Rusiyanın Azərbaycan torpaqlarının işğalı prosesində həyata keçirdiyi siyasi xəttinin əsas cəhəti xanlıqların ləğvi ilə bərabər xanlıq üsul-idarəsinin aradan götürülməsi idi. Xanlıq idarəçiliyi kommendant idarə sistemi ilə əvəz edilmiş, xanlıqların yerində yeni inzibati bölgü - əyalətlər yaranmışdı. Ləğv edilən hər bir xanlıq əvəzinə yalnız bir əyalət yaradılırdı. Azərbaycan ərazisində yaradılan əyalətlərin idarəsi üçün əyalət rəisi vəzifəsi təsis edilmişdi. Bir qayda olaraq bu vəzifə əyalətdəki rus qarnizonunun komandiri - komendanta həvalə edilirdi. Komentdant yalnız xristian məzhəbindən olan mayor, podpolkovnik və ya polkovnik rütbəli zabitlərdən təyin edilirdi. Belə inzibati idarə sistemi komendant idarə sistemi adlanırdı. Rus rəsmi sənədlərində bu inzibati sistem «hərbi-xalq rejimi» adlansa da, bu əslində hərbi işğal rejimi idi.
Lakin yuxarıda söhbət açdığımız layihələr elə layihə olaraq qaldılar. Rusiya imperiyası Dövlət Şurası bu layihələri yenidən işləmək üçün geri qaytardı. Müəlliflər:
Komendant idarə sisteminə komendantdan əlavə böyük bir məmuriar ordusu da daxil idi: komendantın köməkçisi, polismeyster, əyalət təsərrüfatının başçısı mahal naibləri və s.
Azərbaycanda xanlıqlar dövründə məhkəmə işləri ruhani zümrəsinin əlində idi. Bundan əlavə ali ruhani zümrəsi ruhaniləri vəzifəyə təyin və azad edirdi, vəqf təsərrüfatına rəhbərlik edir, xüms və zəkatın toplanması və bölünməsinə nəzarət onların ixtiyarında idi. Qazılər sırf inzibati funksiyalar yerinə yetirirdilər.
Komendant idarə sistemində şəriət məhkəmələri saxlanılsa da, onların təsir dairəsi daraldılmışdı.
Komendant idarə sistemi hərbi işğal rejimi idi. Odur ki, bu rejim ölkədə mövcud olan ictimai münasibətləri qeyriobyektiv mövqedən qiymətləndirirdi. Məlum olduğu kimi XIX əsrin əvvəllərində Azərbaycan bəy və ağaları torpaq sahibləri idilər və onlar cəmiyyətin sosial-silki strukturunda çox mühüm rol oynayırdılar. Rusiyanın Azərbaycandakı hərbi orqanları işğalın ilk günlərindən yerli feodalların torpaq sahibliyi, siyasi və silki hüquqlarını təhrif etməyə və məhdudlaşdırmağa çalışırdılar. Yerli feodallara qarşı siyasi və iqtisadi təzyiq vasitəsi kimi «idarəçilik» tezisindən geniş surətdə istfadə edilirdi. Bu tezisə görə yerli feodlların böyük bir hissəsi torpağın sahibi və mülkiyyətçisi deyil, yalnız xəzinə (dövlət) kəndlilərinin idarəçisi sayılırdılar. Odur ki, Azərbaycan bəyləri 1826-cı ilin iyununda başlanan «ümumi müsəlman üsyanının» fəal iştirakçıları idilər. Azərbaycan bəylərinin böyük hissəsinin
Rusiyaya düşmən münasibəti bəylərin torpaqlannın müsadirəsi və özlərinin isə cəzalandırılması ilə nəticələnmişdi. 13 iyul 1830-cu il Ali Qanunu ilə II rus-İran müharibəsi dövründə antihökumət çıxışlarda iştirakına görə cəzalandırılan bəylərin əhfı və müsadirə edilmiş torpaqların qismən qaytalırması bir növ feodallarla yaxınlaşma xətti olsa da, XIX əsrin 30-cu illərində Rusiya Azərbaycan bəylərinin silki hüquq və imtiyazlarını rəsmi olaraq tanımadığı üçün onlar Rusiyanın müstəmləkə siyasətini həyata keçirməkdə sosial dayağı ola bilməzdildər. Odur ki, Azərbaycan bəyləri XIX əsrin 30-cü illərində Azərbaycanda baş verən azadlıq hərəkatında fəal iştirak edirdilər.
XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfındən işğalından ən çox əziyyət çəkən, sözsüz ki, ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən kəndlilər idi. Xanlıqlar dövründən qalma ənənəvi feodal istismarına müstəmləkə zülmünün əlavə edilməsi, yeni-yeni vergilər və mükəlləfıyyətlər qoyulması, vergilərin bölüşdürülməsi və yığılmasında hər cür qanunsuzluq, yerli hakimiyyət orqanlarının özbaşınalığı Azərbaycan kəndində sosial ziddiyyətləri daha da kəskinləşdirmişdi. Təsadüfı deyil ki, 1829-1830-cu illərdə Zaqafqaziyada yoxlama aparan senatorlar qraf Kutaysov və Meçnikov müsəlman əyalətlərində maliyyə-vergi sistemində çoxlu qanunsuzluq və özbaşınalıqların mövcudluğunu xüsusi ilə qeyd etmişlər. Senatorlar komendant idarə sistemini kəskin tənqid etmişdilər. Yerli idarədə himayə, məhkəmədə müdafıə olunmayan, hər şeyi itirmiş xalqın hökumətə inamı itmişdi. Senatorlar Cənubi Qafqazda yeni idarəçilik sisteminə keçilməsini hökumətə məsləhət bilmişdilər. Lakin komendant idarə sisteminin ləğvi bu dövrdə həyata keçirilmədi. TəSAdüfı deyil ki, sosial şəraitin ən gərgin olduğu əyalətlərdə müstəmləkə zülmü əleyhinə güclü xalq üsyanları baş vermişdi. 1830-cu ildə Car-Balakən, 1831-ci il Talış, 1837-ci il Quba, 1838-ci il Şəki üsyanları.
XIX əsrin 20-ci illərinin sonu - 30-cu illərin əvvələrində Cənubi Qafqazda idarəçiliyin yenidən qurulması təklifı ilə 2 layihə hazırlanır:
1) I layihə gen. Paskeviç və senatorlardan P.S.Kutaysov və Y.S.Meçnikovun layihəsidir. 2) II layihə 1833-cü ilin mayında təqdim edilən - «Zaqafqaziya diyarı haqqında ümumi mülahizələr» adlı layihədir.
Qafqazdakı rus qoşunlarının Baş komandanı general Paşkeviç buradakı idarəçilik sisteminin dəyişdirilməsi barəsində hələ 1829-cu ildə rəsmi orqanlar qarşısında məsələ qaldırmışdı. Paşkeviç komendant sisteminin dəyişdirilməsi ilə yanaşı, hüquq, məhkəmə və idarəçilik sahəsində yerli xüsusiyyətləri tamamilə ləğv etməyi və burada Rusiyanın mərkəzi quberniyalarındakına bənzər mərkəzləşdirilmiş idarəçilik sistemi yaratmağı təklif edirdi. O, yerli xalqların adət və ənənələrini, dini və mədəni xüsusiyyətlərini nəzərə almırdı. Onun fıkrinə görə «müsəlmanlar imperiyanın eyni, ümumi qanunları və təsərrüfatının təsiri altında qaldıqca, Rusiya ilə daha çox yaxınlaşacaqlar».
1829-1830-cü illərdə Cənubi Qafqazında senator təftişi aparmış senatorlar Meçnikov və Kutaysov general Paskeviçin baxışlarını bəyənmiş və ona tərəfdar çıxmışdılar. Onların fıkrincə, Cənubi Qafqazın idarəçiliyində mərkəzləşdirmə və ruslaşdırma prinsipi əsas tutulmalı idi, gərək Cənubi Qafqaz sakinləri rus kimi danışmağa, rus kimi düşünməyə və rus kimi hiss etməyə məcbur edilsinlər.
Nəhayət, 1837-ci ildə Dövlət Şurası islahat işini senator baron Qana həvalə etdi. Senator Qan Cənubi Qafqazda yaşayan xalqlarda mövcud olan icitimai münasibətləri öyrənməyə cəhd etmədi, Paşkeviç, Meçnikov və Kutaysovun layihələri əsasında «Cənubi Qafqaz diyarının inzibati idarəçilyinin» layihəsini hazırlayıb 1838-ci ilin fevralında Dövlət Şurasına təqdim etdi. Qanın təqdim etdiyi layihədə deyilirdi ki, guya xanlıqlar dövründə Azərbaycanda xanın iradəsindən başqa heç bir qaydaqanun olmamışdır, guya azərbaycanlılar şəriət məhkəmələrinə müraciət etmirlər, guya rus məmurları və rus idarələri əyalət məhkəmələrində mövcud olan süründürməçiliyi azaldacaq və əhalini «bəxtəvər edəcəkdir».
