Dünyada ilk insanlar 2,5-3 milyon il bundan əvvəl yaşamışlar. Ilk insan qalıqlarına Şərqi Afrikada-Keniya və Tanzaniyada təsadüf olunmuşdur. Azərbaycanda isə ilk insanlar 1,5 milyon il bundan əvvəl yaşamışlar. İbtidai icma quruluşu əmək alətlərinin hazırlanma materialına və texnologiyasına uyğun olaraq 3 mərhələyə bölünür:
1. Daş dövrü
2. Tunc dövrü.
3. Dəmir dövrü.
Daş dövrünün özü 3 mərhələyə ayrılır.
1. Qədim daş dövrü (Paleolit)-b.e.ə. 1,5 milyon il -12-ci minillik.
2. Orta daş dövrü (Mezolit)-b.e.ə. 12 -8-ci minilliklər.
3. Yeni daş dövrü (Neolit)-b.e.ə. 7 -6-cı minilliklər.
Paleolit də öz növbəsində 3 mərhələyə bölünür:
1. Alt paleolit – b.e.ə. 1,5 mln. il –b.e.ə. 100-cü minilliyədək. Azərbaycanda alt paleolit dövrünə Azıx mağarası (350-400 min il bundan qabaq) təsadüf edir. Qarabağda (Tağlar), Naxçıvanda (Qazma), Qazaxda (Daşsalahlı, Damcılı) və başqa yerlərdə də belə mağaralara ract gəlmək olar.
2. Orta paleolit – b.e.ə. 100 min il bundan əvvəl-b.e.ə. 40-cı minilliyədək. (Qarabağ, Naxçıvan, Qazax.)
3. Üst paleolit – 40 min il bundan əvvəl -b.e.ə. 12 minilliyədək. (Qarabağ, Naxçıvan, Qazax.)
Daş dövrünün sonu-metal əsrinin başlanğıcı Eneolit (Mis-daş dövrü) dövrü adlanır, b.e.ə. VI-IV minillikləri əhatə edir.
Eneolitin sonu Tunc dövrünə keçid dövrüdür. Tunc dövrünə aid Xaçmazda Sərkərtəpə, Qazaxda Babadərviş, Naxçıvanda Kültəpə yaşayış məskənləri aşkarlanmışdır. Tunc dövrü özü 3 mərhələyə bölünür:
1. Erkən Tunc dövrü – b.e.ə. 4-cü minillik -b.e.ə.3-cü minilliyin sonu.
2. Orta Tunc dövrü – b.e.ə. 3 minilliyin axırı –b.e.ə. 2-ci minilliyin ortaları.
3. Tunc dövrünün sonu – b.e.ə. XIV-XII əsrlər.
Dəmir dövrü isə - b.e.ə. 9-8-ci əsrləri əhatə etmişdir.
Qədim dövrdə Azərbaycan ərazisində Lullubi, Kuti dövlət qurumları, Manna, Atropatena, Albaniya dövlətləri mövcud olmuşdur.
B.e.ə. III m.i. -b.e.ə. II m.i. yarısında Azərbaycanın cənubunda Urmiya gölündən cənubda Lullubi tayfa ittifaqı yaranmışdır. B.e.ə XXIII əsrdə bu ittifaq dövlətə çevrildi.
B.e.ə. III m.i.-b.e.ə. II m.i. yarısında Urmiya gölündən qərbdə və cənub-qərbdə Kuti dövlət qurumu yaranmışdır. B.e.ə. XXII əsrdə kutilər Mesopotomiyaya hücum edərək Akkad dövlətini və şumerləri məğlub etdilər. Ətraflı Azərbaycan dövlətləri
Şumer dövləti Mesopotomiyada (Mesopotomiya yunan dilində 2 çay arası deməkdir.) Dəclə, Fərat çaylarının kəsişməsində yerləşmişdir. Mesopotomiyanın cənubu Şumerlər ölkəsi adlanırdı.
Şumer türk dilli dövlət olmuşdur. Şumerlər b.e.ə. 6 minillikdə Altay dağlarından və Mərkəzi Asiyadan gəlmişlər. B.e.ə. III minilliyin I yarısında burada Ur, Uruk, Nippur, Laqaş şəhər dövlətləri meydana gəlmişdir. B.e.ə. XXI əsrdə Ur şəhərində Ay allahı məbədi şumerlərin memarlıq nümunəsidir. Aypara həmin dövrdən türkçülüyün rəmzi olaraq qalmışdır.
