Fatihə surəsinin şərhi - Əbdül-Əziz Məhəmməd, Ibrahimi Əl-Bəkuviyyu (III hissə)

Fatihə surəsinin şərhi - Əbdül-Əziz Məhəmməd, Ibrahimi Əl-Bəkuviyyu (III hissə)

I hissə

II hissə

Həmd etmək.

"Həmd Allahındır" məsələsi ilə bağlı Əbu Hurəyrə və Əbu Səid əl-Xudri (r.a) rəvayət edirlər ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Qul “Həmd Allahındır” dediyi zaman, Allah da: “Qulum doğru söylədi. Həmd ediləcək tək mənədir” deyə buyurar." Eləcə də, Ənəs b. Malik (r.a) rəvayət edir ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurdu: "Hər kim bir şey yediyi zaman Allaha həmd etməsi yaxud bir şey içdiyi zaman Allaha həmd etməsi səbəbindən Allah qulundan razı olar. " (Müslim, Zikr 89). Şəkk yoxdur ki, nə qədər nemət varsa, əl-hamdulilləh (həmd Allahadır) demək ondan daha fəzilətlidir. Çünki Ənəs b. Malik (r.a) rəvayət edir ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "İçindəki hər şeyiylə birlikdə dünya, mənim ümmətimdən bir kişinin əlində olarsa, daha sonra da bu adam əl-hamdülilləh deyəcək olsa, bu əl-hamdülilləh heç şübhəsiz bütün bu nemətlərdən daha fəzilətli olar. " (Əs-Siracu'l-Mü-nir, 3, 195). Deyirəm: Hədisin mənası budur ki, Bir adama dünya verilmiş və daha sonra da ona “əl-hamdulilləh” sözü pay edilib onu söyləməsi lütfündə olmuş isə, söylədiyi “əlhamdülilləh” sözü bütün dünyadan daha fəzilətlidir. Çünki dünya fanidir, söylədiyi “əlhamdülilləh” sözü isə əbədidir. Ona görə də “əl-hamdülilləh” sözü "geriyə qalan qalıcı saleh əməllər" arasındadır. Onsuz da Uca Allah belə buyurmuşdur: "Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!" (Kəhf, 18/46) Şəkk yoxdur ki, “əl-hamdülilləh” sözünü demək də Allahın lütfündəndir. Bu məsələ ilə bağlı Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə izah etmişdir: "Allahın qullarından biri, “Ey mənim Rəbbim, şəxsinin Cəlalına, səltənətinin əzəmətinə yaraşacaq şəkildə sənə həmd edirəm” dedi. Yazıçı mələklər üçün bunu yazmaq çətin gəldi. Bunu necə yazacaqlarını bilmədilər. Səmaya çıxışlar və belə dedilər: Ey Rəbbimiz, sənin qulun elə bir söz söylədi ki, onu necə yazacağımızı bilmirik İzzət və Cəlal sahibi olan Allah qulunun nə söylədiyini daha yaxşı bildiyi halda deyər ki: Qulum nə dedi? Mələklər: Ey Rəbbimiz, o belə dedi: Ey mənim Rəbbim, şəxsinin Cəlalına, səltənətinin əzəmətinə yaraşar şəkildə sənə həmd edirəm, dedi. Uca Allah o iki mələyə belə dedi: Bu sözü qulumun söylədiyi şəkildə yazınız. Nəhayət o mənə qovuşacağında o sözün qarşılığını mən ona (mükafatımı) verəcəyəm." (İbn Mace, Ədəb 55).

Əlhəmdulilləh deməsinin fəziləti.

Elm adamları, Allahın qulu: "əl-hamdülillahir rabbi'l aləmin" deməsininmi yoxsa "lə iləhə illəllah" deməsininmi daha fəzilətli olacağı barəsində fərqli fikirlər qeyd etmişlər. Birinci rəyi
dəstəkləyən elm adamları: "əl-hamdülillahir rabbi'l-aləmin" deməsinin daha fəzilətli olacağını söyləmişlər. Çünki bu həmdin əhatəsi içərisində "lə iləhə illəllah" deyə ifadə edilən tövhid də var.
Buna görə Allahın qulu "əlhamdülillah" deməsində həm tövhid, həm də həmd vardır. Lakin "lə ilahə illəllah" deməsində yalnız tövhid sözüdür qəsd olunur iddia etmişlər. Amma ikinci rəyi
dəstəkləyən bəzi elm adamları isə: "lə iləhə illəllah" demənin daha fəzilətli olacağını iddia etmişlər. Çünki bu tövhid sözü küfr və şirki rədd edir. Bunun deyilməsi üçün insanlarla
döyüşməyə əmr olunduğunu demişlər. Çünki Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) : "Mən insanlarla “lə ilahə illəllah” sözünü dəyənə qədər döyüşməklə əmr
olundum" deyə buyurmuşdur. (Buxari, İman 17, Salət 28..., Müslim, İman 32). Beləliklə ən doğru və səhih olan ikinci rəydir. Cünki "lə iləhə illəllah" cümləsində həm tövhid, həm də Allaha
həmd ilə tərif daxildir. Eyni zamanda birinci rəydə qiyas vardır, amma səhih hədis olan zaman qiyas olunmaz, çünki səhih hədisdə bunun daha hansı fazilətli olduğuna hökm verən
Peyğəmbərin (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) bu dediyirdir: "Mən və məndən əvvəlki bütün peyğəmbərlərin söylədiyi ən fəzilətli söz; lə ilahə illəllah vəhdəhu lə şərikə ləh
(Allahdan başqa ibadətə layiq heç bir ilah yoxdur, O bir və təktir, Onun heç bir şərikidə yoxdur) sözüdür." (Tirmizi, Dəavət 122; Muvəttə, Qur'an 32, Hacc 246.)