Qan layihəsinin başlıca məğzi ondan ibarət idi ki, hökumət yerli bəylərə və digər imtiyazlı zümrəyə arxalanmaq siyasətindən imtina edirdi.
Çar I Nikolay 10 aprel 1840-cı ildə islahatın layihəsini təsdiq edir və layihə qanun qüvvəsini alır. 10 aprel qanunu «Qafqaz diyarının idarə olunması üçün təsisat» adlanır.
10 aprel 1840-cı il inzibati-məhkəmə islahatına görə Cənubi Qafqaz inzibati cəhətdən 2 yerə bölündü: 1) Gürcüstanİmeretiya quberniyasına; 2) Xəzər vilayətinə.
Azərbaycan torpaqları vahid inzibati bölgüdə birləşdirilmirdi. Yeni inzibati bölgü yerli sosial-hüquqi, etnik və mədəni xüsusiyyətləri çox az nəzərə almışdı. Belə ki, Azərbaycanın Şirvan, Qarabağ, Şəki, Talış, Bakı, Quba və Dərbənd qəzaları Dağıstan hərbi dairəsinin Xəzər vilayətinin tərkibinə daxil edilmişdi, amma Yelizavetpol, Naxçıvan, İrəvan və Balakən qəzaları isə Gürcü-İmeretiya quberniyasına daxil edilmişdi.
Burada bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, 1828-ci il martın 21-də I Nikolayın əmri ilə Azərbaycan torpaqları - İrəvan və Naxçıvan xanlıqları «erməni vilayəti» adlı bir inzibati bölgüdə birləşdirilmişdi. 10 aprel 1840-cı il inzibati-məhkəmə islahatına görə isə «erməni vilayəti» ləğv edilir, onun yerinə İrəvan və Naxçıvan qəzaları yaradılırdı.
Baş İdarə Şurasına 10 aprel 1840-cı il islahatına uyğun olaraq yerli feodalların torpaq hüquqlarını nizamlamaq səlahiyyəti verilmişdi.
Transqafqazda yeni inzibati islahata görə quberniya, vilayət və qəza idarələri ciddi surətdə daxili Rusiya quberniyalarındakı idarəçiliyə müvafıq qurulurdu. Odur ki, yerli bəylərdən olan divanbəyləri, mahal naibləri və b. vəzifələrindən azad edilirlər və onlar rus məmurlan ilə əvəz olunurlar. Mahal naiblərinin yerinə sahə iclasçılan vəzifəsi təsis edilmişdi.
Sahə iclasçıları ruslaşdırma siyasətinin əsas icraçıları idilər. Dövlət onlara müəyyən torpaq sahəsi ayırırdı və bu torpaq sahələrinin əkilib-becərilməsi həmin torpaqlarda yaşayan rəiyyətlərin öhdəsinə düşürdü.
Beləliklə, Azərbaycan bəyləri yeni islahata görə idarəçilikdən kənarlaşdırıldı, bu isə onu sübut edirdi ki, Rusiya yerli bəylərə arxalanmaq siyasətindən imtina etmişdi və sosial dayağı indi yerli deyil, burada yerləşdiriləcək gəlmə rus zadəganlığında görürdü.
10 aprel 1840-cı il islahatında məhkəmə sistemində ciddi dəyişiklik edilməsi nəzərdə tutulmuşdu. Azərbaycanda əsrlərdən bəri mövcud olan məhkəmə sistemi rus məhkəmə sistemi ilə əvəz edilirdi. İndi məhkəmə işləri qəza, quberniya və dairə məhkəmələrinə verilirdi. Məhkəmələr rus dilində aparılırdı, rus məhkəmə sistemi Azərbaycan əhalisinə yad bir məhkəmə sistemi idi. İslahata görə müsəlman şəriət qanunu qüvvədən düşürdü. Şəriət məhkəmələrinin ixtiyarında yalnız kəbin-talaq və vərəsəlik məsələləri saxlanılırdı.
10 aprel 1840-cı il inzibati-məhkəmə islahatı Azərbaycanın Quba və Dərbənd qəzalarında tətbiq olunmadı, bunun səbəbi bu 2 qəzanın Rusiyanın işğalçılıq siyasətinə qarşı ölümdirim mübarizəsinə qalxmış Dağıstanla həmsərhəd olması, burada da müridizmin yayılması idi.
