Wilhelm Gustloff (1945)
Dünya tarixində ən çox can itkisinə səbəb olan dəniz qəzası, 30 Yanvar 1945-ci ildə baş verdi. Şərqi Prussiyanın Gotenhafen limanından yola çıxan Alman sərnişin gəmisi «Wilhelm Gustloff,» II Dünya Müharibəsinin sonunda Almaniyadan Sovetlər Birliyinə keçən Şərqi Prussiyadan qaçan minlərlə adamı daşıyırdı. 1937-ci ildə lüks bir sərnişin gəmisi olaraq inşa edilən 25,500 gros tonluq Wilhelm Gustloff, əslində 2 min sərnişin tutumuna sahib idi. Rəsmi qeydlərdə gəmidəki sərnişin sayı 6 min 50 olaraq göstərilməsinə baxmayaraq qəza zamanı gəmidə 9 mindən çox adamın olduğu düşünülür. Sovetlər Birliyinə aid S-13 sualtı tərəfindən atılan üç torpedanın dəydiyi gəmi, yalnız 50 dəqiqə ərzində Baltik dənizinin qaranlıq və buz kimi sularında boğuldu. 903 adamın xilas olmağı bacardığı qəzada rəsmi ölü sayı 5 min 348 olaraq açıqlandı. Ancaq tarixin ən qanlı qəzasında təxminən 8 min adamın öldüyü düşünülür.
Dona Paz (1987)
Sülh dövrünün ən böyük dəniz qəzası isə 20 dekabr 1987-ci ildə Filippində baş verdi. Təxminən 4 min 500 adamla Leyte adasından Filippinin paytaxtı Manilaya gedən Dona Paz bərəsi, Tablas boğazı yaxınlığında 8 min 800 barrel benzin daşıyan neft tankeri MT Vector ilə toqquşdu. Toqquşmadan dərhal sonra çıxan yanğın, bərəyə yayıldı. Tankerdən tökülən benzin, gəmilərin ətrafını da bir alov dənizi ilə dövrəyə aldı. Bərə sərnişinlərindən sadəcə 24-ü xilas olmağı bacardı. Təxmini ölü sayı 4375 olaraq açıqlandı. Vektor-un 13 nəfərlik heyətindən isə yalnız 2 adam həyatda qala bildi.
Lancastria (1940)
II Dünya Müharibəsi ərəfəsində İngiltərə hökumətinin Fransadakı vətəndaşlarının azad buraxılması üçün göndərdiyi Lancastria gəmisi, 17 Noyabr 1940-cı ildə Alman döyüş təyyarələrinin hücumuna uğradı. Fransanın St.Nazair liman şəhəri sahillərində 20 dəqiqə ərzində batan gəmidə 4 mindən çox adam həyatını itirdi. Gəmidən sızan 1400 ton yanacaq, gəminin ətrafını alovlarla qucaqladığı üçün, qurtulmaq üçün suya atlayanlar yanaraq öldü. Qəzazədələrin köməyinə gələn digər gəmilər, 2 min 500 adamı qurtarmağı bacardı.
Titanik (1912)
Dünya tarixinin ən çox tanınan, bir çox romana və filmə mövzu olan dəniz qəzası, 15 Aprel 1912-ci ildə Atlantik Okeanının şimalında baş verdi. Əsla batmayacağı düşünülən lüks sərnişin gəmisi Titanik, ilk səfərində 2223 sərnişin və heyətlə İngiltərənin Southampton şəhərindən Nyu-Yorka gedirdi. Gəmi 15 Apreldə birdən ortaya çıxan bir aysberqlə toqquşduqda saat 23.40 idi. Gəmi saat 02.20-də okeanın qaranlıq sularında boğuldu. Qəzada min 514 adam öldü. Bunlardan bəziləri buz kimi sularda donaraq can verdi. Bir neçə saat sonra qəza yerinə çatan Carpathia gəmisi 710 adamı xilas etdi.
Lusitania (1915)
I Dünya Müharibəsi əsnasında New Yorkdan İngiltərənin Liverpul şəhərinə gedən İngilis sərnişin gəmisi Lusitania, 7 May 1915-ci ildə İrlandiya sahillərində Alman sualtı qayığının atdığı bir torpeda tərəfindən vuruldu. Dövrün ən böyük gəmisi olaraq məşhurlaşan Lusitania, vurulduqdan sonrakı 18 dəqiqə ərzində batdı. Gəmidə olan 1959 adamdan yalnız 761 adam xilas ola bildi. 1198 adam qəzada həyatını itirdi. Bütün dünyanın diqqətini özünə çəkən qəza, ABŞ-ın döyüşə daxil olmasının ən böyük səbəblərindən biri oldu.
Toya Maru (1954)
Yaponiyaya aid bərə Toya Maru, 26 Sentyabr 1954-cü ildə Hokkaido və Honsyu adaları arasındakı Tsugaru boğazını keçərkən Marie tayfunu səbəbiylə batdı. Qəzada 1153 adamın öldüyü açıqlandı. Ancaq gəmiyə biletsiz minən çox sayda sərnişin olduğu üçün tam ölənlərin sayı heç bir zaman dəqiq məlum olmadı.
Princess of the Stars (2008)
Filippinə aid olan Princess of the Stars adlı bərə, 21 İyun 2008-ci ildə San Fernando sahillərində Fengşen Tayfununa tutularaq məhv oldu. Gəmidə olan 747 nəfərdən yalnız 57-i xilas oldu.
Üsküdar faciəsi (1958)
Ən böyük dəniz qəzalarından biri İzmit Körfəzində baş verdi. İzmit ilə Dəyirməndərə arasında səfər edən Üsküdar bərəsi, şiddətli külək səbəbiylə 1 Mart 1958-ci ildə batdı. 272 adamın həyatını itirdiyi qəzadan sadəcə 39 adam xilas ola bildi.