Nobel mükafatçısı yazıçı Orxan Pamuk bir müddət əvvəl İtaliyanın yüksək tirajlı “La Repubblica” qəzetinə müsahibə vermişdi.Yazıçı müsahibədə olduqca maraqlı fikirlər səsləndirmişdi.
“Ailənin idiotuydum, amma sonra Nobel qazandım” başlığı ilə çap olunan müsahibədə yazıçı mühəndis ailəsindən gəldiyini, xüsusilə də böyük qardaşı və ona böyük ümidlərin olduğunu, amma onun müəllimlərdən çəkindiyi üçün bu sahədə inkişaf edə bilmədiyini deyib.
Ailəsinin klassik türk patriarxal ailə tipində olduğunu və böyük qardaşı ilə özünün üçüncü dünya ölkələri tərzində bir təhsil aldıqlarını vurğulayan Pamuk qardaşlardan birinin mütləq mühəndislik oxumalı olduğunu, böyük qardaşının Yale Universitetində “Kimya mühəndisliyi”ni oxuyaraq bunu etdiyini, özünün isə ailənin tipik bir ikinci uşağı olaraq qaldığını danışdı.
Jurnalistin “Fransız yazıçısı Sartrın “Ailənin idiotu” kimi mi?” sualına Orxan Pamuk bu cür cavab verib: “Bəli. Hətta daha çox. İkinci doğulanlara bariz sübutam. Ailə həmişə ilk uşağın təhsilinə daha çox diqqət edir. O da özünü daha məsuliyyətli hiss etmək məcburiyyətində qalır. Bir yerə gedəndə qardaşım küçələri tapmağa çalışar, mən havaya, vitrinlərə baxar, xəyallar qurardım. Ailədə ikinci övlad olmağın həm üstünlükləri var, həm də yoxdu. İkinci doğulanlar daha gec yetkinləşirlər”.
Bəzi dostlarının onunla hələ də balaca uşaq kimi rəftar etdiklərini deyən Orxan Pamuk: “ Bu xəyal gücünü işə salsa da sosiallaşmağa imkan vermir. Bəzi şeyləri 6 ildə öyrənmək olur, amma mən artıq 60 yaşındayam və bu artıq mənim xarakterimdir. Qardaşım sosial adamdır, mən isə asosial”.
“Məsumiyyət muzeyi” adlı kitabı ilə eyni adı daşıyan muzeyinin çapdan sonra gec açıldığını xatırladan yazıçı: — “Düzünü desəm, kitabın çıxdığı gün həm də muzeyin açılışını etmək istəyirdim. Amma o vaxtın siyasi təzyiqləri buna imkan vermədi.” — deyə vurğulayıb.
Pamuk “Oxucularınızın müqəddəs yerləri ziyarət edən inanclı bir insan kimi muzeyi ziyarət etməsini necə qarşılayırısınz?” sualına belə cavab verib: “ Tolstoyun “Anna Karenina” əsərindən təsirlənib Sank-Peterburqa gedib Anna Kareninanı axtaranlar kimi bu məni narahat etmir. Onsuzda ziyarət edilsin deyə bu muzeyi yaratdım.”
Muzeyə gələnlərdən hər 4 nəfərdən 3-ün kitabı oxumadığını vurğulayan Pamuk: “Bəlkə heç oxumayacaqlar da. Kitabı oxuyanlarla etdiyim söhbətlərdə isə kitabda olan bəzi nüansları heç xatırlanmadıqlarını, hətta unutduqlarını gördüm. Əgər bir şeylə aranızda romantik bağlılıq varsa mütləq xatırlayacaqsız. Buna görə bəzi gələnlər muzeydən təsirlənirlər”- deyib.
Pamuk “Hal-hazırda nə edirsiniz” sualına belə cavab verib: “Muzeylə bağlı işlərimi bitirdikdən sonra yazarlıq həyatıma geri qayıtdım. İndi yeni romanı yarılamışam. Artıq 60 yaşındayam, qocalıram, ömür qısalır. Nobeli alandan sonra daha çox işləyirəm. Yaşamaq üçün çox az zamanım var, amma hələ də yazmalı çox şey qalıb. Yeni bir roman hazırlayıram”.
Mənbə: kulis.az
Həmçinin bax:
— Orhan Pamuk "İstanbul" I hissə
— Orhan Pamuk "İstanbul" II hissə