istinad-hərəkət apparatı kateqoriyası üzrə məqalələr

Bel ağrıları

Beldəki ağrı işləyən və təhsil alanlar arasında çox geniş yayılmış problemdir.
Oturaq vəziyyətdə — sükan, parta, kompyuter arxasında vaxt keçirən adamlar tez-tez beldəki ağrıdan əziyyət çəkirlər. Lakin buna çox az diqqət yetirirlər. Hesab edilir ki, bu ağrılar müalicə olunmur və öz-özünə keçir. Lakin əslində hər şey daha mürəkkəbdir. Beldəki ağrıların səbəbləri nələrdir və onlardan hansıları tibbi yardım tələb edir?
Davamı →

Sarğılar

Desmurgiya — cərrahlığın bir bölməsi olub, sarğıların növlərini və sarğı qoyulması texnikasını öyrənir.
Sarğıların növləri. Təyin edilməsindən asılı olaraq sarğıları bir neçə növə ayırırlar.
Möhkəmləndirici sarğılar. Yara nahiyəsində sarğı materiallarını bərkitmək üçün qoyulur. Bu sarğılar ləçəyəbənzər, sapandabənzər, bintdən, yapışqanlı və plastırlı ola bilər. Bint sarğıları bədənin müəyyən hissəsində daimi təzyiq yaratmaq üçün işlədildikdə, məsələn, kiçik qanaxmalar və ya qansızmalar zamanı qoyulduqda ona təzyiqedici sarğı deyilir.

Davamı →

Çox oturmaq sümükləri zəiflədir

Araşdırmalara görə, günün çox hissəsini oturaq tərzdə keçirən insanların sümükləri zəifləyir, qan-damar sistemi daralır, əzələlərin elastikliyi azalır, beldə, boyunda ağrılar, oynaqlarda şəkil pozuqluğu meydana çıxır. Bunun qarşısını almaq üçün tez-tez qalxıb gəzinmək, əzələləri, oynaqları hərəkət etdirmək lazımdır. Saatlarla oturmaqla yanaşı, dirsəklənmək də orqanizmə xoş vədlər vermir. Bütün bunların qarşısını almaq üçün deyildiyi kimi, tez-tez durub gəzinmək, oturanda kürəyi dik tutmaq, masa arxasında çalışarkən əyilməyəcək tərzdə oturmaq, yəni oturuş qaydasını pozmamaq, masa ilə vücud arasında qolları sərbəst tərpətmək üçün ara məsafəni saxlamaq lazımdır. Bir saatdan bir qalxıb 5-10 dəqiqə gəzərkən əzələləri hərəkət etdirmək, müxtəlif idman hərəkətləri ilə məşğul olmaq vacibdir.
Davamı →

İstinad-hərəkət sistemi

İstinad-hərəkət aparatına skeleti təşkil edən sümüklər, onların birləşmələri və əzələlər aiddir. Skelet istinad-hərəkət aparatının passiv, əzələlər isə aktiv hissəsini təşkil edir. Skelet 200-dən artıq sümükdən ibarət olub, orqanizmdə istinad funksiyasını daşımaqla bərabər, qanın mineral tərkibinin sabit saxlanılmasına zəmin yaradır, eyni zamanda sümük iliyini, mərkəzi sinir sistemini, ürəyi və bəzi digər orqanları mühafizə edir. Funksiyası ilə əlaqədar olaraq, sümüklər müxtəlif formalarda olur. Formasına görə sümüklər 4 qrupa bölünür: uzun sümüklər-əsasən borulu sümüklər olub, ling vəzifəsi daşıyır. Onların iki — uc hissəsi və bir cismi vardır. Qısa sümüklər — skeletin daha az hərəkət, elastiklik və möhkəmlik tələb edilən hissələrində olur. Bunlara fəqərələr, bilək və ayaq daraqarxası sümükləri aiddir. Yastı və enli sümüklər — boşluqların divarlarını əmələ gətirir. Qarışıq sümüklər gicgah, üz sümükləri və digərləridir.
Davamı →
Top