Ginnesin rekordlar kitabında «XX əsrin ən amansız» canisi 1949-cu ildə anadan olan Pedro Alonso Lopes hesab edilir. Ekvadorda, Kolumbiyada, Peruda 300 azyaşlı (10 yaşdan az) qız uşağını öldürdüyünü boynuna alan bu cinayətkar, öz əməllərini 1973-cü ildən 1980-ci ilin mart ayınacan törətmişdir. Onun etirafından sonra meyitlərin yalnız 53-nü tapmaq mümkün olub.
Həmin dövr üçün ən qorxulu canilərdən biri də (Ginnesin rekordlar kitabına görə) alman seksual manyakı, 1909-cu il təvəllüdlü Bruno Lyudkedir. Lyudke etiraf edib ki, 1928-ci ildən 1943-cü il yanvarın 29-na qədər 85 qadın öldürüb. Lyudke 1944-cü il aprelin 8-də Vyanada edam olunub.
Seksual səbəblərə görə dəli olmuş Cənubi Koreya polisi Vou Bom Kon iki gün ərzində — 26-27 aprel 1982-ci ildə — öz xidməti silahıyla 57 adam öldürdükdən sonra özünü də qətlə yetirmişdir.
Dəhşətli cinayətkarlar siyahısında növbəti yeri özlərini «ideya cəngavərləri» adlandıran terrorçular tutur. Onların arasında ən «nəhənglərdən biri», şübhəsiz ki, Fələstin terrorçusu Əbu Niyaldır. 1985-ci ildə Vyana və Roma aeroportlarındakı dəhşətli partlayışlar onun əməlləridir. Ekspertlərin bildirdiyinə görə, hazırda o, İraqda, Liviyada və ya Suriyada gizlənir.
Kütləvi insan qırğınına səbəb olmuş terror aktlarından biri də, 1985-ci ildə İrlandiya aeroportunda «Еуг-İndia» aviaşirkətinə məxsus «Boinq-747» təyyarəsinin partladılmasıdır. Bu hadisədə 329 dinc sərnişin həlak olmuşdur.
Əsrin daha bir məşhur terrorçusu — Karlos təxəllüsüylə tanınmış İliç Ramires Sançesdir. Atası dövlətli vəkil olan Sançes 1949-cu ildə anadan olub. Kommunist olduğu üçün oğluna Leninin şərəfinə İliç adını qoyub. Karlos bir il Moskvada Patris Lumumba adma Xalqlar Dostluğu Universitetinin hazırlıq kursunda oxuduqdan sonra, sovet təhsil sistemindən bezərək, Avropaya gedib və «Fələstin uğrunda xalq cəbhəsi» hərəkatının əməliyyatlarında iştirak etməyə başlayıb. Sonradan «Karlos qrupu» adlı terrorçu dəstə yaradıb. İlk qurbanları, onu həbs etməyə gəlmiş iki Fransa polisi olub. 1982-ci ildə Sançesin rəfiqəsi və gələcək arvadı Maqdalina Koppupartladıcı maddələr apararkən Parisdə həbs edirlər. Onun təcili azad olunmasını tələb edən qısqanc Karlos Paris — Tulon qatarında, Beyrutdakı Fransa mədəniyyət mərkəzində və Vyanada Fransa aviaşirkəti nümayəndəliyində partlayışlar təşkil edir. İnterpolun bildirdiyinə görə, Karlos «mübarizə» apardığı müddətdə məhkəmədən qaçmaq məqsədilə ən azı üç dəfə SSRİ-yə gəlmişdir. Bir çox cinayətkar əməllərindən sonra 1985-ci ildə Karlos öz yaxın məsləkdaşı Koppla birlikdə Dəməşqə qaçmışdır.
İyirminci əsrin ən qəddar. qadın canilərindən biri ingilis Yudit Minn Uorddur. 1974-cü ildə ölüm cəzasına məhkum edilmiş bu qadın 12 nəfəri qətlə yetirmişdir. Çox maraqlıdır ki, yaxşı düşünülmüş, «ustalıqla» yerinə yetirilmiş cinayətləri əsasən evli adamlar — ailə başçıları etmişlər.
Belə «usta» canilərdən biri Anri Landryudur. O, iki qız və iki oğul atasıdır. Sonralar məhkəmədə bildirib ki, bütün cinayətləri «ailə naminə» edib. Qısa müddətdə — cəmi dördcə il ərzində, o, on qadınla evlənib və hamısını öldürüb. Məqsədi — qadınların əmlakını mənimsəmək olub.
Arvadını və uşaqlarını böyük məhəbbətlə sevən başqa bir nikah dəllalı — ingilis Corc Cozef Smit də dalbadal evləndiyi üç qadını vannada boğub öldürüb.
Bu yazıda 1988-ci ildə ölüm hökmünə məhkum edilmiş RSFSR-in əməkdar müəllimi Anatoli Slivkonu xatırlamamaq olmaz. O, seksual səbəblərə görə 7 oğlanı öldürüb və üstəlik, öz cinayətkar əməllərini kinolentə köçürüb.
İyirminci əsrin seksual manyakı Andrey Romanoviç Çikatilo «uğursuzluğa» qətiyyən yol verməyib, onun 53 qurbanından heç biri canını qurtara bilməyib.
Əlbəttə, bu canilərin heç biri hind qulduru Behram ilə müqayisəyə gəlmir. Cinayət «rekordçusu» Behram 50 il ərzində sarı-ağ iplərdən toxuduğu ciyə ilə 921 adam boğmuşdur. Macar qrafinyası Ersebet Batori də (1560-1614) ondan geri qalmamışdır. Qrafınya Macarıstanın cənubunda yerləşən malikanəsinin yaxınlığında olan kəndlərdə 650 qız uşağını öldürmüşdür.
Mənbə Qanun jurnalı