10 aprel 1840-cı il islahatı Cənubi Qafqazda, o cümlədən Azərbaycanda 1841-ci ilin əvvəllərindən tətbiq olunmağa başlanıldı, hətta I Nikolaya xüsusi raport da göndərildi. Beləliklə, komendant idarə sistemi ləğv edildi.
Qanun Baş İdarə Şurasına yerli feodalların torpaq hü- quqlannı nizamlamaq səlahiyyətini vermişdi. Baş İdarə Şurası dərhal bu səlahiyyətdən istifadə etdi və artıq 1841-ci ilin əvvəllərində ağa və bəylərin torpaq hüquqlarına qarşı tədbirlərə əl atıldı. II Nikolayın imzaladığı 23 may 1841-ci il fərmanına uyğun olaraq Qazax, Şəmsəddil və Borçalı məntəqələrinin ağa və məlikləri kəndlərin idarə edilməsindən azad edilirlər, yəni ağaların əlindən onlara məxsus 102 kənd alınır. Müsadirə edilmiş kəndlərin əvəzinə ağalara yalnız ömürlük təminat verilirdi. Bu təminat irsən keçmirdi.
Baş İdarə Şurası ağalar haqda fərmandan sonra 28 may 1841-ci ildə Kaspi vilayəti bəylərinin kənd idarəçiliyindən kənar edilməsi haqda qərar çıxarır. Lakin Zaqafqaziyada yeni idarə sisteminə keçid hər yerdə əhalinin yeni qayda-qanuna qarşı müqaviməti ilə qarşılandı. 1842-ci ilin yanvarında «Zaqafqaziya diyarının qurulması komitəsi» Kaspi vilayəti bəylərinin yalnız polis məmuru sayılması nöqteyi-nəzərinin tamamilə yalnış olduğu haqda öz qərarını bildirir.
Zaqafqaziyada yeni inzibati islahat və onunla bağlı olaraq həyata keçirilən tədbirlər Azərbaycan cəmiyyətinin demək olar ki, bütün təbəqələrinin mənafeinə toxunurdu, onların maraqlarını nəzərə almırdı. İslahatdan narazı olan qüwələr içərisində ən mühüm yeri ali təbəqə - bəylər və ağalar tuturdular. Əsrlər boyu dövlət sistemində mühüm yer tutan, torpaq və kənd sahibi olan bəy və ağaların indi bütün bunlardan məhrum edilməsi, onların statusunun aşağı düşməsi onların dövlətə qarşı əks mövqe tutmasına gətirib çıxarırdı.
İslahatdan ən çox narazı olanlar çox təbii ki, əhalinin əksəriyyətini təşkil edən kəndlilər idi, çünki yeni islahata uyğun olaraq onların üzərinə əlavə vergi və mükəlləfıyyətlər qoyulurdu: məsələn, sahə iclasçılarına ayrılan torpaq sahələrini kəndlilər əkib-becərməli idilər. Məhkəmənin rus dilində aparılması və rus məhkəmə sisteminin tətbiqi azərbayanlılara tam yad olduğu üçün ondan ölkənin bütün silk və təbəqələri narazı idi. Məhkəmələrdə həll edilməyib qalan işlərin sayı təxminən 2 dəfə artaraq 2400 işdən 4846 işə çatmışdı. Hökumət ştatlarının və məhkəmənin saxlanılmasına sərf edilən illik xərc 1,5 mln manat artmışdı. Rus məhkəmə sisteminin ənənəvi formalizmi və süründürməçiliyi Azərbaycan üçün təzə bir şey idi. Çünki xan, eləcə də komendantlıq dövründə məhkəmə sistemi «sürətli məhkəmələr» idi. Odur ki, yerli əhali yeni məhkəmələri açıq-aşkar baykot edirdi.
Artıq elə 1841-ci ilin əvvəllərində «yeni idarəçilik sisteminin» «yöndəmsizlikləri» imperiyanın çox yüksək dairələrinə məlum olmuşdu.
10 aprel 1840-cı il inzibati-məhkəmə islahatının uğursuzluğunun əsas səbəblərindən biri Rusiyanın Azərbaycanda yeritdiyi sosial siyasətdə yol verdiyi səhv idi. Yanlış siyasətin mahiyyəti yerli ali zümrəyə - bəy və ağalara etibar edilməməsində və onlara ölkənin idarə edilməsində yer verilməməsində ifadə olunurdu.
tarix elmləri doktoru L.L.Həsənova, dosent F.M.Əliyeva