Tibbdə yeniliklər

Tibbdə yeniliklər

  İnsulin iynəsinə son
Tibb sahəsi nanotexnologiyanı sevdi. Nanotexnologiya indi də diabet sahəsini təsiri altına aldı. Hər il milyonlarla insanın əziyyət çəkdiyi şəkər xəstəliyinin müalicəsi üçün insulin həbləri istehsal edildi. Bu həblər insulin iynəsindən istifadə edilməsinə son verəcək və gündəlik iynədən daha təsirli olacaq, bədəndəki qlükoza nisbətini tarazlayacaq.

 Yaşlanmağı gecikdirən elmi tədqiqat
Amerikalı elm adamları laboratoriya mühitində yaşlanmağa səbəb olan hüceyrə fəaliyyətlərini qismən də olsa dayandırmağı bacardı. 
ABŞ-da elm adamları laboratoriya mühitində siçanlar üzərində apardıqları təcrübələrdə qırışlar, əzələ toxumasının zəifləməsi və katarakt kimi yaşlanma əlamətlərini ortadan qaldırmağı bacardılar.
“Nature” jurnalında nümayiş olunan araşdırmaya görə, elm adamları “yaşlı hüceyrələri”, yəni artıq bölünməyən və yeni hüceyrə meydana gətirməyən hüceyrələri yox etdilər. Yaşlı insanların hüceyrələrinin təxminən 10 %-i bu hüceyrələrdən ibarətdir. 
Mayo klinikasında aparılan araşdırmada elm adamları genetik dəyişikliyə məruz qalmış siçanlarda bütün yaşlı hüceyrələri yox etməyi bacardılar. Sonra siçanlarda yaşlanmanın üç əlamətinə baxıldı: gözlərdə katarakt meydana gəlməsi, əzələ toxumasının zəifləməsi və dəridə qırışların meydana gəlməsi.
Yaşlanan hüceyrələrin yox edildiyi siçanlarda bu xüsusiyyətlər nəzərəçarpacaq dərəcədə yavaşladı. Yaşlanmış siçanlara eyni müalicə tətbiq olunduğunda isə əzələlərdə əhəmiyyətli dərəcədə yaxşılaşma hiss edildi. Araşdırmanın nəticələri insanlarda yaşlanmanın yavaşladılması və ya tamamilə ortadan qaldırılması ilə əlaqədar ümidləri yenidən alovlandırdı. 
Elm adamları istehsal etdikləri xüsusi zülal sayəsində yalnız yaşlı hüceyrələri hədəfləyən dərman düzəldə biləcəklərini söylədilər.

 

 

Top