Bilmədiyimiz, maraqlı məlumatlardan

Bilmədiyimiz, maraqlı məlumatlardan

Palıd qozasının yetişməsi üçün 50 il vaxt lazımdır.

Çirkli qar təmiz qardan tez əriyir.

Arıların 5 gözü olur.

Dinamitin hazırlanmasında yer fındığından istifadə olunur.

Tarixdə ilk odekolon taun xəstəliyinə qarşı profilaktik vasitə kimi istifadə edilib.

Las-Veqas kazinolarında saat olmur.

Qarışqa digər canlılarla müqayisədə ən böyük beyinə malikdir. Təbii ki, bədəni ilə müqayisədə.

Qəhvə ilə özünə qəsd etmək fikrinə düşən insan, dalbadal 100 fincan qəhvə içməlidir.

Məşhur nağıl yazarı Hans Xristian Anderson demək olar ki, bir sözü belə savadlı yaza bilmirmiş.

Bazar ertəsi günləri 25% bel travması və 33% ürək tutması halları daha çox baş verir.

Hər gün dünyada orta hesabla 33 yeni məhsul buraxılır, bunların 13-nü isə oyuncaqlar təşkil edir.

Orta hesabla insan həyatının iki həftəsini işıqforun rəngini dəyişməsini gözləməyə sərf edir.

İnsan çay içməyə daha tez vərdiş edir, nəinki narkotikə.

Tualet kağızı 1857-ci ildə icad edilib.

Ağcaqanadları yenicə banan yemiş insanın ətri cəlb edir.

Xokkey şaybasının atılma sürəti saatda 160 km. çata bilər.

Neandertalın beyni müasir insanın beynindən böyük olub.

Orta statistik hesabla bankomat il ərzində 250 dollar səhv hesablayır – müştərilərinin xeyrinə.

Xristofor Kolumb sarışın olub.

Pinqvin üç metr yüksəkliyə tullanmağa qadirdir.

863-cü ildə Jül Vern “XX əsrin Parisi” adlı kitab yazıb. O, bu kitabda o vaxt mövcud olmayan avtomobilləri,
faksı və elektrik stulunu ətraflı şəkildə təsvir edib.  Naşir onu ağıldan kəm adlandıraraq, əlyazmasını geri qaytarıb.

İl ərzində insan qabırğası 5 milyon dəfə hərəkət edir.

Dəvədəlləyi yeganə həşəratdır ki, başını çevirə bilir.

Dünyada baş verən 7 oğurluqdan yalnız birinin üstü açılır.

Dünyanın heç bir dilində dizin arxa hissəsinin adını verən bir söz yoxdur.

ABŞ əhalisinin yalnız 55%-i Günəşin ulduz olduğunu bilir.

Qayçını Leonardo da Vinçi icad edib.

Son 4 min il ərzində insan hər hansı bir yeni heyvan növünü əhliləşdirməyib.

Dünyada hər 2 dəqiqədən bir zəlzələ baş verir.

Normal insanın yuxuya getməsi üçün orta hesabla 7 dəqiqə vaxt tələb olunur.
Top