Rokfellerlər

Rokfellerlər

Rokfellerlər haqqında yüzlərlə kitab yazılsa da, müəllifi bu sülalənin nümayəndəsi olduğu kitab yalnız bir il bundan əvvəl işıq üzü görınüşdür. Bu yaxınlarda 88 yaşlı Devid Rokfel­ler kitabın rus dilinə tərcümə olunmuş variantını İTAR-TASS agentliyinin mətbuat konfransında təqdim etmişdir. ABŞ-da bu ki­tab, yəni «XX əsrdə bankir. Xatirələr» kitabı yüz min tirajla satılmışdır. Rusiyada о, «Beynəlxalq münasibətlər» nəşriyyatı tərəfindən 3000 nüsxədə dərc etdirilmişdir. Bu, bankçı və filantrop, onun ailəsi və Nikita Xruşşov, Aleksey Kosıgin, Fidel Kastro, Çjou Enlay, Den Syaopin kimi görkəmli siyasətçilər ilə görüşündən bəhs edən hekayətdir.
Nyu-Yorkdan Keyptauna və San-Pauludan Moskvaya kimi uzanan imperiyanın əsasını qoymuş şəxsiyyətin nəvəsi, pulun qüdrətini təcəssüm etdirən soyadın daşıyıcısı Devid Rokfeller xatirələr yazmağının səbəbini açıqlayır:
«Mən maraqh həyat sürdüyümü qəflətən dərk etdim. Mən övladlarım ilə ailəmə qeyri-adi miras qoymağı qərara aldım». Lakin yekun nəticədə ki­tab daha geniş oxucu kütləsi üçün nəzərdə tutuldu. Əks təqdirdə «Rendom haus» nəşriyyatı bankçı və filantrop, siyasətçi və güclü müsahibin kitabını kütləvi tiraj ilə nəşr etdirməyi öhdəsinə götürməzdi.
Devid Rokfellerin şəxsi etirafına görə, o, kitab üzərində 10 ildən çox işləyərək, bu «layihəyə» onlarla tarixçi və tədqiqatçı cəlb etdi. Bu cür tərkibi yalnız Rokfeller toplaya bilərdi.O, nə kompüterdən, nə də çap maşınından istifadə etmir, hadisələri şifahi şəkildə xatırlasa da, diktə etmir, məhz xatırladırdı. Hekayətləri qeydə alır, çap edirdilər. О isə, əlyazmaların qaralama variantlarını oxuyaraq, dəfələrlə düzəlişlər edirdi.
Müəllif bu barədə sussa da, lakin kitabın yaranma səbəblərindən biri də onun vicdanlı, təmiz in­san olduğunu, tutduğu mövqeyin irsən keçmədiyini, uzun illər rəhbərlik etdiyi «Çeyz Manxetten» bankında ən aşağı səviyyəli bank xidmətçisi işləməklə yüksək mənsəbə çatdığını sübuta yetirmək istəyirdi. Bunu Rokfellerin dostu və əməkdaşı, layihənin rəhbəri Piter Consonun da sözləri təsdiq edir: «Rokfellersənsə, ixtiyar sahibisən» fikrinə ailədə mənfi münasibət bəsləyirdilər».
Daha bir vacib sövqedici məqam — Rokfellerlər ailəsinin gəlir mənbəyinin cinayət əməllərinə əsaslanması haqqında fərziyyəni inkar etməkdən ibarət idi. ABŞ-da Devid Rokfellerin xatirələri 1902-ci ildə «Makklürs» jurnalının İda Tarbelin Con Rokfellerin neft monopoliyası haq­qında məqalələr seriyasının dərc olunmasından 100 il sonra işıq üzü görmüşdür. Bunun təsadüf olub-olmadığını söyləyə bilmərik. 2 il sonra, bu məlumatlar, «Standart-oylun tarixi» kitabına daxil edilmiş, 7 ildən sonra isə ABŞ-ın Ali Məhkəməsi Rokfeller kimi neft nəhənginin məcburi parçalanması haqqında tarixi əksinhisarçı qərar qəbul etmişdi.
