Kompüter digər qurğulardan fərqli olaraq onun üçün əvvəlcədən hazırlanmış proqrama uyğun işləyən və ona daxil olan informasiyanın təhlilinə aid istənilən əməliyyatları yerinə yetirən qurğudur. Odur ki, kompüter üçün onun başa düşəcəyi dildə və ətraflı əməllər ardıcıllığı, yəni proqram tərtib olunmalıdır. Proqram-maşının addım-addım yerinə yetirəcyi təlimatlar və yaxud əmrlər siyahısıdır. Kompüterdən istifadə etmək və onun tətbiq sahəsini genişləndirmək üçün onlar proqram təminatına malik olmalıdır. Proqram təminatı elə proqramlar kompleksidir ki, onsuz kompüterin işini təsəvvür etmək olmaz. Proqram təkcə konkret məsələni həll etmək üçün deyil, istifadəçi ilə kompüter arasında ünsiyyət yaratmaq, informasiya emalı prosesini idarə etmək, məsələnin həllində proqramçıya kömək etmək, səhvləri aşılayıb ona çatdırmaq və s. üçün lazımdır. Proqram təminatı kompüter istifadəçisinin araşdırdığı problem və məsələlərin həllini təşkil edən proqramlar yığımıdır.
İş üsuluna görə proqram təminatına daxil olan proqramlar üç kateqoriyaya bölünürlər:
Kompüterdə istifadə olunan proqram təminatı funksional təyinatına görə üç qrupa bölünürlər:
Sistem proqram təminatı:
Sistem proqram təminatı kompüterdə informasiyanın emalı prosesini təşkil edir.Sistem proqramları aşağıdakılardır:
Sistem proqramlarının vasitəsilə diskləri formatlaşdırmaq, kompüterə qoşulan xarici qurğuların parametrlərini təyin etmək, əməli yaddaş və digər qurğuları testdən keçirmək, çapı təşkil etmək, lokal və qlobal şəbəkələrlə əlaqə yaratmaq mümkündür.
Əməliyyat sistemləri sistem proqram təminatının əsasını təşkil edir. Əməliyyat sistemləri fərdi kompüterlərin vacib elementlərindən biridir. Əməliyyat sistemi kompüter qoşulduqda işə düşən, kompüterin bütün hissələrinin işləməsini təmin edən və informasiyanı idarə edən proqram sistemidir. Əməliyyat sistemi məlumatların saxlanması və onun emalının idarə edilməsi ilə yanaşı istifadəçi üçün də interfeysə malikdir.
Şəbəkə əməliyyat sistemlərilokal və qlobal kompüter şəbəkələrinin meydana gəlməsilə əlaqədar istifadəçinin hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.
Şəbəkə proqram təminatı paylanmış hesablama şəbəkəsinin ümumi ehtiyatlarını idarə edir. Ümumi ehtiyatlara yaddaş qurğuları, periferiya qurğuları, ortaq proqram təminatı və s., şəbəkə proqram təminatına isə Windows 2000 for Server, Windows NT Server, Netware, Windows for Workgroup və s. aiddir.
Əməliyyat sisteminin tərkibinə bir sıra işləri yerinə yetirən xidməti proqramlar daxildir. Bu proqramlar kompüterdən istifadəni və onun texniki xarakteristikalarını xeyli yaxşılaşdırır. Bu proqramlar kompüterin aparat hissəsinin işinə nəzarət edir, nasazlıqları aşkarlamağa, onların harada baş verdiyini müəyyənləşdirir, əməliyyat sisteminin nüvəsinə müraciət etməyə, proqramların xarici yaddaş qurğularından (disklərdən və viçesterdən) əməli yaddaşa yüklənməsinə, iş zamanı səhvləri düzəltməyə, proqram modulları arasında əlaqə yaratmağa, disklərin formatlaşdirilmasına və sair işlərin həyata keçirilməsinə imkan verir.
Xidməti proqramlara aşağıdakılar aiddir:
Xidməti proqramlar kompüterin istismarı zamanı aşağıdakı köməkçi funksiyaları yerinə yetir:
İnstrumental proqramlar (Proqramlaşdırma sistemləri):
İnstrumental proqramlar və ya proqramlaşdırma sistemləri yeni proqram vasitələri (sistem və tətbiqi) yaratmaq üçün istifadə edilir. Proqramlaşdırma sistemləri maşın dilində deyil, istifadəçi üçün daha asan olan proqramlaşdırma dillərində işləməyi təmin edir.
