Bir üzü xeyir, bir üzü şər

Bir üzü xeyir, bir üzü şər

Edvard İngiltərənin ən nüfuzlu ailələrindən birinin varisi olub. Tanışları onun haqqında parlaq insan deyə danışırdılar. Fitrətən xeyirxah kimi tanınan bu şəxs müxtəlif musiqi alətlərində çala bilirdi.

Edvardı yaxından tanıyanlar onun çox gözəl simaya malik olduğunu söyləyirdilər: ancaq bu qarşı tərəfdən baxanda belə idi. Arxada isə – peysərində onun başqa siması var idi. Zalımlıq yağan bu üz çox eybəcər olub. Edvardın bu tərəfi tənhalığı seçmişdi və hətta ailə üzvlərinin onu ziyarət etməsini istəmirdi.

Tibbdə belə patalogiya «Sraniophagus Parasiticus» adlanır və bir bədəndə siam ekizlərinin birləşməsi zamanı baş verir.

Şahidlər ikinci üzün heç bir zaman səsini eşitmədiklərini və onun nə vaxtsa qidalandığını görmədiklərini bildiriblər. Bununla belə, ikinci üzün gözləri ətrafdakıları daim diqqətlə izləyib, bəzən müəyyən emosiyalar da göstərib: gülümsəyib, ya da qaşqabağını sallayıb. Ən maraqlısı isə ikinci üz həmişə birincinin əksinə emosiyalar göstərirdi. Məsələn Edvard ağlayanda, ikinci üz gülürdü, nəyəsə sevinirdi. Onun dodaqları daim tərpənirdi, elə bil nəsə deyirdi.

İkinci üzün səsini eşidən olmasa da, Edvard yatdığı zaman yuxudan onun pıçıltısına ayıldığına and içirdi. O iddia edirdi ki, «zalım üz» ona gecələr iblisanə sözlər pıçıldayır.

Eduard dəfələrlə cərrahlardan ondan ikinci üzünün çıxardılmasını xahiş etmiş, ən ağır əməliyyatlara hazır olduğunu demişdi. Lakin həkimlər ölümlə nəticələnəcəyindən qorxaraq buna razı olmurdular.

Nəhayət, daim həkim nəzarətində olmasına baxmayaraq Edvard 23 yaşında özünə qəsd edir. Onun ölümü barədə 2 versiya var. Birinci versiyaya görə, o, zəhər içib, 2-ci versiyada «zalım üzün» alnının ortasından atəş açıb. 

Yaxınları onun ölümqabağı yazdığı məktubu tapırlar. Mərhum son arzusu olaraq kimsəsiz bir yerdə dəfn olunmasını və basdırılmamışdan əvvəl «şeytani» üzünün çıxarılaraq məhv edilməsini istəyirdi. Səbəbini isə «qoy o, dəhşət dolu pıçıltılarını qəbirdə davam etməsin» deyə izah etmişdi.

Birinci arzusu yerinə yetirilir: kimsəsiz yerdə basdırılır, baş daşı qoyulmur. İkinci sifətinin çıxarılması barədə vəsiyyətinin isə həyata keçib keçmədiyini heç kim bilmir…
Top