Devid Rokfellerin kitabı «Baba» fəsli ilə başlanır. Bu fəsil Con Devison Rokfeller imperiyasının banisi və onun çiçəklənmə dövründə milli neft sənayesinin 90 faizinə nəzarət edərək, qalan 10 faizini almağa cəhd göstərən «Standart-oyl» şirkətindən bəhs edir.
«Şirkət babamı zəngin, Amerikanın ən varlı şəxsiyyəti etdi. insanlar ona qibtə etməyə başladılar. Bulvar qəzetləri «Standart-oyl» şirkətinin işgüzar görüşlərinə hücum edərək, onu rəqibləri kənarlaşdırmaq və neft sənayesində monopoliyasını möhkəmləndirmək məqsədilə qətl hadisələrini də daxil etməklə, cinayət əməllərində günahlandırırdı». Viskonsin ştatının nüfuzlu qubernatoru Ro­bert La Follet babamı «Əsrinin dahi cinayətkarı» adlandırırdı. ABŞ-ın prezidenti Teddi Ruzvelt onu hədəfə çevirərək, sənaye monopoliyalarını qayda-qanuna riayət etməyə cağırırdı. İda Tarbell babam haqqında xəsis və acgöz «quldur-baron» təəssüratı yaratmaq məqsədilə əlindən gələni əsirgəmir, məqalələr seriyası dərc etdirirdi. Babam və onun tərəfdaşları sərt rəqib olsalar da, о dövrün adi işgüzar təcrübəsinin çərçivələrindən kənara çıxmırdılar. Bu, bu günümüzdən çox fərqli olan başqa aləm idi. «Standart oyl» şirkəti iqtisadiyyatın ön cərgələrində fəaliyyət göstərirdi: bu yeni, kəşf olunmamış ərazi olub, bəzi meyarlar baxımından sözsüz ki, vəhşi Qərbi xatırladırdı».
Sülalənin banisinin əsasını qoyduğu digər ənənə isə, dərin kök salmağa müyəssər oldu. «Babam dini prinsipə riayət edərək, gəlirinin 1/10 hissəsini kilsəyə və digər xeyirxah əməllərə sərf edirdi. О, ianə verməyi müdrikliklə vicdan borcu hesab edirdi. «Pulları sərf edərkən ziyan vurmaq asandır» — deyə о yazırdı. «Yekun nəticədə böyük-Con Rokfeller baptist-rahibə bütün filantropçu layihələri idarə etməyi həvalə edərək, bu layihələrə «sərvətinin yarısından çoxunu sərf etdi: sərvətin qalan hissəsi atama çatdı. О da öz növbəsində bütün həyatı boyu ömrünü və sərvətini babamın xeyriyyəçi idarələrinin təminatına, yəni babamın fəaliyyətinin davam etdirilməsinə və genişləndirilməsinə sərf etdi».

DÜNYADAN ZƏNGİN KÖÇDÜKDƏ, RÜSVAY OLMUŞ ŞƏKİLDƏ SON MƏNZİLƏ QƏDƏM QOYURSAN
Con Rokfelleri Endrü Karnegi ilə yanaşı müasir filantropiyanın banisi hesab edirlər. Endrü Karnegiyə görə sərvəti paylamaq üçün yığmaq lazımdır. Bu, onun sözləridir  «dünyadan zəngin köçən insan rüsvay olmuş şəkildə son mənzilə qədəm qoyur». Rokfellerlər, Karnegidən fərqli olaraq, bütün sərvətlərini paylamasalar da, sərvətlərinin 1/10 hissəsi ilə də kifayətlənmirdilər. «Babam ilə atamın xidmətlərinə sosial əlamətlərin müalicə olunması ilə onları aşkar edən səbəblərin aradan qaldırılmasına yönəlmiş xeyriyyəçilik fəaliyyəti şamil olunur. Babamın ilk iri miqyaslı fılantropik layihəsi 1890-cı ildə Çikaqo universitetinin yaradılmasıdır».