Maşın dili çoxsaylı əmrlər ardıcıllığından ibarət kompüterin birbaşa başa düşə biləcəyi kodlarla işləyir. Lakin çoxsaylı istifadəçilər üçün bu dildə işləmək əlverişli deyildir. Ona görə də təbii dilə yaxın olan simvolik dillərdən istifadə olunur. Bu cür dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dilində yazılan proqramlar maşın dillərinə çevrilərək yerinə yetirilir.
Alqoritmik dillər yüksək səviyyəli dillər hesab edilir. Belə dillərdə tərtib olunan proqramlar istənilən kompüterdə işləyir və onlarla işləmək əlverişli və asandır. Çatışmayan cəhətləri kompüterin texniki xarakteristikalarının nəzərə alınmasının mümkün olmaması və icrasına daha çox vaxtın sərf edilməsidir.
Alqoritmik dillər aşağıdakı qruplara ayrılırlar:
Proqramlaşdırma dilində yazılan proqram yerinə yetirilmədən əvvəl translyator adlanan proqramlar kompleksinin köməyi ilə maşın dilinə çevrilirlər.
Translyatorlar iki üsulla təşkil oluna bilərlər: interpretasiya və kompilyasiya yolu ilə. Məhz buna görə də translyatoru uyğun olaraq interpretator və ya kompilyator adlandırırlar.
İnterpretator proqramın operatorlarını bir-bir təhlil edir və onu bütövlükdə yaddaşa yükləyir. Bu səbəbdən də proqramın işləmə vaxtı uzanır.
Kompilyator bütün proqramı maşın koduna çevirərək səhvlər haqqında məlumatları vaxtında istifadəçiyə çatdırır. Burada operatorların təhlili və maşın koduna çevrilməsi bir dəfəlik aparılır. Buna görə də kompüterin işləmə sürəti artır və proqramın icrası prosesdən asılı olmur. Nəticədə proqramın əməli yaddaşa yüklənməsinə ehtiyac duyulmur və əməli addaşdan digər məqsədlər üçün istifadə edilməsinə şərait yaranır.
Tətbiqi proqramlar
İnsan fəaliyyətinin müxtəlif sahələrinə aid məsələləri həll etmək üçün nəzərdə tutulan proqram təminatına tətbiqi proqramlar deyilir. Tətbiqi proqramlar iki hissədən ibarətdir:
Tətbiqi proqramlar paketimüəyyən sinif məsələləri həll etmək üçün nəzərdə nəzərdə tutulmuş elə proqramlar kompleksidir ki, kompleksin komponentlərindən biri idarəedici rolunu oynayaraq, istifadə edilən bütün proqramların bir-biri ilə əlaqəsini təşkil etmiş olur.
Standart proqramlar kitabxanası isə riyazi funksiyaların hesablanması, standart məsələlərin həllini, verilənlərin emalını və sairə bu kimi işləri yerinə yetirən proqramlardır. Bu proqramlar əvvəlcədən hazırlanaraq istifadə üçün kompüterin yaddaşına yazılır.
Hal-hazırda ən çox istifadə edilən tətbiqi proqramlar aşağıdakılardır:
Tətbiqi proqramlar paketi hər hansı məsələ və ya məsələlər sinfi, həmçinin istifadəçilər üçün nəzərdə tutulan proqram vasitələrinin toplusu və ya kompleksidir.
Tətbiqi proqramlar paketi aşağıdakı əlamətlərə görə təsnif olunurlar:
Tətbiqi proqramlar paketi tətbiq sahələri üzrə aşağıdakı kimi təsnif olunurlar:
İnformasiyanın işlənməsi üzrə tətbiqi proqramlar paketi üç qrupa bölünürlər:
Üsulyönlü tətbiqi proqramlar paketi hər hansı üsulla (məsələn, simpleks üsulla xətti proqramlaşdırma məsələlərinin həlli) məsələlərin həlli üçün istifadə edilir.
Problemyönlü tətbiqi proqramlar paketihər hansı problemlə bağlı (uçot, təhlil, audit və s.) məsələlərin həlli üçün istifadə edilir.
