Qurandan cinlər haqqında ayələr

Qurandan cinlər haqqında ayələr

Cinlər zahiri gözlə görünməyən varlıqlardır.Cinlər gözlə görülməyəcək qədər sürətli varlıqlardır.İnsanlar kimi Allaha qulluq və ibadət üçün yaradılmışlardır.Uca Rəbbimiz:"Mən cinləri və insanları ancaq mənə qulluq etsinlər deyə yaratdım"(Zəriyət 56) hökmü ilə cinlərin həm varlıqlarını həm də vəzifələrini bizə bildirmişdir."Cinlər insanlardan öncə yaranmışlar.Allah Taala onları zəhərli atəşdən yaratmışdır".(Hicri 27,Rəhman 15)

Şeytan da cin tayfasındandır.Gözlə görünməyən lakin varlığı dəqiq olan,ağlı qarışmış,tərs,xaraktercə zəif olan insanları yolundan azdırmağa çalışan cinlərə şeytan adı verilir.Əsil adı İblisdir. İblis Rəbbinin buyruğuna uymayan,üsyan edərək yoldan azmış cinlərdir."Biz mələklərə Hz.Adəmə səcdə edin demişdik,iblis istisna olmaqla hamısı səcdə etdilər.O üz çevirdi və kafirlərdən oldu".(Əl-Bəqərə 2.34)

Bütun pis əməllərdə adı olan şeytan insanların ən qorxulu düşmənidir.İlk insan Hz.Adəmə görə ilahi hüzurdan qovulan şeytan Allahdan qiyamətə qədər ömür istəmişdir.Allah Taala bu istəyini ona vermiş və İblis insanları yoldan azdıracağına and içmişdir.(Sad 76-85)

"Qurani Kərim"də cinlər haqda çoxlu məlumatlar, həmçinin onlardan qorunmaq üçün dualar verilmişdir. Cinlər və şeytanlar insana ölənə qədər vəsvəsə yolu ilə sıxıntı verir,şübhə içinə salar,haqq yolundan və xeyirlərdən uzaqlaşdırmağa çalışar,haramı bəzəyər,pis əməlləri yaxşı göstərər.Lakin Allaha sidq ürəklə dua edəni,inananı Allah cin və şeytanlardan qoruyar.
Top