«Babamın xeyriyyəçilik fəaliyyəti ilə əlaqədar olaraq ittihamlar meydana çıxmağa başladı. Babamın xeyriyyəçilik fəaliyyətini uzun illər cinayət yolu ilə topladığı pullara görə zəifləmiş nüfuzunun yenidən möhkəmləndirilməsinə yönəlmiş ciddi-cəhd kimi qiymətləndirirdilər. Babam bu cür ittihama qarşı maraq göstərməsə də, tibb sahəsində sərbəst elmi tədqiqatlar üçün Paster və Kox kimi Avropa institutlarının nümunələrinə əsasən yaradılmış «Rokfeller universitetinin» adı ilə Çikaqo universitetinin hallanmasına yol vermədi.
1913-cü ildə yaradılmış Rokfeller fondu ailəvi soyadını itirmədi. Onun vəzifələrinə san qızdırma, malyariya, vərəm və digər infeksiya xəstəlikləri ilə mübarizə daxil idi. Fond sonralar qarğıdalının, arpa və düyünün hibridli çeşidlərinin yaradılmasında lider olaraq «yaşıl inqilabın» əsasını qoydu. De­vid Rokfeller «yaşıl inqilab» haqqında bu cür yazırdı: «О dünya ictimai tərəqqisinə böyük töhfə verdi». Kiçik Con Rokfeller böyük Con Rokfeller kimi xeyriyyəçilik fəaliyyətinə milyard dollar məbləğində vəsait qoydu. Bu müasir pullarla 15 milyard təşkil edir.
«İda Tarbel və onun ideya davamçıları babamı xəsisliyin və xudbin fərdiyyətçiliyin təcəssümü ki­mi təsvir edirdilər. Babam parlaq fərdiyyətçi olsa da, bu anlayışı başqa cür dəyərləndirməklə, fərdiyyətçilik ideyasını inkar edir, onu, istədiyinə sərbəst şəkildə nail olmaq, cəmiyyətə onu qidalandıran və dəstəkləyən dəyərli bir şeyi qaytarmaq kimi müəyyən edirdi. Mən bunun filantrop fəaliyyətin həm mənbəyi, həm də məqsədi olmasına inanıram» — deyə müəllif xatirələrində qeyd edir­di.
О, babasının sevimlisi olduğunu böyük sevinclə xatırlayır. O, Con D.Rokfellerin işgüzarlığına və xeyriyyəçilik fəaliyyətinə varis olmuş yeganə nəvəsi oldu.
Devid ailədə ən kiçik uşaq idi (ondan əvvəl bacısı və 4 qardaşı dünyaya gəlmişdi). «Mən 1915-ci il iyun ayının 12-si valideynlərimin 54-cü Vest-strit ünvanında yerləşən evində dünyaya gəlmişəm. Bu Vanderbilt və Beşinci avenyu kimi ən məşhur küçələr boyu inşa olunan qülləli, naxışlı divarlara, geniş otaqlara malik qəsr olmasa da, doqquz mərtəbəli, damında oyun üçün nəzərdə tutulmuş meydançaya malik olan Nyu-Yorkun ən böyük yaşayış binası idi. «Onu adi yaşayış binasından müasir incəsənət muzeyinin əsasını təşkil edən, Nyu-Yorkda «Kloysters» orta əsrlərin incəsənət muzeyini, Rod-Aylend ştatının dizayn məktəbini bəzəmiş valideynlərinin dəyərli kolleksiyaları fərqləndirirdi. «XV əsrin əvvəllərinə məxsus və təkbuynuz atın təsvirləri ilə bəzədilmiş fransız qobelenləri mənim çox xoşuma gəlirdi. Men çox zaman qonaqlan on­ların asıldığı otağa apararaq, rəsm əsərlərində həkk olunmuş təsvirlərin tarixindən bəhs edirdim».