Texnologiyayönümlü tətbiqi proqramlar paketi informasiyaların işlənməsi texnologiyası və məlumatların icrası üçün nəzərdə tutulur.
Tətbiqi proqramlar paketlərini əməliyyatyönümlü və problemyönümlü paketlər kimi də fərqləndirmək mümkündür.
Əməliyyatyönümlü paketlər də öz növbəsində iki yerə bölünür:
Tətbiqi proqramlar ixtisaslaşmış və inteqrasiya olunmuş proqram paketlərinəbölünürlər. İxtisaslaşmış tətbiqi proqramlar paketi ayrıca sahə və ya ayrıca götürülmüş məsələnin həlli üçün təyin olunmuş və istifadə edilən proqram paketidir. İnteqrasiya olunmuş proqram paketləri ümumi təyinatlı tətbiqi proqramlar paketi funksiyalarına görə fərqləndirən, müxtəlif proqram paketlərini özündə birləşdirən tətbiqi proqramlar paketidir. Müasir inteqrasiya olunmuş tətbiqi proqramlar paketi tərkibinə mətn redaktorları, elektron cədvəllər, qrafiki redaktorlar, informasiya bazalarını idarəetmə sistemləri və kommunikasiya sistemləri daxildir. Buraya digər komponentləri əlavə etmək də olar. Müxtəlif komponentlərin inteqrasiya edilməsi istifadəçi imkanlarını genişləndirir.
Fərdi kompüterin proqram təminatı aşağıdakı sxemdə göstərilmişdir:
Əməliyyat sisteminin köməyi ilə istifadəçi-kompüter dialoqu yaranır, əməli və daimi yaddaş qurğuları iş prosesinə qoşulur, kompüter idarə edilir və istənilən proqram işə düşür. Beləliklə, əməliyyat sisteminin əsas funksiyası kompüterlərin ehtiyatlarının və hesablama sistemləri proseslərinin idarə olunmasıdır. Əməliyyatlar sistemlərinə PC DOS, OS/2,MS DOS, UNİX, Windows-u göstərmək olar.
Əməliyyat sistemiləri yerinə yetirdikləri funksiyalarına görə üç qrupa bölünürlər:
Birməsələli əməliyyat sistemiləri bir istifadəçinin iş prosesində yalnız konkret bir məsələnin həlli üçün istifadə edilir. Belə sistemlərə MS-DOS əməliyyat sistemini göstərmək olar.
Çoxməsələli əməliyyat sistemiləri fərdi kompüterlərdən istifadəçilərin multiproqram vaxt bölgüsü rejimində kollektiv istifadəni təmin edir. Bu vaxt kompüterin yaddaşında bir neçə proqram və məsələ olur ki, mikroprosessor kompüterin resurslarını onlar arasında bölüşdürür. Belə əməliyyat sistemilərinə UNİX, OS/2, Windows, Windows NT-ni göstərmək olar.
Şəbəkə əməliyyat sistemiləri lokal və qlobal kompüter şəbəkələrinin meydana gəlməsi ilə əlaqədar istifadəçinin hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.
Hal-hazırda İBM PC markalı kompüterlər üçün aşağıdakı əməliyyatlar sistemi geniş istifadə olunur:
Bu əməliyyat sistemləri 8, 16, 32 mərtəbəli mikroprosessorlar üzərində qurulmuş fərdi kompüterlər üçün yaradılmışdır.
MS-DOS əməliyyat sistemi İBM PC kompüterləri ilə eyni vaxta yaradılmış və 16 mərtəbəli mikroprossesorlar üzərində qurulmuş fərdi kompüterlərdən istifadə edilir.
MS-DOS əməliyyat sisteminin ilk versiyası 1981-ci ildə Mickosoft firması tərəfindən yaradılıb. 1987-ci ildə bu əməliyyat sisteminin 3.3(3.0) versiyası yaradılır və 3-4 il ən geniş istifadə edilən versiya olur. Daha güclü kompüterlər üçün sonralar MS-DOS əməliyyat sisteminin 5.0 və 6.0 versiyaları yaradılır. Həmin versiyalar əməli yaddaşın 640 Kbayt-dan çox tutuma, maqnit disklərinin isə 32 Mbayt-dən artıq tutuma malik olmasına imkan verdi. 6.0 versiyası rezerv proqramlar yaratmağa, diskdəki sıxılmış informasiyalardan və antivirus proqramlarından istifadəyə imkan verdi. Hazırda MS-DOS-un 6.20 versiyası istifadə edilir.
