Heyvanlarla danışmaq mümkün olacaq

Heyvanlarla danışmaq mümkün olacaq


Heyvanların davranışı öyrənən sahənin aparıcı mütəxəssisi professor Kon Slobodçikov 5-10 il sonra vəhşi və ev heyvanlarının dilini anlamağa imkan verən qurğu yaradır. Alimin sözlərinə görə, gün gələcək, biz heyvanlarla mobil telofon ölçüsündə olan qurğu vasitəsilə ünsiyyət qura biləcəyik.

Hələlik professor çəmən itlərinin (gəmiricilər sinfinə aid heyvan növü) çıxardığı səsləri interpretasiya etməyə çalışır. Alim onların «danışığını» yazır və «süni intellekt» proqramı ilə bu «danışığı» dilimizə çevirmək istəyir. Professorun sözlərinə görə, bu gəmiricilər bir-birilərini təhlükə haqqında olduqca konkret şəkildə xəbərdar edə bilir, məsələn, «boz canavar sürətlə yaxınlaşır».

Alim səs siqnallarını bir birindən ayıra bilən qurğuların artıq bu günümüzdə olduğunu söyləsə də, ümumiyyətlə prossesin 5-10 il sürə biləcəyini vurğulayır.

Top