Bu qobelenlər hal-hazırda «Kloysters» muzeyini bəzəyirlər. Rokfellerin bu sənət əsərləri ilə vidalaşmalarına heyrət etməmək qeyri-mümkündür. Doğrudur, onların fərdi kolleksiyasına bir çox muzeylər qibtə edə bilərlər. Hətta bir dəfə xatirələr kitabının işıq üzü görməsi ilə əlaqədar olaraq De­vid Rokfellerin şəxsən iştirak etdiyi mətbuat konfranslarının birində müəllifdən: «Sizin daha çox xoşladığınız sənət əsəri hansıdır?» soruşduqda o, belə cavab vermişdir: «Mənim kolleksiyamda, yoxsa siz, ümumiyyətlə nəzərdə tutursunuz?». Bu cavab heç də təsadüfi deyildir.
Devidin əsasını qoyduğu Linkoln məktəblərinin birində zəngin biznesmenlər ilə orta təbəqənin nümayəndələrinin uşaqlan təhsil alırdüar. Məktəb Harlemin yaxınlığında yerləşirdi. Uşaqların tərbiyəsində dollar da az rol oynamırdı. Buna bir misal: «Atam spirtli içkilər ilə tütünün qəbulunu tənqid edərək, bizim hər birimizə 21 yaşına kimi bu çirkin vərdişlərdən imtina etməyimizə görə 2500 dollar verəcəyini vəd etdi. Biz 25 yaşına kimi bu xoşagəlməz vərdişə aludə olmadığımız təqdirdə əlavə olaraq 2500 dollar da alacaqdıq. Bu böyük məbləğ idi». Bu məbləğ hər bir qardaşın illik büdcəsindən çox idi.
Xeyriyyəçilik ənənəsi də, dolların köməyi ilə, uşaqlıq yaşlarından tərbiyə vasitəsi kimi aşılanırdı: «Babam ilə atam onların ənənəsinə sadiq çıxacağımıza ümid edərək, cib xərcliyimizin 10 faizini kilsəyə və digər xeyriyyəçilik məqsədlərinə sərf etməyə çağırırdılar». Uşaqlardan ən böyüyü Ebbi bacı əldə etdiyi pullardan ayrılmaq istəmirdi. «Yekun nəticədə o, maliyyə baxımından ziyana uğradı. Belə ki, atam beş oğlundan fərqli olaraq ona daha az cib xərcliyi verməyə başladı».

TƏMİZ YUYULMUŞ DƏYİŞƏK
Devid 17 yaşında Harvard universitetinə da­xil oldu. 4 illik təhsili ərzində cəmi bir dəfə entomologiya kursundan «əla» qiymət aldığını etiraf etmişdi: böcəkləri kolleksiya etmək marağı onda uşaqlıq yaşlarından mövcud idi. O, həyatı haqqında səmimiyyətlə söhbət açaraq keçmişini heç bir zaman bəzəmirdi. Lakin bu zaman о digər insanları və onların ləyaqətinə ziyan vura bilən hadisələri xatırlamaqdan imtina edirdi. Məsələn, о Nyu-York ştatının keçmiş qubernatoru və ABŞ-ın keçmiş vitse-prezidenti — qardaşı Nelsonun qalmaqal doğuran vəfatını xatırlayaraq, bunun qəzetlər tərəfindən canlandırıldığı «qəmli əhvalat» olduğunu yazırdı.
Bu, 1979-cu ilin ən böyük qalmaqallarından bi­ri idi. «Monika Levinskinin işi»nə baxdması zamanı da onu yenidən xatırlamışdılar. Nelson Rokfelleri məşuqəsi üçün ailəsindən gizlin şəkildə aldığı evdə cinsi. əlaqədə olduğu zaman ürəyindən infarkt vurmuşdu. Onun məşuqəsi Meqan Marşak «təcili yardıma» zəng etməkdən qorxduğu üçün rəfiqəsini çağırıb müəyyən hərəkəti icra etməzdən əvvəl uzun-uzadı məsləhətləşmişdilər. Qiymətli vaxtın itirilməsi nəticəsində sabiq vitse-prezident hospitala çatmayaraq, yolda keçinmişdi. Təcili yardımın vaxtında yetişməsi onun həyatını xilas etməyə kömək edərdi.