MS-DOS əməliyyat sistemi ilə uzlaşan PS DOS və Digital Research firmasının DR DOS əməliyyat sisteminin 6.0 və 7.0 versiyalarından istifadə edilir. Onların çatışmayan cəhəti diskdəki informasiyanın bir-biri ilə uzlaşmamasıdır.
MS-DOS əməliyyat sistemi kompüterin daimi yaddaşında saxlanan əsas idarəetmə proqramı olub, yaddaşın proqramlar üçün bölünməsini, faylların diskdə yerləşdirilməsini, kompüter avadanlıq və qurğularının (klaviatura, di spley, sərt disk, disk sürücüləri) daxil olan siqnallara və işləyən proqramlara xidmətini həyata keçirir.
MS-DOS əməliyyat sistemi minimal funksiyalar yığımından ibarət olmaqla bir nəfərin vahid proqramla işləməsinə imkan yaradırdı.
Bu sistemi hazırlayarkən iki prinsipə üstünlük verilmişdir:
Hazırda Windows 95, Windows 98 və ya Windows NT əməliyyatlar sistemindən geniş istifadə MS-DOS əməliyyat sisteminin əhəmiyyətini heçə endirmir. Çünki:
MS-DOS əməliyyat sisteminin üstün cəhətləri bunlardır:
MS-DOS əməliyyat sistemi modul prinsipi ilə qurulmuşdur və onun əsas hissələri aşağıdakılardır:
UNİX əməliyyatlar sisteminin üstünlüklərindən biri ondan ibarətdir ki, bu sistem sayı çox olmayan intuitiv aydın anlayışlara əsaslanır. Əvvəldən UNIX əməliyyatlar sistemi interaktiv sistemi kimi nəzərdə tutulmuşdur. Başqa sözlə UNİX terminal iş üçün təyin olunmuşdur. Sistemə daxil olan istifadəçi fayl sistemi ilə işləməyə başlayır. Fayl sistemi ağacvarı quruluşa malikdir. Ağacın kökündə qurğu və ya əsas (kök) kataloq durur. Sonrakı şaxələnmə alt kataloqlar və fayllar üzrə aparılır. İstifadəçi adətən, fayl və kataloqları silə, yenilərini əlavə edə və dəyişdirə bilər.
İstifadəçinin UNİX sistemi ilə işləməsi ənənəvi olaraq əmrlər dilindən istifadəyə əsaslanır. Sistemə daxil olduqdan sonra hər hansı əmrlər interpretatoru işə düşür. Adətən sistemdə oxşar olan, lakin əmrlər dilindəki fərqlərə malik bir neçə əmrlər interpretatoru olur. UNİX əməliyyatlar sisteminin istənilən əmrlər interpretatorunun ümumi adı SHELL (örtük) –dir. Çağırılmış əmrlər interpretatoru növbəti əmrlərin daxil edilməsini tələb edir. Yeni əmrlər sətrində yerinə yetiriləcək sadə əmrlərdən biri daxil edilməlidir. Əmrə uyğun nəticə ekrana verildikdən sonra yenə də əmrlər sətrində yeni əmrin verilməsi üçün şərait yaradılır. Bu prosesin başa çatdırılması üçün istifadəçi əmrlər sətrində LOGOUT əmrini yazmalı və ya CTRL-D düymələrini basmalıdır. UNİX əməliyyatlar sistemində hər bir istifadəçi öz sistem tərəfindən qeydiyyata alınmış unikal (təkrarlanmayan) identifikatoruna görə (UİD- USER İDENTİFİER) tanınır. Bununla bərabər hər bir istifadəçi istifadəçilər qrupuna (GİD- GROUP İDENTİFİER) aid olur. Hər bir istifadəçi üçün mövcud olan UİD və GİD sistemin uçot fayllarında saxlanılır və müraciətə uyğun olaraq yerinə yetirilir. Aydındır ki, UNİX sistemində də sistemin adminstratoru (inzibatçısı) da mövcud olur. Bu istifadəçiyə, yəni adminstratora uyğun olan UİD sıfırıncı UİD adlanır. Adminstartor digər istifadəçilərə nisbətən daha çox imkanlara malik olur. O, digər istifadəçilərdən fərqli olaraq, sistemdə dəyişiklik etməyə, istənilən istifadəçiyə aid olan fayl və kataloqları dəyişməyə və ya ləğv etmək imkanlarına malik olur. Adətən adminstratoru superistifadəçi (superuser) və ya ROOT adlandırırlar. UNİX əməliyyatlar sistemində müxtəlif proqramlaşdırma dillərindən FORTRAN, PASCAL, MODULA, ADA və s. istifadə oluna bilər. Lakin bu sistemdə daha çox C (C++) dilindən istifadə olunur. Bu onunla izah olunur ki, UNİX sisteminin özü C dilində hazırlanmışdır. Bu səbəbdən də C dilində yazılan proqramlarda aparat hissəsi ilə əlaqəli işləmək daha effektivdir.