Onun ərazisi Urmiya gölündən İran körfəzinədək uzanırdı. III minilliyin sonunda qiyamlar nəticəsində Kuti dövləti süquta uğradı. Kutilərin süqutundan sonra Mesopotomiyada hakimiyyət şumerlərin əlinə keçdi və turukkilər Mesopotomiya üzərinə yürüş etməyə başladılar.
B.e.ə. XIV əsrdə Mesopotomiyada Assuriya dövləti güclənməyə başladı və Azərbaycan ərazisində yaşayan tayfaları özündən asılı vəziyyətə saldı. Aşşur dövləti-Babildən şimalda yaranmışdır. Bu dövlət b.e.ə. VIII-VII əsrlərdə güclü dövlət olmuşdur. Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal olunmuşdur. B.e.ə. 605-ci ildə Aşşur dövləti Babil və Midiya tərəfindən süquta yetirildi və torpaqları iki dövlət tərəfindən bölündü.
B.e.ə. IX əsrdə Manna dövləti meydana gəldi. Paytaxtı İzurtu şəhəri idi. Manna Assuriya ilə ittifaq yaratmışdır. Urartu b.e.ə. VIII əsrdə Mannanın bir sıra torpaqlarını işğal etdi. Assuriya b.e.ə. VIII əsrin I yarısında Urartunun üzərində qələbə qazandı və bundan istifadə edən Manna öz torpaqlarını geri qaytardı. Mannanın hökmdarı İranzu bundan sonra mərkəzləşmə siyasətini həyata keçirdi. Urartu hökmdarı I Rusa yenidən Manna dövlətində işğalçılıq siyasətinə başladı. B.e.ə. 719-cu ildə Mannada qiyam başlayır və Assuriya hökmdarı II Sarqonun köməkliyi ilə Manna dövləti qiyamı yatırır. Iranzunun ölümündən sonra onun oğulları hakimiyyət uğrunda mübarizə aparmağa başladılar. Lakin bundan sonra Assuriya Urartunu yenə məğlub edir və artıq Urartu Mannanın işinə qarışmır. Bununla da Manna b.e.ə. VII əsrin əvvəllərində qüdrətli dövlətə çevrilir. Həmin dövrdə Manna hökmdarı Ulusunu Assuriya hökmdarı II Sarqona abidə qoydurur.
B.e.ə. VII əsrin I rübü skif, sak və kimmer tayfaları Manna və Urartu arasında məskən salırlar. Bu ərəfədə Manna Assuriya ilə ittifaqı pozur. Manna hökmdarı Ahşeri (b.e.ə. 675-650-cı illərdə) müstəqil xarici siyasət yeritməyə başlayır. B.e.ə. 650-cı ildə
Assuriya Mannaya hücum edir və onu işğal edir. Buna görə də Manna əhalisi üsyan edərək Ahşerini öldürür. Onun yerinə gələn oğlu Ualli Assuriya ilə ittifaqı (b.e.ə. 650-630-ci illərdə) bərpa edir. Hətta b.e.ə. 616-cı ildə yeni Babil və Midiyaya qarşı müharibədə o, Assuriyanın müttəfiqi olur.
B.e.ə. II m.i. əvvələrində şəhər dövlətlərindən biri də Babil idi. Babilistan Dəclə və Fəratın qovuşması yaxınlığında (şumerlərdən şimalda) yerləşmişdir. Akkadlar (Mesopotomiyada şəhər-dövlət) onu “Bab-ili” (Allahın qapısı) adlandırırdılar. Babil şəhər-dövləti sonradan (b.e.ə. XIX əsrdə) Babilistan dövlətinə çevrildi.
Midiya İranın mərkəzində yaranmışdır, yəni Mannadan cənub-şərqdə yerləşirdi. Midiya özü b.e.ə. VII əsrin ortalarında skiflərin hökmranlığı altına keçmiş, b.e.ə. 625-ci ildə bu hökmranlığa son qoyulmuşdur. Midiya dövləti b.e.ə. 550-ci ildə fars hakimi II Kir tərəfindən süquta yetirilmiş və Əhəməni imperiyası yaradılmışdır. Midiya b.e.ə. 605-ci ildə Assuriyanı, b.e.ə. 590-ci ildə Mannanı işğal edir və nəticədə Manna süquta uğrayır. B.e.ə. VII əsrdə Azərbaycan ərazisində Skif padşahlığı da yaranmışdır.