Devid Rokfeller xoşagəlməz təəssüratlar yaradan bu qisim hadisələr haqqında bir çox maraqlı məqamları açıqlaya bilməsinə baxmayaraq, onlara müraciət etmək istəmir. İngilis dilində belə bir ifadə vardn: «Xalqın gözü qarşısında çirkli camaşırı təmizləmək». Amerika qəzetlərindən biri, xatirələr kitabının dərc olunması ilə əlaqədar, bu kitabın müəllifinin «təmizlənmiş dəyişəyi nümayiş etdirdiyini» vurğulamışdır.
Gəlin Rokfellerin xatirələrinə yenidən müraciət edək. O, 19 yaşında «təqribən 60 milyonluq mirasa» sahib oldu: o, mirasa qoyulmuş vergidən yayınmaq üçün həyat yoldaşı və övladlarının hər bi­ri üçün etibarlı fondlar təsis etdi. Bu fondlar «ataya sərvətinin böyük bir hissəsini üç nəslə ötürməyə icazə verirdi. Bu fondlarda hal-hazırda ailəmizin sərvətinin böyük bir hissəsi qorunub saxlanılır».
Lakin Devid bu milyonlardan istifadə edə bilmədi. İlk əvvəl fonda köçürülmüş vəsait il ərzində 2400 dollar təşkil edirdi. «Bəzən mən nağd vəsaitin kifayət etmədiyini aşkar etdiyim üçün atamdan avans istəməyə məcbur idim. O, mənim xahişimi müdriklik ilə təcrübənin mübadiləsinin bəhanəsi kimi nəzərdən keçirirdi». Yəni o, göndərdiyi pulları nəsihətlər ilə müşayiət edirdi.
Devid Harvard universitetindən sonra London iqtisadi məktəbinin aspiranturasında da təhsil aldı. Onun təhsilinin ilk ilində bu məktəbdə belə bir maraqlı hadisə baş verdi: «Bir dəfə Rendolf Çörçill, yəni о zamanlar «İvninq standart» qəzeti üçün məqalələr yazan prezident Uinston Çörçillin oğlu İngiltərədə təhsil almağa gəlmiş Rokfellerdən müsahibə almağa gəldi. Növbəti gün qəzetdə dərc olunmuş məqalədə Rokfellerin Londona ingilis gözəli tapmaq üçün gəldiyi barədə həqiqətdən uzaq fikir əksini tapdı. Bu məqalə Britaniya imperiyasının bütün kütləvi informasiya vasitələrində dərc olundu. «Mən bir neçə həftə ərzində evlənmək təklifləri almağa başladım. Məktublar fotoşəkillər ilə birlikdə mənim ünvanıma daxil olurdu. Bu fotoşəkillərin arasında hətta Nigeriyadan göndərilmiş şəkillər də var idi».
Rokfeller aspiranturanı Çikaqo universitetində bitirdi. Arzumu reallaşdırmaqda babamın köməyi seçimimdə ikinci dərəcəli rol oynadı. O, yəni Çikaqo universiteti «İqtisadiyyat sahəsində dünyada ən sanballı professor-müəllim heyətinə malik idi». Devid doktorluq dissertasiyasını müdafiə etmiş yeganə qardaş oldu. Bu müdafiə 1940-cı ildə baş verdi. «İstifadə olunmamış resurslar və iqtisadi itkilər mövzusunda müdafiə olunan dissertasiyada, o, biznesin yalnız «gəlir ilə şəxsi özünüifadəni» deyil, «ümumilikdə cəmiyyətin ehtiyacları ilə ümdə tapşırıqlarının» məqsəd kimi qarşıya qoyulduğu hallarda «məna və dəyər» kəsb etməsi mülahizəsini müdafiə edirdi.