UNİX əməliyyatlar sistemində giriş-çıxışa istiqamətləndirmə mexanizmi güclü və eyni zamanda sadə mexanizmlərdən biridir. UNİX interaktiv sistem olduğundan proqramlar mətn şəklində klaviatura vasitəsilə daxil edilir və daxil edilmiş proqram mətni ekrana çıxışa verilir. Əslində bu prinsip vasitəsilə məlumatlar fayldan alınaraq digər fayla da verilə bilir. UNİX əməliyyatlar sistemində klaviatura və ekranla iş də fayllarla işləmə kimi qəbul edilir. İstənilən fayla daxil olma onun deskriptoruna müraciətlə həyata keçirilir. Deskriptor tam müsbət ədəddir. Faylların deskriptoru 1, 2 və ya 3 ola bilər. Deskriptoru 1 olan fayl standart giriş faylı adlanır (STDİN); deskriptoru 2 olan fayl standart çıxış faylı adlanır (STDOUT); deskriptoru 3 olan fayl diaqnostik məlumatların standart çıxış faylı adlanır (STDERR). Qeyd etmək lazımdır ki, ixtiyari prosesdə işə salınan proqram özündən əvvəlki proseslərdə istifadə edilən faylların deskriptorlarını qəbul edir. İstənilən çoxistifadəçi əməliyyatlar sistemi kimi UNİX əməliyyatlar sistemi də istifadəçilərin bir-birindən mühafizəsi, sistem verilənlərinin kənar istifadəçilərinin müdaxiləsindən qorunması üçün nüvəyə malikdir. Bu sistem nüvəsi kompüter resurslarını idarə edir və istifadəçilərə baza xidmətlər yığımını təklif edir.
UNİX əməliyyatlar sisteminin nüvəsinin əsas hissəsi aşağıdakı komponentlərdən ibarətdir:
UNİX əməliyyatlar sisteminin nüvəsinin əsas funksiyaları aşağıdakılardır:
MS-DOS-da idarəetmə sisteminin sadəliyi, əmrlər interfeysinin narahatlığı, disket-lərdə olan fayl və kataloqların proqramları işə salan ləvazimatlarla idarə olunması və s. bəzi proqramçıları onlara lazım olan ləvazimatları tərtib etməyə, ya da müxtəlif proqramlar kitabxanasından istifadə etməyə məcbur edirdi. Digər tərəfdən müxtəlif proqramlara müraciət etməyin özü və müxtəlif proqramların istifadəçi tərəfindən eyni vaxtda istifadə olunması çox çətinlik yaradır.
Buna görə də çoxpəncərəli qrafik interfeysə malik örtük proqramları yaradılırdı. İlkin olaraq belə interfeysli ilk əməliyyat sistemini Macintosh tipli kompüterlər üçün Apple Computer firması hazırladı. Sonra 1992-ci ildə Microsoft firması kütləvi istifadə olunan IBM PC tipli kompüterlərdə istifadə olunan MS-DOS əməliyyat sistemləri üçün qrafik Windows 3.0 örtük proqramını yaratdı. Tezliklə firma fərdi istifadə üçün Windows 3.1, lokal şəbəkədə istifadə üçün Windows 3.11 for Workgroup proqramlarını hazırladı.
