Müxtəlifcinsli qoşasamitli sözlər və ahəng qanunu

Müxtəlifcinsli qoşasamitli sözlər və ahəng qanunu

Müxtəlifcinsli qoşasamitli sözlər:
Söz ortasında q samiti kar samitdən əvvəl gələrsə, tələffüzdə q-k` əvəzlənməsi baş verir. Məs:iqtidar [iktidar], təqsir [təksir] və s. Bu cür tələffüz olunan sözlər əsasən alınma sözlərdir.
Söz ortasında iki müxtəlif samit yanaşı gələrsə, ikincisi cingiltili tələffüz olunur. Məs: əski [əsgi], ustad [usdad] və s.
Söz ortasında vt samit qoşalığı gələrsə, birinci samit kar qarşılığı kimi tələffüz olunur. Məs: avtomat [aftamat] ,avtobus [aftobus] və s.
k samiti iştənilən samit səsdən əvvəl gələrsə, tələffüzdə k-x` əvəzlənməsi baş verir. Məs:məktub [məx`tup], küləkli [küləx`li] və s.
Söz ortasında b,m samitlərindən əvvəl gələn n samiti [m] kimi tələffüz olunur. Məs:anbar [ambar], qənbər [qəmbər], zənbil[zəmbil], günbəz [gümbəz], sünbül [sümbül], şənbə [şəmbə] və s. Kombayn, kombinat, kömbə, pambıq sözləri m ilə yazılır.
Sonu ç ilə bitən sözlərə d, z, s, t, l, n samitləri ilə başlanan şəkilçi və ya söz gələrsə, tələffüzdə ç-ş əvəzlənməsi baş verir. Məs:qaçdı [qaşdı], heç nə [heş nə], üç dəfə [üş dəfə] və s.
Sözün ilk c samitindən sonra d, l, s, z samitləri gələrsə, c-j əvəzlənməsi baş verir. Məs:güclü [güjdü], səcdə [səjdə] və s.Həmçinin bax: Samitlər

Ahəng qanunu

Fonetikanin əsas qanunlarından biri ahəng qanunudur. Ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Bu qanuna görə ilk heca incə saitdirsə, sonrakı saitlər də incə, qalın saitdirsə, sonrakı saitlər də qalın sait olmalıdır. Sözdə qalın və incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Məs: qaranlıqdakılar, hərəkətsizlikdir və s.
Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi morfoloji xüsusiyyət daşıyır. Çünki kök və şəkilçi arasında ahəng qanunu daha möhkəm və dəyişməz olur. Hər hansı bir söz alınma olsa da, öz dilimizə məxsus şəkilçi qəbul edərsə, mütləq sözün son saitinin ahəngini qorumalıdır. Məs:şi-ka-yət-çi-lər-dən, sa-hib-kar-la-rı-mız . Bu xüsusiyyətinə görə ahəng qanunu morfonoloji hadisə adlanır.

Yadda saxla!
Ahəng qanununun pozulduğu sözlər milli sözlərimiz deyil.
Ahəng qanununa tabe olan sözlərin hamısı milli sözlər deyil.Alınma sözlər də ahəng qanununa tabe ola bilər. Məs:məktəb, təhsil, karbon, namaz və s.
Milli sözlərimizdən istisna olaraq, ahəng qanununa tabe olmayan sözlər də var. Məs:ilan, işıq, inam, elat, ilğım, ildırım, ilıq, işartı, ilxı, işartı, tikan lakin, sanki və s.
Milli şəkilçilərimiz ahəng qanununun tələbinə görə iki və dörd cür yazılır.
Milli sözlərimizdən mürəkkəb sözlərimiz ahəng qanununa tabe olmaya bilər. Məs:Aygün, Elnur, taxtabiti, dəvədabanı və s.
Həmçinin bax:

Top