О, 1940-cı ildə Nyu-Yorkun meri Fiorello La Qardianın katibi olmaqla, əmək fəaliyyətinə başladı. Onun illik gəliri 1 dollar… təşkil edirdi. Rok­feller Fiorello La Qardianı «Rudi Culianiyə qədər Nyu-Yorkun ən vicdanlı və mötəbər meri» hesab edirdi. Hər iki mer ABŞ-ın on iri şəhərlərindən birində korrupsiya və cinayətkarlıq ilə mübarizədə böyük müvəffəqiyyətlər əldə etmişdilər.

MAQNATIN ƏN MƏQBUL QƏRARI
Rokfeller 1940-cı ildə Peqqi MakQrata evləndi. Onun atası Uoll-stritdə yerləşən məşhur hüquq şirkətinin tərəfdaşı idi. «Mən nişan üzüyü almaq üçün bütün əmanətimi hesabdan çıxarmalı oldum. Bu, təxminən 400000 dollar təşkil edirdi -deyə Devid xatırlayır — Peqqiyə evlənmək təklifi mənim bütün həyatım boyu qəbul etdiyim qərarlardan ən yaxşısı idi. Biz birlikdə 55 il ömür sürdük». Həyat yoldaşına və Devid Rokfellerin anasının xatirəsinə memuarlar ithaf edilmişdir.
Müharibə başlandıqdan sonra «mənim orduya təcili surətdə yazılmaq zərurətinə dair şübhələrim var idi». Peqqi ilk övladımız olan kiçik-Devidi dünyaya gətirmişdi. Mən özümü hərbi istehsalat ilə məşğul olduğuma görə, bunun məni orduya həqiqi xidmətdən azad etdiyinə inandırmağa çalışırdım». Bu «anam ilə həyəcanlı söhbətə kimi belə idi. Lakin bir gün axşam anam müharibədən söhbət açdı. O, pasifist, yəni sülhsevər olduğundan, Perl-Harbor vuruşuna kimi Birləşmiş Ştatların mütləq neytral qalmağa borclu olduğunu düşünürdü. O, 1930-cu illərin sonunda Hitler və onun müttəfıqlərinin Birləşmiş Ştatlar ilə hətta Qərb sivilizasiyasının əsas dəyərləri üçün ciddi təhlükə yaratdığını güman etsə də, sülhsevər mövqeyindən geri çəkilmirdi».
«Bizim söhbətimizin anama pis təsir etdiyi şübhəsizdir. O, sakit, lakin sərt şəkildə Birləşmiş Ştatların həyat tərzimizi müdafiə etmək üçün vuruşacağına və hərbi xidmət üçün yararlı olan bütün kişilərin orduya könüllü surətdə yazılmağa vətəndaşlıq borclarını yerinə yetirəcəklərinə dair nöqteyi-nəzərini ifadə etdi. Kişilər çağırış gözləməməlidirlər. Bu, onların borcudur. Anamın müharibəyə dair fikrini qəflətən dəyişməsi və mənə «vuruşmaq, lazım gəldikdə isə döyüşdə qəhrəmanlıqla ölmək vaxtıdır» deməsi məni həqiqətən də sarsıtdı. Anamın haqlı olduğunu və xülyalar ilə yaşadığımı anladım. Bu məsələni Peqqi ilə müzakirə etdim və о razılaşdı. Mən 1942-ci ilin mart ayında orduya sıravi əsgər kimi yazıldım. Atam mənə zabit rütbəsinin verilməsi üçün nüfuzundan bütünlüklə istifadə edə bilsə də, mən ona hərbi xidmətimə müdaxilə etməyə imkan vermədim».
Bir il sonra, о, əsaslı hazırlıq kursu keçib, zabitliyə namizəd məktəbini bitirdi: mühəndis qoşunlarının leytenantı olmaqla, nəhayət ki, zabit rütbəsini aldı. Lakin o, mühəndis deyil, məhz hərbi kəşfiyyatçı olub, müharibənin sonuna qədər Afrikada, daha sonra isə Fransada xidmət edərək, hərbi əməliyyatlarda bilavasitə iştirak etmədi. «Mən müharibə illərinə dəyərli təlim və hazırlıq dövrü kimi baxıram. Bu dövr mənim həyatım boyu məşğul olduğum fəaliyyət sahəsi üçün sınaq meydanı olmuşdu».
