Anna Axmatova

Anna Axmatova

Aнна AхматоваRus ədəbiyyatının klassiki hesab olunan rus şairəsi, yazıçısı, ədəbiyyatşünası, tərcüməçisi Anna Axmatova (Qorenko) 1889-cu il iyun ayının 11-də Odessada, təqaüddə olan gəmi mühəndisinin ailəsində doğulub.

Anna ilk şeirini 11 yaşında yazıb. Atası ona şeirlərini Qorenko familiyası ilə nəşr etdirməyi qadağan etdiyindən, Anna ulu ana nənəsi Praskofya Fedoseyevna Axmatovanın qızlıq familiyası ilə şeirlərini çap etdirməyə başlayıb. Qeyd edək ki, ulu nənəsi Praskofya Axmatovanın ana tərəfi qədim tatar knyazları Çaqadayevlərin və məşhur dvoryan nəsli Axmatovların nəslindən idi.

İlk şeirləri 1911-ci ildə «Novaya jizn», «Apollon» və «Russkaya mısl» jurnallarında dərc edilib və böyük maraqla qarşılanıb. 

1912-ci ildə «Axşam», 1914-cü ildə «Təsbeh» adlı şeirlər kitabı nəşr olunub. 1980-ci ildə onun ailəsi Tsarskoe Seloya köçüb. Anna 1900-1905-ci illərdə Tsarskoselskoe Gimnaziyasında təhsil alıb. 1906-1907-ci illərdə Kiyevdəki Funduklevo gimnaziyasında oxuyub. 1908-1910-cu ildə Kiyevdəki ali qadın kurslarına və Peterburqdakı ali ədəbi-tarixi kurslara gedib.

1910-cu ildə Anna Axmatova Nikolay Qumilyova ərə gedir. 1910-1912-ci illərdə iki dəfə Parisə, İtaliyaya səfər edir. Parisdə Amadeo Modilyani ilə tanışlıq onun yaradıcılığına ciddi təsir edir. 1912-ci ildə onun oğlu Lev Nikolayeviç Qumilyov dünyaya gəlir. 1912-ci ildə «Axşam» adlı ilk şeirlər toplusu 300 nüsxə ilə işıq üzü görür.



1938-ci ildə oğlu Lev həbs edilir və 5 il müddətinə islahedici əmək düşərgəsinə göndərilir. 1923-cü ildən 1934-cü ilə qədər Anna Axmatovanın əsərləri demək olar ki, çap olunmayıb. Daima ora-bura köçən şairə yazdığı şeirlərin çoxunu yollarda itirib. Şairənin oğlu 1956-cı ildə həbsdən buraxılır. 

Ömrünün son illərində Axmatova şair kimi dünya şöhrəti qazanır. 1964-cü ildə İtaliyada ona nüfuzlu “Etna-Taormina” mükafatı verilir, 1965-ci ildə isə o, Oksford (İngiltərə) Universitetinin fəxri professoru seçilir.

Şair İ.Brodskinin dəqiq ifadəsinə görə, Axmatova ömrünün son illərini “ölkənin köhnə və yeni paytaxtları arasında gedib-gələn, evsiz-eşiksiz kraliça kimi keçirmişdir”.



Anna Axmatova 1966-cı il martın 5-də, 77 yaşında Moskvada vəfat edib. O, Leninqradın ətrafındakı Komarovo şəhərində dəfn olunub.

azertag.az
Top