Microsoft firmasının 1995-ci ilin avqust ayında istehsal etdiyi yeni variantı Windows 95 adlandıracağını elan etməsi kompüter istifadəçiləri üçün bir sürprizə çevrildi. Elan edilən sürpriz bununla tamamlanmırdı. Çünki firma Windows 95-i kompüter bazarına çıxararkən sistemin gözlənildiyindən də artıq yeniliyə sahib olduğunun və müstəqil bir əməliyyat sistemi kimi işlədiyinin şahidi oldu.
1998-ci ildə Microsoft firması tərəfindən yeni Windows 98 əməliyyat sistemi yaradıldı. Sonrakı illərdə firma öz imkanlarının genişlənməsindən istifadə edərək Windows-un yeni variantlarım (Windows NT-2000, Windows XP) kompüter istifadəçilərinə təqdim edir.
Windows-un hər növünün bir neçə variantı — Amerika, panavropa və bəzi dövlətlərin öz lokal variantları vardır. Bu variantlar aşağıdakılardır:
Windows əməliyyat sistemlərini əsasan iki qrupa bölmək olar:
Birincidən, adından bəlli olduğu kimi, lokal şəbəkə olmayan sahələrdə istifadə edirlər. Bunlar üçün həddindən artıq tətbiqi proqramlar tərtib edilmişdir. İkincidən isə lokal və qlobal şəbəkələrin qurulduğu yerlərdə istifadə edilir.
Windows-dan istifadə etməklə istifadəçi mürəkkəb məsələlərin həllini asanlaşdırır və belə məsələlərin həlli üçün tələb olunan çoxlu sayda proqramların əvəzinə bir proqramdan istifadə etmiş olur.
Əvvəlki proqramlara nisbətən əməli yaddaşla iş elə qurulur ki, istifadəçi üçün yaddaş çatışmazlığı problemi aradan qalxmış olur və əlavə olaraq:
Kompüter texnikasında istifadə edilən istənilən proqramın müsbət və ya mənfi cəhətləri olduğu kimi, Windows proqramının da belə xüsusiyyətləri vardır:
1. Windows-un əsas mənfi cəhəti ondan ibarətdir ki, yuxarıda göstərilən müsbət cəhətləri əldə etmək üçün aparat təminatına düşən yükü çoxaltmaq lazımdır. Qrafik interfeys, miqyaslı şriftlərin əldə edilməsi, mürəkkəb məsələlərin həlli və s. güclü mikroprosessorun olmasını, əməli yaddaşın və disk sahəsinin genişləndirilməsini tələb edir. Baxmayaraq ki, Windows ilə işləmək üçün formal olaraq əməli yaddaş 2 Mbayt, sərt diskdə isə tutumu 10-12 Mbayt olan 80386 mikroprosessoru kifayətdir. Həqiqətdə isə bu işi yerinə yetirmək üçün əməli yaddaşı 4 Mbayt-dan, sərt diskdə yaddaşı 40 Mbayt-dan az olmayan 80486 mikroprosessorundan istifadə etmək əlverişlidir. Kompüterdə Windows və Windows əlavəsi ilə rahat işləmək üçün əməli yaddaş 8 Mbayt, sərt disk yaddaşı isə 80-100 Mbayt-dan az olmayan 80486 mikroprosessorundan istifadə etmək lazımdır.
2. Windows-un digər mənfi cəhəti DOS-a nisbətən istənilən məsələnin həllinə vaxtı çox sərf etməsidir. Məsələn, DOS proqramı kompüterdə məsələni həll etmək üçün Windows-dan 1.5-2 dəfə tez işləyir.
3. Windows əslində çoxməsələli sistem deyil:
a) Bir məsələnin həlli üçün lazım olan proqram bütün Windows proqramlarından asılı olur;
b) Əməli və disk yaddaşın böyük tutuma malik olmasına baxmayaraq, Windows 3-4 sayda proqramı eyni vaxtda həll edə bilmir;
4. İstənilən proqramın xarici qurğularla işləməsi birbaşa Windows-da həyata keçirilir, bəzi hallarda isə xarici qurğularla intensiv işləyən proqramlar üçün bu hal qəbuledilməzdir.
Bütün göstərilən mənfi cəhətlər Windows-un qiymətini heç də aşağı salmır və onu göstərir ki, Windows heç də universal proqram deyil.