Skiflər b.e.ə. VIII əsrin sonu VII əsrin əvvəllərində Qara dənizin şimalından Ön Asiyaya köç etdilər. Onlarla birlikdə saklar və kimmerlər də gəldilər. Onlar b.e.ə. VII əsrdə Urmiyadan şimalda və qərbdə məskən saldılar. Skiflər bir müddət Manna ilə müttəfiq olmuş, 28 il Midiyada ağalıq etmişlər. Midiya hökmdarı Kiaskar Midiyada skif ağalığına b.e.ə. 625-ci ildə son qoydu. B.e.ə. IV əsrin ortalarında Don çayı və Dunay arasında Skif (Sak) dövləti yarandı. B.e.ə. II əsrdə makedoniyalılar skifləri məğlub etdilər.
Skiflər Krımdan və Qara dəniz sahillərindən saklar və kimmerlərlə birlikdə gəlmişlər. Skiflər Urmiyadan şimalda və qərbdə yerləşirdilər. Saklar isə Arazla Kürün qovuşmasında yaşayırdılar. Midiya Mannanı süquta yetirdikdən sonra skifləri də məğlub edir və Mannanın skif padşahlığının hökmranlığında olan torpaqlarını da Midiyanın ərazisinə qatır. Lakin b.e.ə. 550-ci ildə Midiya ərazisində Əhəməni imperiyasının yaranması ilə Azərbaycan torpaqları Əhəməni imperiyasının tərkibinə keçdi.
Əhəməni dövləti Ari tayfaları, elamlar b.e.ə. II m.i. axırlarında İran ərazisinə Şərqi Avropadan gəldilər. Əhəmənilər sülaləsinin rəhbəri Əhəmən olmuşdur. Bu sülalə fars tayfa ittifaqına rəhbərlik edirdi. Fars tayfa ittifaqı b.e.ə. VIII əsrdə yaranmışdır. Bu tayfalar əvvəl Aşşurun və Midiyanın tərkibində idilər. B.e.ə. 550-ci ildə II Kir tərəfindən Əhəməni imperiyası yaradıldı. Ekbatan onun paytaxtı oldu. B.e.ə. 530-cu ildə II Kir Massaget hökmdarı Tomris tərəfindən öldürüldü. Kirin oğlu II Kambiz hakimiyyətə gəldi. B.e.ə. 525-ci ildə Kambiz tərəfindən Misir ordusu məğlub edildi və Misir fironu öldürüldü. Bundan sonra Əhəmənilər dövlətinin ərazisi Misirdən Hindistana qədər uzandı.
B.e.ə. 522-ci ildə Bardi adında bir kahin özünü II Kirin oğlu kimi qələmə verib tax-taca sahib oldu. O, Midiyalıların hakimiyyətini bərpa etmək istəyirdi. Bu zaman I Dara ona sui-qəsd etdi və həmin il (b.e.ə. 522-ci ildə) I Dara hakimiyyəti ələ aldı. Əhəməni dövləti b.e.ə. V əsrdə ərazicə çox böyük dövlət idi. Onun sərhədi Misirdən Hindistana qədər uzanırdı və Çinlə həmsərhəd idi. B.e.ə. 331-ci ildə Makedoniyalı İsgəndər III Daranı məğlub edib Əhəməni dövlətinin ərazisini öz ərazisinə qatdı.
Çin sözü Sin sülaləsinin adı ilə bağlıdır. Çin ərazisində ilk dəfə Şan dövləti b.e.ə. XIV əsrdə yaranmışdır. B.e.ə. 221-ci ildə Sin padşahı Çini birləşdirib özünü Sin imperatoru elan etdi. B.e.ə. 214-cü ildən etibarən Çində Hun hücumlarına qarşı çin səddinin inşaasına başlandı. (Tikintisi min ildən çox davam edən bu səddin uzunluğu 4 min kilometr, hündürlüyü on metrdir.) B.e.ə II əsrdə Böyük İpək yolu salındı və ticarət üçün istifadə olundu.
B.e.ə. III m.i.də Hindistan ərazisində qədim şəhərlər olmuşdur. Burada dravid və protodravid tayfaları yaşamışlar. B.e.ə. II minillikdə həmin tayfalar hindistan ərazisinə gələn ari tayfaları ilə qarışaraq hind xalqı yaranmışdır. B.e.ə. I m.i-də Hindistanda ilk dövlət yarandı. B.e.ə. VI əsrdə dövlət Əhəmənilər dövlətinin tərkibinə qatıldı. B.e.ə. 317-ci ildə hind hökmdarı İsgəndərin qohumu ilə evlənərək özünü hind padşahı elan etdi. Sonra Hindistan vahid dövlətə çevrildi.
Müəllif R.F.Sadıqov
Mənbə Bunu hər bir Azəri Türkü bilməlidir kitabı