Dağların hərəkət etməsi

Dağların hərəkət etməsi

Bir ayədə dağların göründükləri kimi sabit olmadıqları, davamlı hərəkət halında olıduqlarıları belə bildirilməkdədir:

Dağları görərsən , donmuş sanırsan; halbuki onlar buludların süründürülməsi kimi süründürülərlər... (Nəml Surəsi, 88)

Dağların bu hərəkəti, üzərində olduqları yer qabığının hərəkətindən qaynaqlanar. Yer qabığı özündən daha sıx olan manto təbəqəsi üzərində sanki üzər kimi hərəkət etməkdədir. İlk olaraq 20. əsrin başlarında Alfred Wegener adlı Alman bir elm adamı, yer üzündəki qitələrin Dünyanın ilk dövrlərində bir yerdə olduqlarını daha sonra fərqli istiqamətlərdə süründürülərək bir-birlərindən ayrılıb uzaqlaşdıqlarını qarşıya qoymuşdu.
Ancaq geoloqlar, Wegenerin haqlı olduğunu onun ölümündən 50 il sonra yəni 1980-ci illərdə anlaya bildilər. Wegenerin, 1915-ci ildə nəşr olunan bir məqaləsində ifadə etmiş olduğu kimi; yer üzündəki quru parçaları təxminən 500 milyon il əvvəl bir-birlərinə bağlılar idi və Pangaea adı verilən bu böyük quru parçası Cənub Qütbündə idi. Təxminən 180 milyon il əvvəl Pangaea ikiyə ayrıldı. Fərqli istiqamətlərə sürünən bu iki nəhəng qitədən birincisi Afrika, Avstraliya, Antartika və Hindistanı əhatə edən Gondwana idi. İkincisi isə, Avropa, Şimal Amerika və Hindistansız Asiyadan ibarət olan Laurasia idi. Bu bölünməyi izləyən təxminən 150 milyon il içindəki müxtəlif zamanlarda Gondwana və Laurasia daha kiçik parçalara ayrıldılar.
Pangaeanın parçalanmasıyla ortaya çıxan bu qitələr davamlı olaraq quru və dəniz arasındakı dağılımı dəyişdirərək, ildə bir neçə santimetrlik sürətlərlə Yer səthində hərəkətdədirlər.
Burada ifadə edilməsi lazım olan əhəmiyyətli bir nöqtə də budur: Allah dağların hərəkətini ayədə "süründürülmə" olaraq bildirmişdir. Necə ki elm adamlarının bu gün bu hərəkət üçün istifadə etdikləri İngiliscə termin də "continental drift" yəni "kıtasal süründürülmə"dir.
Qitələrin sürüşməsi Quranın endirildiyi dövrdə bilinə bilməyən bir məlumatdır və Allah ayədə keçən "dağları görərsən də, donmuş sanarsan" ifadəsiylə insanların bu mövzunu nə şəkildə qiymətləndirəcəklərini əvvəldən bildirmişdir.
Top