haqqında konfransda hesabat verirdi. «Müsavat»ın 1917-ci ilə qədərki fəaliyyəti haqqında material olduqca azdır, çünki həmin dövrdə partiya ciddi məxfılik şəraitində fəaliyyət göstərirdi. Yalnız o məlumdur ki, 1912-ci ildə o, Balkan müharibəsi ilə əlaqədar intibahnamə (gizli vərəqə) buraxmışdı. Həmin vərəqədə Avropa ölkələri tərəfındən sıxışdırılan Osmanlılar müdafıə edilirdi.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə elan edilən əfvlə əlaqədar Məmməd Əmin Rəsulzadə mühacirətdən geri dönür və həmin vaxtdan «Müsavat»a rəhbərlik edir. Bu zaman onun siyasi baxışlarında dəyişiklik baş verir. M.Ə.Rəsulzadə islam birliyinə nisbətən milli məsələnin üstünlüyünü qəbul edir. O, türk birliyi tərəfdarı idi. O, yeni, xarici sözlərdən təmizlənmiş türk dili- «Yeni lisan» və türklərin milli dirçəlişi haqqında məqalələr yazır.
Azərbaycanda milli partiyalar yarandığı zaman artıq digər siyasi partiyalar - sosialist tipli təşkilatlar mövcud idi. Azərbaycanda ilk belə təşkilat 1901-ci ildə fəhlə hərəkatına siyasi xarakter vermək, gizli sosial-demokratik marksist dərnəklərin işini əlaqələndirmək və birləşdirmək üçün yaradılmış RSDFP-nin (Rusiya Sosial Demokrat Fəhlə Partiyası) Bakı Komitəsi idi. 1903-ci ildə RSDFP-nin bolşevik və menşevik hissələrinə ayrılmasından sonra Bakı Komitəsi gah bolşevik fraksiyasına, gah da menşevik fraksiyasına birləşirdi. Onun tərkibinə əsasən qeyri-azərbaycanlılar -A.S.Yenukidze, V.Z.Ketsxoveli, L.Qalperin, L.M.Knunyans, İ.F.Sturua, A.Eyzenbert və başqaları daxil idilər. Həmin təşkilata daxil olan azərbaycanlılardan Məmməd Məmmədyarovun və Əsədulla Axundovun adını çəkmək olar. Bakı Komitəsi 5 rayona bölünmüş, rayon komitələri yaradılmışdı. Təşkilat gizli şəraitdə işləyirdi. O, marksist ədəbiyyatının yayılması ilə məşğul olur, mühazirə və müzakirələr keçirirdi. Onun özünün inqilabi vərəqələr, müraciətlər çap edən gizli «Nina» mətbəəsi var idi. 1904-cü ilin sonlarına yaxın komitənin Gəncədə, Gədəbəydə, Şuşada öz təşkilatları var idi. O, sosialist cəmiyyətinin yaradılması, istehsal vasitələri üzərində xüsusi mülkiyyətin ləğv edilməsi, istehsalın ictimailəşdirilməsi, insanın insan tərəfındən istismarına son qoyulması kimi məsələləri özünün son məqsədi hesab edirdi. Bütün bunlar üçün isə inqilab etmək lazım gəlirdi. İnqilabın hərəkətverici qüvvəsi isə proletariat hesab edilirdi.