Rokfeller müharibədən sonra Nyu-Yorka qayıtdı. Burada kiçik qardaşı Uintrop Oldric onu 1930-cu ildən etibarən prezidenti olduğu «Çeyz benk» şirkətində işləməyə razı saldı.
Mən uzun illər məvacib aldığım «Çeyz Manhetten» bankının Rokfellerə deyil, «Sitibank»a məxsus olduğunu yalnız xatirələrdən öyrəndim. Bankda açılmış hesabım, ilk əvvəl Nyu-Yorkda olub, daha sonra isə Vaşinqtona köçürülmüşdür. Xatirələrdə deyilir: «Çeyz»i Rokfellerlər ailəsinin şəxsi bankı adlandıraraq, ailəmizin bu bankın sahibi olduğunu və ona nəzarət etdiyini güman edirdilər. Bu fərziyyələrdən heç biri həqiqətə uyğun deyil­di. Ailəmiz uzun illər ərzində «Çeyz» bankı ilə six əlaqədə olsa da, bu cür düşünməyə heç bir əsas yox idi. Əslində isə «Neşnl siti benk» (hal-hazırda — «Sitiqrup») Rokfellerlərin bankı hesab oluna bilərdi. Mənim «Çeyz»in prezidenti olduğum 1960-cı ildə Stillman Rokfeller «Ferst neşnl siti benk»in idarə heyətinin sədri idi (о, Rokfellerlərin digər qolunun nümayəndəsi idi). Bizim ürəkdən dost olmağımıza baxmayaraq, sərt və fəal rəqiblər idik.

«1957-ci ildə vitse-sədr vəzifəsinə təyin olunduğum günə kimi «Çeyz» bankında işlədiyim ilk 20 il ərzində işə yeraltı qatar ilə yollanırdım. Mən digər sərnişinlər kimi ayaq üstə duraraq uzun yol boyu qəzet oxuyaraq, bir əlim ilə qatarın dəmirindən yapışıb, çantanı ayaqlarım arasında sıxaraq yol gedirdim»- deyə Rokfeller xatırlayır. Maraqlıdır, banklarda fəaliyyət göstərən iri məmurlardan və dövlət məmurlarından çoxları ictimai nəqliyyatdan istifadə edirlərmi?
XRUŞŞOV İLƏ SÖHBƏT
Rokfellerin bank işində qazandığı şəxsi qələbələrdən biri do, onun hesab etdiyi kimi, Moskvada «Çeyz Manhetten»in şöbələrindən birinin açılışı idi. «Mənim 1964-cü ildə Xruşşov ilə söhbətim, Birləşmiş Ştatların Sovet İttifaqı ilə kommersiya və maliyyə əlaqələrini genişləndirməsi kimi arzumu həyata keçirməyə inandırdı. Mən bu prosesin reallaşmasında və «Çeyz»in bu prosesdə rol oynamasında maraqlı idim. 1971-ci ildə milyardlarla pul məbləğinə olan Ameri­kanın aparıcı maliyyəçi-bankları kimi çıxış etdiyimiz zaman böyük irəliləyiş baş verdi. Növbəti ildə Moskvada Amerika nümayəndəliyinin açılması haqqında sovet hakimiyyət dairələri ilə danışıqlar aparmağa başladıq. «Çeyz» 1972-ci ilin noyabr ayında lisenziya almış ilk Amerika bankı oldu».