Aləmlərin Rəbbi.

Müsəlmanlar, Uca Allahın digər bütün nemətlərinə təriflənməyə, həmd edilməyinə dəmək olduğu üzərində icma etmişlər. Allahın lütf etdiyi nemətlərdən biri də imandır. Bu da imanın Allahın hərəkəti və yaratması ilə olduğunun dəlilidir. Buna dəlil də Uca Rəbbimizin:
"Aləmlərin rəbbi" buyruğudur. Aləmlər isə, bütün yaratıkları ifadə edər. Bunlardan biri də imandır. Təbəri deyir ki: “Aləmlərin Rəbbi: İnsanların, cinlərin, mələklərin, göylərin və yerin rəbbi deməkdir. Ərəb dilində "Rəb" sözü, "Özünə itaət edilən ağa, bir şeyi düzəldib düz edən, bir şeyin sahibi" mənasını ifadə edir.”

Həmdin mənası.
"Həmd"in ərəb dilindəki mənası əskiksiz tərif, "səna"dır. Yəni Həmd. təzim istiqamətiylə gözəl bir şekilde Allaha tərif etməkdir. Qurtubi, «Ərəb dilində həmdin mənası, mükəmməl bir surətdə tərifləməkdir” demişdir. “Əl-həmd” sözünün əvvəlində gələn əlif və ləm hərifləri bütün həmd və tərif növlərinin yalnız Allah üçün zikir olunduğunu mənasını verir. Uca Allah bütün həmdləri haqq edəndir. Çünki ən gözəl adlar və ən uca sifətlər onundur. Təbəri deyir ki:
"Əlhamdulilləh” kəlməsin mənası bütün tərif və şükrlər Allaha məxsusdur." deməkdir.

Həmd ilə Şükür.

Əbu Cəfər ət-Təbəri ilə Əbul-Abbas əl-Mübərrəd, həmd ilə şükürün eyni mənada olduğunu söyləmişlər. Lakin İmam Qurtubi bu fikir doğru olmadığını qeyd etmişdir. Eyni zamanda ət- Təbəri həmd ilə şükür sözün eyni mənanı verdiyini dəlil göstərmək üçün insanın şükür olmaq üzrə "Allaha həmd olsun" deməsinin doğru olacağını dəlil göstərmişdir. Cəfər əs-Sadiq və İbn Atanın dediklərinə görə: “Həmdin mənası Allaha şükür etməkdir. Çünki onun bizə şəxsinə həmd etməyinin öyrətməsi səbəbindən O, bizə bu sahədəki lütfünü xatırlatmaqdadır” Təbəri deyir ki: “Həmd: Allahın gözəl ad və sifətləridir. Şükür isə Allahın verdiyi nemətlərdən ötəri tərifləməkdir. Bəzi elm adamı demişdirlər: “Şükür həmddən daha ümumidir. Çünki şükür həm dil ilə həm orqanlarla həm də ürək ilə olar, Amma həmd isə yalnız dil ilə olar” Digər elm adamları isə: “Həmdin daha ümumi əhatəli olduğunu və həmd, həm şükür mənasını həm tərifləmək mənasını əhatə etməkdədir. Bu isə şükürdən daha ümumidir. Həmd, şükür yerinə istifadə edilə bildiyi halda şükür həmd yerinə istifadə edilə bilmədiyi haldadır” demişlər. İbn Abbas (r.a) bu barədə belə demişdir: “Əl-hamdulilləh şükür edən hər kəsin istifadə etdiyi bir sözdür. Adəm (ə) da asqırdığı zaman "əl-hamdulilləh" demişdir.” Uca Allah Nuha (ə) belə deməsini əmr etmişdir: “Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!” – de.” (əl- Muminun, 28). İbrahim (ə) də belə demişdir: "Qocalığımda Mənə İsmayılı və İshakı bağışlayan Allaha həmd olsun." (İbrahim, 39). Davud ilə Süleyman (ə) hekayəsində də Uca Allah bizə bunu xatırlamaqdadır: "Onların ikisi dedi ki: Bizi bir çox mömin qullarından üstün tutan Allaha həmd olsun." (Nəml, 15) Uca Allah sonuncu Peyğəmbəri sayılan Məhəmmədə (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) da belə əmr etmişdir: “De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü (Özünə kömək edəcək) heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” (İsra, 111). Cənnət-əhli də belə deyəcəklər:
“Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun!” (Fatır, 34) “Və dualarının sonunda: “Həmd olsun aləmlərin Rəbbi olan Allaha!” (sözləri olacaqdır). (Yunus, 10). Buna görə "Əlhamdulilləh" cümləsi şükür edən hər kəsin söylədiyi sözdür. Uca Allahın: "Əl-hamdulilləh" buyruğu ilə əlaqədar olaraq Cəfər əs-Sadiq (ə) belə demişdir: “Uca Allahı yaxşı şəkildə sifətləri ilə tərifləyən hər kimsə Allaha həmd etmiş olar.” Eləcə də, deyirəm: Allaha həmd etmək üç şəkildə olar: Birincisi, Allah sənə bir şey verdiyi zaman o şeyi sənə kimin verdiyini bilib tanımaqdır. İkincisi, sənə verdiyi şeyə razı olmağındır. Üçüncüsü isə onun lütf etdiyi güc sənin bədənində qalmağa davam etdiyi müddətcə hər hansı bir şəkildə Allaha üsyan etməməkdir. Ona görə də bunlar Allaha həmd etmənin şərtləridir.

Top