1902-ci ildə Bakıda 17 yaşlı Məmməd Əmin Rəsulzadə tərəfındən «Müsəlman gənclər təşkilatı» yaradılmışdı. Bu təşkilatın məqsədi çarizmin müstəmləkə siyasəti ilə mübarizə aparmaq idi. Bu dərnək sosialist tipli idi, belə ki, fəhlələr arasında azadlıq və inqilab ideyalarını təbliğ edir, çarizmə qarşı inqilabi şerlər yayırdı. Dərnək üzvləri azərbaycanlıların milli şüurunun oyadılması və milli dilin inkişaf etdirilməsini özlərinin əsas məqsədi hesab edirdilər. Bu gənclər dərnəyi «Hümmət» təşkilatının yaradılması üçün təməl rolunu oynadı. Bakı fəhlələrinin yarıdan çoxunu təşkil edən azərbaycanlı fəhlələr inqilabi və sosial-demokratik işlə əhatə olunmamışdı. Müsəlman fəhlələri arasında iş aparmaq məqsədilə 1904-cü ildə Azərbaycan ziyalı-demokratları müsəlman dünyasında ilk sosial-demokratik təşkilat olan «Hümmət»i (Eneıji) yaratdılar. Bu təşkilat Azərbaycan dilində eyni adlı qəzet buraxırdı. S.M.Əfəndiyev, Əsədulla Axundov, M.Ə.Əzizbəyov, M.Ə.Rəsulzadə, M.H.Hacinski, H.Sultanov və başqaları həmin təşkilatın üzvləri ili. «Hümmət»i Rusiya sosialdemokratiyasında ilk vaxtlar marksizmi türk millətçiliyi ilə birləşdirən fenomen hesab etmək olar. «Hümmət»in şüarı «E1 bir olsa, dağ oynadar yerindən» sözləri idi. Sovet tarixşünaslığında «Hümmət» RSDFP-nin Bakı Komitəsinin fılialı kimi təqdim edilirdi. Lakin arxiv materialları göstərir ki, üzvlərinin bir hissəsinin RSDFP-nin üzvü olmasına baxmayaraq, bir çox hümmətçilər RSDFP-yə daxil olmaqdan imtina etmişdilər. Bu səbəbdən, söyləmək olar ki, «Hümmət» uzun müddət ayrıca işləmiş, P.Caparidze və başqalarının dediyi kimi RSDFP-nin tərkib hissəsi olmamışdır. Hümmətçilər 1905ci ildə İranda başlamış inqilabın iştirakçıları olmuşlar. M.Ə.Rəsulzadə 1909-cu ildə İrana mühacirət etmiş və orada «İrani-Nou» qəzetini çap etmişdir. 1906-cı ildən hümmətçilər həmçinin «Dəvət-Qoç» (Çağırış) və «Təkamül», 1907-ci ildən «Yoldaş» qəzetlərini buraxmağa başlamışlar. 1907-ci ildə həbslər nəticəsində «Hümmət»in fəaliyyəti əhəmiyyətli dərəcədə zəiflədi. 1920-ci ildə «Hümmət» digər sosialdemokratik partiyalarla: RSDFP-nin Bakı Komitəsi və «Ədalət»lə birləşərək, Azərbaycan Kommunist Partiyasını təşkil etdilər.
Azərbaycanda fəaliyyət göstərən sosialist partiyalarından biri də eser partiyası idi. Rusiyada sosialist-inqilabçılar- eserlər partiyası 1902-ci ildə meydana çıxmışdı. Bakıda ilk eser dərnəyi 1903-cü ildə yaradıldı, 1904-cü ilin əvvəllərində isə o qrup halında formalaşdı. Lakin bu qrup kiçik idi (1903-cü ildə cəmi 6 nəfər). Bakıda eser partiyasının yaranması 1905-ci ildə baş verdi. Bakı eserləri qeyri-azərbaycanlılar idi - V.Rizel, A.İvanov, M.Prokofyev, S.Rayeski. Bakı eserlərinin sosial bazasını fəhlələr, Xəzər donanmasının matrosları, tələbə gənclər təşkil edirdi.