«Ofis Karl Marks meydanında 1 №-li binada yerləşirdi. «Biznesin» rəsmi açılışı 1973-cü ilin mayında baş verdi. Bizim fəaliyyətimiz Moskvada kəskin şəkildə müəyyən qayda-qanuna tabe edildiyindən, mən bu sözü mötərizəyə aldım. Men ilk növbədə sefır Anatoli Dobrıninə Ceyms Billinqtonun şöbənin rəisi təyin olunmasını təklif etdim. Ceyms Rusiya üzrə mütəxəssis olub, rus dilində sərbəst damşırdı. Dobrınin nəzakətlə mənə rus dilində danışan mütəxəssisə ehtiyac olmadığını, rasların gözəl tərcüməçiləri olduğunu söylədi. Bir qədər sonra Dobrınin zarafatla mənə tərcüməçilərə qarşı az tələbkar olmağımız barədə eyham vurdu. Ən nəhayət, о gün ərzində nəinki «Çeyz» üçün işləməyin vacib olduğunu, eləcə də gecələr də işləyərək Daxili İşlər Nazirliyində rəhbərlik üçün hesabatın tərtib olunması ilə məşğul olmağın zəruri olduğunu da vurğuladı». Moskvada növbəti nümayəndəliyi «Sitibenk» açdı.
«Mən 70 il ərzində Moskvaya, demək olar ki, hər il gedirdim: bu ya Dartmut görüşləri, ya da bank işləri ilə əlaqədar idi. О zamanlar mənim hakimiyyət ilə əlaqələrimi həyata keçirən şəxs Aleksey Kosıgin idi. O, dövlət çevrilişində iştirak etmiş və bunun nəticəsində 1964-cü ildə Nikita Xruşşov tutduğu vəzifədən kənarlaşdırılmışdı. Bizim görüşümüzün ərəfəsində, Xruşşov Kremldə Leonid Brejnevin hakimiyyət uğrunda mübarizəsi zamanı məğlubiyyətə uğrayaraq baş nazirin tabeliyində olan vəzifəyə — sovet iqtisadiyyatının baş əməliyyat müdiri vəzifəsinə təyin olunmuşdu. О zaman­lar mənim Xruşşov ilə söhbətim bizim ideologiyanın nisbi məziyyətləri barədə olduğu halda, Kosıgin ilə söhbətlər praqmatik xarakter daşıyıb, işgüzar məsələlərə yönəlmişdi».
Rokfeller Mixail Qorbaçov ilə də görüşmüşdü. «Qorbaçovun amerikalılar tərəfindən təriflənməsi zamanı onun mərkəzləşdirilmiş kommunist iqtisadiyyatının ayrılmaz xassələri ilə əlaqədar olması faktı dəryada qərq oldu. О hələ də Sovetlərin qarşılaşdığı daxili ziddiyyətlərin həqiqi həllini tapmadı. Nəhayət ki, vacib siyasi islahatların keçirilməsinə baxmayaraq, Qorbaçov iqtisadi qayda-qanunu canlandırmaq ümidi ilə uğursuzluğa uğradı. О dördillik dövr ərzində hakimiyyəti itirdi. Onunla birlikdə XX əsrin böyük bir hissəsi ərzində ölkənin totalitar sistemini qoruyub saxlayan marksist ideologiyasının son qayda-qanunları da süquta uğradı».
İTAR-TASS agentliyinin mətbuat konfransında Devid Rokfeller ABŞ ilə Rusiyanın «ikitərəfli münasibətlərinin» möhkəmlənməsinə dair inammı ifadə etdi. Həm siyasət, həm də iqtisadiyyat sahəsində sıx əməkdaşlıq üçün hər cür əsas vardır. Maraqlı layihələr meydana çıxdıqda, mən onların həyata keçirilməsində iştirak etməyə hazıram.
«Nadir müəllif özü haqqında açıq və qərəzsiz ola bilər. Devid Rokfeller buna çox asanlıqla müvəffəq olmuşdur». Bu sözlər Henri Kissincerə məxsusdur. O, bu ibarələri xatirələr kitabı haqqında söyləmişdir. Nelson Mandella bu kitabı «Gözəl xatirələr» adlandırmışdır. BMT-nin Baş katibi Koffı Annanın fikrincə, Devid Rokfeller «Dövrümüz haqqında unikal və dəyərli hekayə ilə çıxış edir». Xatirələrin tərcümə olunmuş variantımn yaxşı təəssürat bağışlaması şübhəsizdir.

«Эхо планеты» jurııalının materialları əsasında hazırlanmışdır.

Top