Dünya ölkələrində tətbiq olunmuş qəribə qadağalar

Dünya ölkələrində tətbiq olunmuş qəribə qadağalar

1. Çində gəncliyin vaxtını boş yerə xərcləməsini istəməyən Çin hökuməti 2000-ci ildə “PlayStation” kimi oyun cihazlarının satışına qadağa qoymuşdu.

 

2. Rusiya intiharların qarşısını almaq üçün emo dəbinə qadağa qoyub.

 

3. İran bir müddət Avropada və ABŞ-da rast gəlinən Qərb stilli saç düzümünə qadağa qoymuşdu.

 

4. Səudiyyə Ərəbistanında Sevgililər Gününü xatırladan qırmızı və çəhrayı rəngli məhsulların satışı qadağan olunmuşdu.

 

5. Yunanıstanda elektron qumar oyunları qadağan olunmuşdu. Amma Avropa Birliyi məsələyə qarışır, çünki bu qadağalar ümumiyyətlə bütün oyunların qadağan olunmağına gətirib çıxarmışdı.

 

6. Çində ağlasığmaz bir qadağa: tibetli buddistləri nəzarət altında saxlamaq üçün rəngarəng dizaynlara, bəzəklərə nəzarət olunur. İcazə olmadan rəngarənglik olmaz!

 

7. Ölkə mədəniyyətinə zidd olduğuna və pis təsirlərinə görə Rumıniyada Skrebbl oyunu qadağan edilib.

 

8. Filippin adalarının paytaxtı Manila haqqında “iyrənc, qorxulu və tarakan qoxusu verən” sözlərini işlətdiyinə görə Claire Danesin filmlərinin şəhərdə göstərilməsinə  qadağa qoyulub.

 

9. Danimarkada insanlar öz övladlarına onlara təqdim olunan 24 min addan birini qoymalıdır. Başqa ad qoymaq istədikdə icazə almalısınız.

 

10. “Avatar”ın kinoteatrlarda göstərilməsinə əvvəldən qarşı çıxan Çin hökuməti bu filmi qadağan etmək üçün qeyri-adi bir üsula əl atıb. Bu filmin 3D-də baxılmağını  qadağan etdilər. Çində isə 3D kinoteatr olmadığından film göstərilmədi…

 

11. 2001-ci ildə Malayziya hökuməti daha çox aktivistlərin geyindiyi sarı rəngli paltarları qadağan etmişdi.

 

12. Tunisdəki “Yasəmən inqilabı”ndan sonra Çin ölkə təhlükəsizliyi adı altında yasəməni qadağan etmişdi. 

                                         

Mənbə: kulis.az
Yazar:Günel ƏSGƏRZADƏ

Top