Eserlərin proqramı çox hallarda sosial-demokratlarınkı ilə oxşar olsa da, onların fərqləri də mövcud idi. Eserlər sosialdemokratların xırda burjuaziya hesab etdiyi kəndlilərin maraqlarını müdafıə edirdilər. Onlar torpaqları kəndli icmalarının istifadəsinə verməyi, yəni «sosiallaşdırmağı» tələb edirdilər. Eserlər proletariatı yox, kəndliləri inqilabın hərəkətverici qüvvəsi hesab edirdilər. Çarizmlə mübarizədə terrordan istifadəni qəbul edirdilər. Bakı eser təşkilatı da terror aktları həyata keçirən döyüş drujinasına malik idi. Eserlər belə hesab edirdilər ki, milli məsələni konstitusiya vasitəsilə və federasiya daxilində birləşmiş milli dövlətlər yaratmaqla həll etmək mümkündür. Bakı eserləri özlərinin «Kavkazskoe slovo» (Qafqaz sözü) qəzetini buraxırdılar. Eser təşkilatının Şuşada, Gəncədə və Zaqatalada fılialları mövcud idi. Azərbaycanda milli eser təşkilatları olan «İttifaq» və «Əş-Şəms» (Günəş) də yaradılmışdı. «İttifaq»ın üzvləri R.Şərifzadə, M.Cuvarlinski, R.Məlikov idi. İttifaqçılar Bakı eserlərinin fıkirlərini qəbul edir, məqsəd və maraqlarını ümumxalq məqsəd və maraqları elan edir və sosialist şüarlarından istifadə edirdilər.
Azərbaycanın siyasi həyatında liberal təmayüllü partiyalar da mühüm rola malik idi. Onların arasında ən əhəmiyyətlisi konstitusiyalı-demokratlar -kadetlər partiyası idi. Kadetlərin Bakı bölməsi 1905-ci ilin dekabrında meydana çıxmışdı. Lakin son formalaşması 1906-cı ilin yanvarına təsadüf edir. Kadetlər belə hesab edirdilər ki, Rusiya konstitusiyalı və parlamentli monarxiya olmalıdr. Kadetlər üçün ideal dövlət quruluşu nümunəsi demokratiya və parlamentarizmin monarxiya üsul idarəsi ilə uyğunlaşdığı İngiltərə idi. Bakı kadetlərinin bürosuna
S.A.Vonsoviç, B.L.Baykov, M.F.Podşibyakin, K.S.Xatisov, Ə.M.Topçubaşov, Kaplan, M.Q.Əlibəyov, İs.Hacinski, S.Taqionosov, knyaz Dadiani, İ.Səfərəliyev, Şifrin və b. daxil idi. Sosial tərkibinə görə kadet partiyasını buıjuaziya və liberal çoxmillətli ziyalıların nümayəndələri təşkil edirdi. Bakı kadetləri arasında milli quruluş məsələsində fıkir birliyi yox idi. Müsəlman konstitusiyalı partiyası özünün Ə.M.Topçubaşov tərəfındən şərh edilən proqramında yerli muxtariyyət verilməsini və qanunvericilik hakimiyyətində iştirak hüququ verən nümayəndəli iclasların olmasını tələb edirdi. Bu isə Rusiyanın federativ əsaslarla yenidən qurulmasının əsası idi. Ə.M.Topçubaşov Qafqazda qanunvericilik funksiyalarına malik Seymin yaradılmasının tərəfdarı kimi çıxış edirdi.
Azərbaycanda digər partiyalar da mövcud idi: sağlar, oktyabrçılar, ticarət-sənaye ittifaqı, Bakıda «Yakor» (lövbər) təşkilatı tərəfındən təmsil olunan qaragüruhçu təşkilatlar və s.
Siyasi partiyaların fəaliyyətini ümumiləşdirərək, belə bir nəticəyə gəlmək mümkündür ki, monarxiyalı çar rejiminin mövcudluğuna baxmayaraq, XX əsrin birinci onilliyinin əvvəlində Azərbaycanda ictimai-siyasi həyatın demokratikləşdirilməsi prosesi başlanmışdı. Partiyaların yaranması son nəticədə cəmiyyətin əsrlərdən bəri mövcud olan dayaqlarını dəyişmiş oldu.