Bir gün Hind kralı Jai Singh London küçələrində adi paltarda gəzərkən Rolls Royce avtomobilinin satışına rast gəlir. Yaxınlaşıb qiyməti və haqqındakı digər məlumatlarla maraqlanmaq istəsə də, satıcı onun kasıb bir hindli olduğu zənn edir və dükandan qovur.
Bir neçə saatdan sonra öz təntənəli libasında geri qayıdan kral salondakı 6 avtomobilin hamısını alır. Ona edilən hörmətsizliyə cavab olaraq maşınları Hindistana aparıb orada kommunal şöbənin ixtiyarına verir. Nəticədə bu maşınlar gördüyünüz şəkildə Hindistan küçələrindəki zir-zibili təmizləməkdə istifadə edilir.
Bu hadisə firmanın bütün uğurlarını alt-üst edir. Daha sonra üzrxahlıq edərək yenidən nüfuzlarını bərpa edirlər.